Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435-az



Yüklə 20.5 Kb.
tarix23.10.2017
ölçüsü20.5 Kb.

MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

 

Azərbaycan Respublikası



Əmlak Məsələləri Dövlət Komitəsi

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435-AZ

 

Gəncə və Şəki şəhərlərində elektron kadastr məlumat bazasının (rəqəmli kadastr xəritələrinin) hazırlanması üzrə məhsulların keyfiyyətinə nəzarətə dair məsləhətçi şirkətin seçimi

 

İstinad No.: RERP/PP#A4C3/CS/CQS /08/2014

 

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. Layihənin məqsədi daşınmaz əmlak bazarlarını və dövlət əmlakının idarə edilməsi və istifadəsini dəstəkləyən daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sistemini təmin etməkdir. Layihə Azərbaycanda daşınmaz əmlakdan istifadə və daşınmaz əmlakdan ipoteka və girov məqsədləri üçün istifadə məsələlərini həll etməyə yardım edəcək, mülkiyyət hüquqlarının şəffaflığı və təhlükəsizliyini təkmilləşdirəcəkdir. Layihə daşınmaz əmlak bazarında olan əqdləri sürətləndirəcək və daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı xərclərin azalmasını məqsəd götürəcəkdir. Digər bir məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq və ölkədə daşınmaz əmlakın özəlləşdirilməsi üzrə müxtəlif proqramların dəstəklənməsini davam etdirməkdir.


Bu elan müəyyən edilmiş tələb və ehtiyaclara uyğun olaraq Gəncə və Şəki şəhərləri üzrə təqdim olunacaq məhsulların keyfiyyətinə nəzarət və qəbulu ilə bağlı xidmətlərin göstərilməsi üçün məsləhətçi şirkətin seçilməsi məqsədi daşıyır. Texniki Tapşırığa əsasən cəlb ediləcək şirkət layihə çərçivəsində İNTERLİS formatında təhvil verilmiş kadastr məlumatlarının keyfiyyətinə nəzarətin təmin edilməsinə və layihənin səmərəli nəticələrinin əldə edilməsinə imkan yaradacaq, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin(DƏKTİM) və subpodratçı özəl qurumun keyfiyyətə nəzarət sahəsində professionallığının artırılması ilə bağlı təlimlər keçəcəklər. Keyfiyyətə nəzarətə dair tədbirlər layihənin icra müddətinə uyğun olaraq razılaşdırılmış iş qrafikinə uyğun həyata keçirilməlidir. Keyfiyyətə nəzarət xidmətləri, ilkin olaraq pilot seçilmiş ərazidə və eləcə də layihə ərazisinin ayrı-ayrı yerlərində, daha çox müxtəlif növ daşınmaz əmlakların mövcud olduğu xarakterik ərazilərdə həyata keçirilməlidir.

Qeyd olunan xidmətlərin göstərilməsi məqsədi ilə 3 (üç) müvafiq eksperti olan uyğun peşəkar təcrübəyə və ixtisasa malik seçilmiş məsləhətçi şirkət cəlb ediləcəkdir. Ekspertlərdən ikisi kadastr ölçmələri üzrə keyfiyyətə nəzarət, üçüncüsü isə CİS (cografi informasiya sistemləri) üzrə və məlumat bazası üzrə keyfiyyətə nəzarət işlərini aparmalıdır.

Bu Texniki Tapşırıq əsasında həyata keçiriləcək işlərin məqsədi “Gəncə və Şəki şəhərləri üzrə daşınmaz əmlak haqqında rəqəmsal kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi” layihəsinə dair məhsulların keyfiyyətinə nəzarət və qəbulu, həmçinin Sifarişçinin layihədə çalışan işçi heyətinə bu sahədə işlərin təşkili ilə bağlı xidmətləri göstərməklə Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) yardım göstərməkdir.


  1. Tələblər:

- Kadastr ölçmə işləri üzrə ekspert kimi təcrübə;

- Texniki əməkdaşlıq üzrə kadastr layihələrində təcrübə;

- müasir geodeziya vasitələrindən (elektron taxometr və GPS) istifadə qaydalarına dair biliklərə malik olmaq;

- rəqəmsal məkan məlumatlarının çatdırılması üçün məlumat bazası və strategiya ilə bağlı rəqəmsal məlumatların idarə edilməsi üzrə təcrübə;


Arzu olunan tələblər:

  • Penmap proqramından istifadə etməklə, çöl-ölçmə işlərini emal etmək bacarığına malik olmaq;

  • Azərbaycanda və ya regionda (qonşu ölkələrdə) təcrübə;

  • İşlək dil kimi Azərbaycan, türk, rus və ingilis dillərindən birini və ya bir neçəsini bilmək.




  1. Ekspertlər üçün tapşırıqlar:

- DƏKTİM və podratçı ilə sıx əməkdaşlıq şəraitində Gəncə şəhəri və Şəki rayonu üzrə layihənin kadastr işlərinin keyfiyyətinə təminata dair tədbirlərin hazırlanması;

- Göstərilən yerölçmə və kadastr işlərinə dair tətbiq ediləcək metodologiyaya uyğun işlərin icrasına texniki nəzarətin həyata keçirilməsi;

- Rəqəmsal planların keyfiyyətinə (torpaq sahələrinin sərhədləri, bina, tikili və qurğuların yerləşməsi və digər məlumatlar) naturada çöl-ölçmə işləri əsasında nəzarət edilməsi və tövsiyələrin verilməsi;

- Kadastr ölçmə işlərində daşınmaz əmlakların sərhədlərinin müəyyənləşdirilməsi zamanı qarşıya çıxan çətinliklərin və problemlərin aradan qaldırılmasına dair praktiki köməkliklərin göstərilməsi və tövsiyələrin verilməsi;

- ƏMDK-nın məlumat bazasına daxil olunması tələb olunan çöl ölçmə işlərinin nəticəsi olan sənədlərin məzmununun və formatının AZCAD2013 Məlumat Modelinə uyğunluğunun yoxlanılması;

- İcraçının həyata keçirəcəyi kadastr ölçmə işlərinin nəticələrinin yoxlanılması, təsdiq edilməsi və qəbulu üçün layihə işçilərinə təlimlərin keçirilməsi;

- Müfəssəl keyfiyyətə nəzarət prosedurunun təqdim edilməsi.
Podratçı vaxt cədvəlinə uyğun olaraq layihə üzrə məhsulların keyfiyyətinə nəzarət və qəbulu, həmçinin təlim tədbirləri üzrə vəziyyətə dair hesabat təqdim etməlidir.

Podratçı aşağıdakılarla bağlı sənədləri təqdim etməlidir:



  1. İcra edilmiş işlərin təsviri;

  2. Vaxt cədvəli ilə bağlı tələblərin uyğunluğunun təhlil edilməsi, əgər lazımdırsa, vaxt cədvəlinin yenilənməsinə dair tövsiyyələr;

Yaranmış problemlər, tövsiyələr və onların mümkün həlli
Tapşırığın təklif olunan müddəti xidmətlərin başlanması tarixindən etibarən 4 aydır.
Maraqlanan məsləhətçilər may 2004-cü il tarixdə nəşr edilmiş, oktyabr 2006-cı il və may 2010-cu illərdə düzəlişlər edilmiş Dünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması (BYİB-in krediti və BİA-nın krediti və qrantları çərçivəsində)” üzrə təlimatında (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.

 

Məsləhətçi, məsləhətçilər üzrə təlimatda müəyyən edilmiş məsləhətçinin kvalifikasiya əsasında seçiminə uyğun olaraq seçiləcəkdir.



Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günü ərzində, saat 09:00-dan 17:00-dək müraciət etmək olar.

Maraq ifadələri 05 sentyabr 2014-cü il, saat 18:00-a kimi yazılı şəkildə aşağıdakı ünvana şəxsən, həmçinin elektron formada təqdim edilməlidir.

 Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu,

Nigar Hüseynova, Satınalmalar üzrə assistent

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq 612,

AZ1073, Bakı şəhəri, Azərbaycan.

Tel.: (+994 12) 510 91 45 (daxili 7227)

Email:  nhuseynova@emdk.gov.az 



 gunelsafaraliyeva@gmail.com 

 

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə