Texniki şərtlər haqqında məlumatlar
konkret məmulata, materiala və digər məhsullara, onların hazırlanmasına və nəzarətinə kompleks tələbləri müəyyən edən standartlaşdırma üzrə normativ sənəddir. Texniki şәrtlәr DÜİST 2.115-70 standartvna uyğun hazırlanır vә nazirliyin, şirkәtin və müәssisәnin) rəhbərliyi tәrәfindәn tәsdiq olunur.
Azərbaycan Respublikası Prezidentinin 27.12.2001 tarixli fərmanı ilə Dövlətstandartlaşdırma və Metrologiya Mərkəzi, Dövlət Elm və Texnika Komitəsinin Patent Lisenziyalaşdırma İdarəsinin bazasında Azərbaycan Respublikası Standartlaşdirma, Mettologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır.
1996- cı il aprelin 16-da ,, Standartlaşdirma haqqında Azərbaycan Respublikası Qanunu” qəbul olunmuşdur və hənin il oktyabrın 8-də ,,Standartlaşdirma haqqında Azərbaycan Respublikası Qanunu”- nun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı verilmişdir.
1996-cı il dekabrın 26-da Azərdövlətstandartın 6 saylı sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Standartlaşdirma sisteminə daxil olan (Az.S 1.0-96...1.6-96) dövlət standartları təsdiq edilmişdir.
Mühazirə 5.
Mövzu : Standartların işlənməsinin metodoloji ardıcıllığı.
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan:
1. Standartlaşdırma obyektlərinin qaydaya salınması
2. Sistemləşdirmə qaydaları.
3 Seleksiya və simplifikasiya.
4. Obyektlərin tipləşdirilməsi
5. Unifikasiya və aqreqatlaşdirma .
İstehsal texnologiyalarmm intensiv olaraq təkmilləşdirilməsi, beynəlxalq bazarların qloballaşdınlması, kapitalın konsentrasiyası və istehlak bazarinin inkişafına təsir göstərən digər amillər əmtəə rəqabətini kəskin surətdə gücləndirir. İstehlakçıların konkret tələblərinə tam cavab verən əmtəə üstünlük əldə edir. İstehsalçılar dəyişkən bazarda öz məhsullarının rəqabətə dözümlülüyünü təmin etmək üçün onların növünü, parametrlərini və tip ölçülərini istehlak bazarının və ya konkret istehlakçılar qruplarınun tələblərinə uyğun olaraq tez-tez dəyişdirilməsinə məcbur olurlar. Bu prosesi təmin etmək üçün standartlaşdırma obyektlərində işlərin qaydaya salınması üçün istifadə olunan standartlar müəyyən metodoloji ardıcıllıqla işlənilir.
Qeyd etmək lazımdır ki, standartlaşdırma eyni zamanda müəssisədə təkrarlanan məsələlərin optimal həlli və onlarm norma və qayda kimi qanunlaşdırılması üzrə metodlar kompleksidir.
Standartlaşdırma metodu - standartlaşdırma məqsədlərinə nail olmaq üçün üsul və ya üsullar toplusudur.
Standartlaşdırma aşağıdakı metodlar vasitәsilә hәyata keçirilir: unifikasiya, tiplәşdirmә, sistemlәşdirmә, simplifikasiјa, aqreqatlaşdırma.
Standartlaşdmna obyektlərinin qaydaya sahnması - məhsulun, proseslərin və xidmətlərin standartlaşdırılması sahəsində universal metoddur. Növ müxtəlifliyinin idarə olunması qaydaya salınmaya əsasən müxtəlifliyin azaldılması ilə bağlıdır.
Qaydaya salınma işlərinin nəticəsi kimi hazır məhsulun, dəstləşdirici məmulatların sayının məhdudlaşdırılmasını göstərmək olar. Qaydaya salınma univer-
sal metod olaraq bir neçə hissədən ibarətdir: sistemləşdirmə, seleksiya, simplifıkasiya, tipləşdirmə və optimallaşdırma.
Sistemləşdirmə- әşyanın, hadisәnin vә anlayışın müәyyәn ardıjıllıqla düzülmәsindәn ibarәtdir. Әn sadә sistemlәşdirmә obyektlәrin әlifba sırası ilә düzülmәsidir. Başqa sözlə, Standartlaşdmna obyektlərinin sistemləşdirilməsi - konkret standartlaşdırma obyektləri məcmusunun elmi əsaslandırılmış və ardıcıl olaraq əhəmiyyətinə görə təsnifatlaşdırılmasıdır. Bu jür sistem ensiklopediyalarda, politexnik sorğu kitablarında keniş istifadә olunur.
Təsnifatlaşdırmada bütün əmtəə məhsullarını (əsasən sahələr üzrə) sistemləşdirərək müxtəlif təsnifat qruplarına bölünür.
Təsnifat sistemləri əşyalan, hadisə və anlayışlan onların ümumi əlamətlərindən asılı olaraq siniflər, yarımsiniflər və qruplar üzrə yerləşdirilməsi məqsədini güdür. Adətən, təsnifatı onluq sistemi üzrə aparırlar. Onun əsasında məhsulun ümumrespublika təsnifçisi yaradıla bilər. Universal onluq təsnifat (UOT, rusca Universalğnaə desətiçnaə klassifikaüiə - UDK) texniki və humanitar ədəbiyya-tın beynəlxalq indekslərlə fəsillərə bölmə sistemi kimi qəbul edilib.
Standartlaşdırma obyektlərinin seleksiyası - gələcək istehsal üçün məqsədəuyğun sayılan konkret obyektlərin təyin olunması və seçilməsi ilə bağlı olan fəaliyyətdir.
Sistemlәşdirmәnin xalq tәsәrrüfatında әn keniş yayılmış novü siniflәşdirmәdir. Burada әşya, hadisә vә anlayışlar onların ümumi әlamәtlәrindәn asılı olaraq siniflәr, yarımsiniflәr vә dәrәjәlәr üzrә yerlәşdirilir.
Bunları işarә etmәk üçün UDK beynәlxalq universal onluq sistemindәn istifdә olunur. Bu beynәlxalq sistem indekslәri ilә birlikdә texniki vә hümanitar ədәbiyyatların siniflәşdirilmәsindә istifadә olunur. Mәsәlәn, UDK-62-texnika, UDK-621 - ümumi maşınqaјırma vә elektronika; UDK - 621.3 - elektrotexnika vә s.
Qarşılıqaı anlayışlar iki nöqtə ilə işarә olunur Mәsәlәn, әgәr UDK-621.3 elektrotexnikanın, UDK 389.6, standartlaşdırmanın işarәsidirsә, onda UDK 389.6:621.3 elektrotexnikada standartlaşdırmanı göstәrir.
Simpliııkasiya - standartlaşdırmanın әn sadә, iqtisadi jәhәtdən daha sərfәli, texniki jәhәtdәn daha mümkün olan növ müxtәlifliyidir. O, məmulatların tiplәrinin vә ya növ müxtәlifliyinin sayının texniki vә iqtisadi әsaslandırılmış hər hansı minimuma qәdәr ixtisar edilmәsindәn ibarәtdir. Simplifikasiya obyektlərində heç bir texniki təkmilləşdirmə işi aparılmır, yә'ni onlar texniki dәјişikliklərə məruz qalmır. Ona görә də, simplifikasiya zamani məmulatların markalarının və tip ölçulәrinin rasional kombinə edilmәsi imkanları məhduddur.
Simpliııkasiya gələcək istehsal üçün məqsədəuyğun sayılmayan konkret obyektlərin təyin olunması ilə bağh olan fəaliyyətdir. Məsələn, polad istehsah müəssisəsində qəbul olunmuş standartlara uyğun olaraq müxtəlif bərkliyə və digər xassələrə malik olan U7, U7A, U8, U8Q və U8QA markalı alət poladı buraxılır. Fərz edək ki, müəssisəyə konkret sifarişçilərdən U8QA markalı polada uzun müddətdir ki, sifarişlər qəbul olunmur. Bu halda müəssisənin rəhbərliyi konkret U8QA markalı poladın standartının ləğv olunması haqda milli standartlaşdırma agentliyinə müraciət edərək onun ləğvinə nail ola bilər. Seleksiya və simplifıkasiya prosesləri paralel olaraq aparılır. Bundan qabaq obyektlərin əhəmiyyətinə görə təsnifatlaşdırılması aparılır və təhlil edilərək onların gələcək istehlak tələblərinə uyğun olması perspektivi müəyyən olunur.
Standartlaşdmna obyektlərinin tipləşdirilməsi - obyekt tiplərinin (nümunələrinin) konstruksiyalarının. texnoloji qaydalarının, sənəd formalanınn yaradılması üzrə fəaliyyətdir. Seleksiyadan fərqli olaraq, verilən konkret obyektlər, onların keyfıyyətinin və universallığının yüksəlməsinə yönəlmiş müəyyən texniki dəyişikliklərə məruz qalırlar.
Tipləşdirmə- standartlaşdırmanın az yayılmış, lakin son dәrәjә perspektiv metodlarından biridir. Yerli әhәmiјјәtә malik olan unifikasiyadan fәrqli olaraq tiplәşdirmә bүtүn bir sahәnin mәsәlәlәrini hәll edә bilәr. Tiplәşdirmә mövjud avadanlıqların istifadә edilmәsini yaxşılaşdırmaq vә әmәk mәhsuldarlğını artırmaq mәqsәdi ilә aparılır. Onun әsasını hissәlәrin tәsnifatı vә onların işa-rәlәnmәsinin vahid sistemi tәşkil edir.
Məmulat konstruksiyalannm tipləşdirilməsi - bir sıra məmulat-lar, onlarm tərkib hissələri üçün ümumi konstruktiv parametrlər daxil edən birtipli konstruksiyalann işlənib hazırlanması və müəyyən edilməsini tələb edir.
Tipləşdirilmə zamanı məmulatların mövcud olan tipləri və tip ölçüləri, onların tərkib hissələrinin təhlili ilə yanaşı elm və texnikanın nailiyyətlərini və sənayenin inkişafını nəzərə alan yeni perspektivlərini də işləyib hazırlayırlar. Məsələn, 1960-cı illərin başlanğıcında istismarda televizorların 100-dən çox növ müxtəlifliyi mövcud idi. Özünü doğrult-mayan növ müxtəlifliyini aradan qaldırmaq məqsədi ilə onların konstruksiyalarını tipləşdirdilər və nəticədə özünü doğrultmuş konstruktiv sxemlər təkmilləşdirildikdən sonra yeni tip konstruksiyalar (unifıkasiya olunmuş) istehsal olunmağa başlandı - UNT-35, UNT-47, UNT-59.
Unifikasiya - məmulatların istismarı zamanı onların qarşılıqlı әvәzolunması üçün eyni funksional tә'yinatlı məmulatların tiplәrinin, növlәrinin, ölçülәrinin vә markalarının sayının rasional ixtisarıdır. Unifikasiyanın bişlıja fәrqi vә üstünlüyü ondadır ki, növ müxtәlifliyi sayının azalması məmulatların konstruksiyalarının әsas vә ikinji dәrәjәli ölçülәrinin, markalarının dәyişmәsi ilә kedir. Bunun nәtijəsindә məmulatların, materialların, xammalın vә komplektlәşdiriji məmulatların növ müxtәlifliyinin sayı azalır.
Unifikasiya zamanı material vә məmulatların texniki parametrlәri elә dәyişir ki. onların mәrkәzlәşmiş hazırlanması mümkün olur.
Aqreqatlaşdırma - unifikasiya olunmuş standart aqreqatlardan (avtonom yığım vahidlərindәn) istifadә edәrәk maşın, avadanlıq, çihaz vә digər məmulatların yaradılması prinsipidir. Bu aqreqatlar bütün istismar köstәriçilәrinә vә birlәşmә ölçülәrinə görə bir-birini tam әvəz etmәlidirlәr. Hazırda bu mәqsәd üçün aqreqat-dәzkahlar geniş yayılmışdır. Belә ki, istehsal obyekti (məmulat) dәyişilәn kimi bu dәzkahları tez söküb, başqa məmulat istehsal etmәk üçun yenidən quraşdırmaq olar.
Bütün yeni yaradılan maşın vә avadanlıqlar üçün unifikasiya vә aqreqatlaşdırma prinsipinin tәtbiqi mütlәq lazımdır.
Aqreqatlaşdırma prinsipinә misal olaraq universal-yığma tәrtibatları sistemini göstәrmәk olar. Bu tәrtibatlar sәnayenin bir çox sahәlәrindә geniş tәtbiq olunurlar. Tәrtibatları dəqiq hazırlanmış, qarşılıqlı əvәzolunmuş elementlәrdәn yığırlar. Onlar әsas etibarilə tәçrübә zavodlarında, xırda vә
orta seriyalı istehsalatda tәtbiq olunurlar Çünki, bu jür istehsalatlar üçün tez-tez yeni tәrtibatların layihәlәndirilmәsi vә hazırlanması iqtisadi çәhәtdәn sәmərәli deyildir.
Mühazirə 6
Mövzu : Azərbaycan Respublikasının Dövlət standartlaşdırma sisteminin
xarakteristikası.
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan :
-
Azərbaycan respublikasının Dövlət standartlaşdırma sisteminin ümumi
xarakteristikası
-
Standartların işlənmə qaydaları.
Azərbaycan respublikasının Dövlət standartlaşdırma sistemi standartlaşdırma-
nın məqsəd və vəzifələrini , standartlaşdırma işlərinin əsas prinsiplərini və təşkilini, standartlaşdırma üzrə normativ sənədlərin kataqoriyalarını, standartların növlərini, həmçinin standartlaşdırma üzrə Azərbaycan respublikasının beynəlxalq əməkdaşlığı-nın , standartların və texniki şərtlərin tətbiqinin, standartlara riayət olunnmasına döv-lət nəzarətinin əsas müddəalarını müəyyən edir.
Azərbaycan respublikasında standartlaşdırmanın hüquqi əsasları ,, standartlaş-dırma haqqında” qanun müəyyən edir. Qanun istehlakçıların və dövlətin maraqlarını dövlət standartlarının işləməsi zamanı onlara qoyulan tələbləri, qaydaları, normaların müəyyən edilməsi və standartların istifadə olunması zamanı onların mütləq tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətinin təşkil edilməsi yolu ilə Dövlət tədbirlərinin həyata keçirilməsini təmin edir.
,, Standartlaşdırma haqqında” qanun aşağıdakıları reqlamentləşdirir:
-
Standartlaşdırma üzrə işlərin təşkilini;
-
Standartlaşdırma üzrə normativ sənədlərin istifadə olunmasını, onların tərkibini və məzmununu;
-
Standartlaşdırma üzrə işlərin informasiya təminatını;
-
Dövlət standartlaşdırmasının məcburi tələblərinə riayət edilməsinə Dövlət nəzarətinin təşkilini;
-
Dövlət standartlaşdırmasının , dövlət nəzarətinin və yoxlamaların maliyyə-ləşdirilməsini;
-
Dövlət standartlaşdırmasının istifaadə olunmasının stimullaşdırılmasını;
-
,, Standartlaşdırma haqqında” Azərbaycan Respublikasında qanunun pozulma-sına görə məsuliyyəti.
Qanunun hüquqi normaları əsasında Azərbaycan Respublikasında standartlaş-dırmanın prinsipləri və vəzifələri təyin olunmuşdur. Standartlaşdırmanın prinsipləri aşağıdakılardır:
-
Standartlaşdırma üzrə normativ sənədlərin işlənməsi bütün maraqlı tərəflə-
rin, məhsulun layihəçilərinin, istehsalçılarının, çoxçeşidliliyinin, kefiyyətinin, səmə-rəliliyinin, tətbiqinin uyğunluğu və qarşılıqlı əvəzolunmasının, insanların həyatı, sağ-lamlığı və əmlakı üçün təhlükəsizliyinin, ətraf mühitin qorunmasının və başqa qarşı-ilıqlı maraq doğuran məsələlərin idarə edilməsində tərəflərin hər birinin rəyi nəzərə alınmaqla onlarrın qarşılıqlı istəyinə əsaslanmalıdır.
2. Standartın yaradılmasının məqsədəuyğunluğu onun sosial, texniki və iqtisadi labüdlüyü və tətbiqinin qənaətbəxşliliyi ilə qiymətləndirilir.
İnsanların həyatı, sağlamlılığı və əmlaakının təhlükəsizliliyini, mühitin qorun-masını, məhsulun uyğunluğu və qarşılıqlı əvəzolunma qabiliyyətinin təmin edilməsi üzrə standartların yaradılmasına üstünlük verilir.
Standartları elə işləmək lazımdır ki, onlar beynəlxalq ticarətə mane olmasın.
Standart və texniki şərtlər yaradıldıqda layihələrə diqqət yetirməli və qəbul edilmiş beynəlxalq və regional standartları, BMT, AYK və başqa beynəlxalq təşkilat-ların qaydaları, eləcə də lazım gəldikdə, başqa ölkələrin milli standartları nəzərə alın-malıdır.
3. Standartlar hazırlanarkən aşağıdakılar təmin olunmalıdır:
-
Standartların tələbləri qanunvericilik normalarına, eləcədə dövlət nəzarəti funksiyasını yerinə yetirən orqanlarrın norma və qaydalarına uyğun olmalı;
-
Metrroloji təminat da daxil olmaqla qarşılıqlı əlaqəli obyektlərin standartları,
həmin obyektlərə verilən tələblərin razılaşdırılması və standartlaşdırma üzzrə norma-
tiv sənədlərin qüvvəyəminmə müddətlərinin əlaqələndirilməsi yolu ilə kompleks halda olmalı;
-
Standarta daxil edilən tələblər optimal olmalıdır.
4). Elm və texnikanın müasir nəaliyyətlərinə ölkələrin və xarici qabaqcıl təcrü-
bəsinə uyğunluğunu təmin etmək üçün standartların köhlənmiş tələbləri vaxtında də-yişdirilməli və standart vaxtaşırı olaraq yeniləşdirilməlidir.
5). Standartlar standartlaşdırılacaq obyektin əsas xassələrinə, insanların həyatı, sağlamlığı və əmlakının təhlükəssizliyini, eləcə də nişanlama qaydaları və nəzarət üsullarını təmin edən tələblər daxil edilməklə elə tələblər müəyyən etməlidir ki, onlar obyektiv olaraq yoxlana bilsin.
Məhsul və xidmət standartları standartlaşdırma məqsədləri üçün yararlı olma-lıdır.
Standartların tələbləri birmənalı başa düşülsün deyə o dəqiq və aydın şərh olunmalıdır. Eyni standartlaşdırma obyektlərinin standartlarıının müxtəlif idarə səviyyələrində təkrar işlənib hazırlanmasına yol verilməməlidir. Bu proseslər Dövlət standartlaşdırma sisteminin əsasını qoyan standartlar ilə təyin olunan aşağıdakı məsələlərin yerinə yetirilməsində həyata keçirilir:
-
layihəçi, istehsalçı, satıcı və istehlakçılar arasında qarşılıqlı əlaqənin təmini;
-
istehlakçı, və dövlətin mənafei naminə məhsulun nomenklatura və keyfiyyəti-nə, o cümlədən insanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyini, ətraf mühitin mühafizəsinin qorunmasını təmin edəcək optimal tələblərin müəyyənləşdirilməsi;
-
məhsulun uyğunluğuna (konstruktiv, elektrik, məlumat, proqram və s.), eləcə də qarşılıqlı əvəz olunmasına tələblərin təyini;
-
məhsulun göstərici xarakteristikalarının, elementlərinin, dəstləşdirici məmulat-larının, xammal və materiallarının uyğunlaşdırılması və əlaqələndirilməsi;
-
metroloji normaların, qaaydaların, nizamnamə və tələblərin təyini;
-
nəzarətin (sınaq, analiz, ölcü vəs.) sertifikasiyası və məhsulun keyfiyyətinin qiymətləndirilməsinin normativ –texniki təminatı;
-
texnoloji proseslər, həmçinin material və əmək sərfinin, enerji tutumunun
azaldılması və tullantılı texnologiyanın tətbiqinin təmin edilməsi üçün tələb-lərin təyini;
-
texniki –iqtisadi məlumatın təsnifləşdirmə və kodlaşdırma sisteminin yaradıl-
ması və aparılması;
-
dövlətlərarası və dövlətin sosial –iqtisadi və elmi texniki proqramlarının ,
layihələlərinin və infrastruktur komplekslərin (nəqliyyat, rabitə, müdafiə, ət-
raf mühitin mühafizəsi, əhalinin təhlükəsizliyi və s.) normativ təminatı;
-
məhsulun nomenklaturası və əsas göstəriciləri haqqında məlumatla təmin
etmək üçün kataloqlaşdırma sisteminin yaradılması;
-
Azərbaycan respublikası qanunvericiliyinin yerinə yetirilməsində standart-
laşdırmanın netod və vasitələrinin köməkliyi.
Dövlət standartlaşdırma sistemi ,, Standartlaşdırma haqqqında” qanuna mü-vafiq olaraq fəaliyyət göstərir. Onun təşkili və işlənməsinin metodoloji məsələləri Azərbaycan respublikasının ,,Dövlət standartlaşdırma sistemi” -nin əsasını təşkil edən standartlar kompleksində şərh edilmişdir. Göstərilən standartlar kompleksinə aşağıdakı sənədlər daxildir:
-
AzS 1.0 -96 ,. Azərbaycan respublikasının dövlət standartlaşdırma sistemi. Əsas müddəaiar”.
-
AzS 1.2 -96 ,. Azərbaycan respublikasının dövlət standartlaşdırma sistemi.Dövlət standartlarının” işlənmə qaydaları”.
-
AzS 1.3 ,. Azərbaycan respublikasının dövlət standartlaşdırma sistemi. Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydaları”.
-
AzS 1.4 -96 ,. Azərbaycan respublikasının dövlət standartlaşdırma sistemi. Müəssisə standartları. Ümumi müddəalar”.
-
AzS 1.5 -96 ,. Azərbaycan respublikasının dövlət standartlaşdırma sistemi.Standartların tərkibinə, şərhinə, rəsmiləşdirilməsinə və məzmununa olan ümumi tələblər”.
-
AzS 1.6 -96 ,. Azərbaycan respublikasının dövlət standartlaşdırma sistemi.Sahə standartlarının işlənib hazırlanması, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydaları”
Azərbaycan respublikasının dövlət standartlarının işlənib hazırlanması, adətən layihəçi müəssisə və ya standartlaşdırma üzrə texniki komitə (TK) tərəfindən Azərbaycan respublikasının standartlaşdırma plan –tapşırıqları, texniki komitənin proqramları (planları) və standartlarının işlənib hazırlanması müqavilələrinə uyğun olaraq həyata keçirilir. Standartlarının işlənməsi zamanı Azərbaycan Res-publikasının qüvvədə olan qanunları, Azərbaycan Respublikasının dövlət standart-
laşdırma sisteminin standartları və standartlaşdırma üzrə normativ sənədlər, həmçinin standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların sənədləri və AzS 1.0 standartı nəzərə alınmalıdır.
Standartlar işlənərkən müəssisələrin apardığı elmi –tədqiqat, təcrübi -konstruk-nitor, təcrübi –texnoloji, layihə işlərinin, patent tədqiqatlarının nəticələrindən, həmçinin elm və texnika sahəsində xarici və ölkə nəaliyyətlərindən istifadə olunur.
Standartlarlar aşağıdakı metodika ilə hazırlanır (AzS 1.2 -96).
-
1- ci mərhələ: -standartın iılənib hazırlanmasının təşkili;
-
2- ci mərhələ: -standart layihəsinin (ilk redaksiya) iılənib hazırlanması;
-
3- cü mərhələ: - standart layihəsinin (son redaksiya) iılənib hazırlanması və təsdiq üçün təqdim edilməsi;
-
4- cü mərhələ: - standartın təsdiqi və dövlət qeydiyyatı;
-
5- ci mərhələ: - standartın nəşri .
Dövlət standartlarının işlənib hazırlanma mərhələlərinin məzmunu aıağıdakı kimidir:
Standartın layihəsinin iılənib hazırlanmasına texniki tapşırığın tərtib edilməsindən başlanmalıdır.
Standartın texniki tapşırığında hər bir mərhələnin yerinə yetirilmə müddəti, gələcək standartın struktturunu, məzmununu və standartlaşdırma obyektinə dair tələblərin siyahısı, standartın marağında olan potensial istehlakçıların siyahısı (dövlət
orqanları, müəssisələr, şirkətlər və s.) müəyyən edilir. Bunun üçün müvafiq texniki komitə təşkilatı işlər aparmalıdır. Bunların sırasına tapşırıqların işçi qruplara göndə-rilməsi, standart layihəsinə rəyin alınması üçün məqsədəuyğun təşkilatların təyin edilməsi, Agentliyin ixtisaslaşdırılmış nəşriyyatında işlənməsi nəzərdə ttutulan normativ sənəd barədə qısa iinformasiyanın yerləşdirilməsi daxil edilir.
Layihənin işlənməsi iki mərhələdə aparılır.
Birinci mərhələdə: layihənin ilk redaksiyası yaradılır. İlk redaksiyaya verilən tələblər layihənin Azərbaycan Respublikasının qanunvericiliyinə , beynəlxalq qayda və normalara uyğun olması, standartlaşdırma obyektinin patent təmizliyi və s.
Texniki komitənin (TK) işçi qrupu standartın ilk redaksiyasını işləyib hazırlayır və TK –nin üzvləri xüsusi iclasda standart layihənin onun işlənməsi üzrə müqavilə şərtlərinə uyğunluğunu, Azərbaycan Respublikasının tələblərinə və Dövlət standartlaşdırma sisteminin müddəalarına uyğunluğunu təyin edirlər.Bundan sonra rəy almaq üçün layihə standartın müəyyən olunmuş marağı olan təşkilatlara təsdiqə göndərilir.
Dostları ilə paylaş: |