Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan:
1. ,,Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarəti-nin həyata keçirilməsi qaydajarı,, haqqında ,, Azərbaycan Respublikası Nazirlər kabintinin qərarları.
2. ,,İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdiril-məci və ya məhv edilməsi qaydaları haqqında,, Azərbaycan Respublikası Pzezidentinin Fərmanı.
3. Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qay-daların və tövsiyələrin tanınması və tətbiq edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Pzezidentinin Fərmanı.
Yeyinti məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və onların təhlükə-sizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 16 avqust 2005-ci il tarixli 154 saylı qərar qəbul etmişdir.
Bu qərar ,,Yeyinti məhsulları haqqında,, Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Pzezidentinin 23 oktyabr 2003-cü il tarixli , 369 saylı Fərmanın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə verilmişdir.
Qərar ,,Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydajarını,, təsdiq etmişdir.
Qərar aşağıdakı bölmələrdən ibarətdir: - ümumi müddəalar, dövlət nəzarətinin aparılması qaydaları və tətbiq edilən hüquqi tədbir bölməsi.
ümumi müddəalar bölməsində göstərilir ki, bu qaydalar,,Yeyinti məhsulları haqqında,, Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Pzezidentinin 23 oktyabr 2003-cü il tarixli , 369 saylı Fərmanına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən hazırlanmışdır və yeyinti məhsullarının keyfiyyə-tinin və təhlükəsizliyinin təmin edilməsi barədə standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keşirilməsi qaydalarını müəyyən edir. Dövlət nəzarətinin məqsədi istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükə barədə biləcək yeyinti məhaullarının istehsalının, idxalının və bu sahədə Respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaratmaqdır. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini həyata keşirən dövlət nəzarəti orqanları (öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Na-zirliyi, Səhiyyə, Ekologiya və Təbii sərvətlər və Kənd Təsərrüfatı Nazirliklə-ri, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Meteologiya və Patent üzrə Dövlət Agentliyi) həyata keçirir..
Dövlət nəzarəti yeyinti məhsulları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən məhsulların keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal daşınma, salaxlanma,qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarliq və fito-sanitariya standartlarrına norma, qayda və tələblər (bundan sonra standartlara və tələblərə) riaayət edilməsinə yönəlmişdir. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarəti funksiyasının həyata keçirilməsində digər orqanların iştirakına yol verilmir.
Dövlət nəzarəti zamanı aşağıda göstərilənlər yoxlanmalıdır:
-
Yeyinti məhsullarının insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühi-tin təhlükəsizliyinin qorunmasını təmin edəcək tələbləri;
-
Yeyinti məhsullarının qablaşdırılmasına, etiketləşdirilməsinə, daşınma və saxlanmasına olan normativ sənədlərin tələbləri;
-
Müvafiq norma və qaydalara istinad etməklə təhlükəsizlik texnikası və əmək gigiyenasının tələbləri;
-
Ölçmələrin vəhdətini və dəqiqliyini təmin edən metroloji qayda və normaların tələblərini;
-
Səlahiyyətli orqan tərəfindən verilmiş və ya tanınmış qüvvədə olan sertifikat və səlahiyyətnamələrin mövcudluğu;
-
uyğunluq nişanının ,,müalicəvi, pəhriz, ekoloji təmiz,, yazılarının qanunvericiliyə uyğun tətbiqi;
-
sertifikat və şəhədətnamə verilmiş məhsulun normativ sənədlərinə və ya istehsalın texnoloji proseslərinə edilmiş dəyişiliklər barədə sertifikat və şəhədətnamə verən səlahiyyətli orqana vaxtlı- vaxtında məlumatın verilməsi;
-
Yeyinti məhsulları istehsal edən obyektlərə istehsalçının zəruri olan norma sənədlərdə təminatı;
-
istehsal edilən məhsulların sınaqlarının dövri olaraq müvafiq səlahiyyətli orqan tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda (mərkəzlərdə) aparılması;
-
Yeyinti məhsulları istehsal edən obyektlərdə istehsal texnologiyası prosesləri sahəsində ixtisaslı mütəxəssislərin olmasını.
İstehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılmış) edilmiş məhsulla-rın standartlara və tələblərə uyğunluğu araşdırılarkən aşağıdakılar tələb olunur:
-
Istehsalçı ölkənin müvafiq orqanları tərəfindən verilmiş məhsulun mənşə-yini, keyfiyyətini və təhlükəsizliyini xarakterizə edən sertifikatların rəsmi tərcüməsi ;
-
Məhsulun respublikaya daxil edilməsi üçün kontraktın (müqavilənin) surəti;
Bu məhsulun standartlara və tələblərə uyğun olması barədə əlamətlər müəyyən edildikdə məhsul nümunələrinin sınaqları (müayinəsi) aparılır.
İstehsalçı ölkənin verdiyi uyğunluq sertifikatı dövlətlərarası müqavilələrə uyğun
olaraq tanınmadan keçməli, belə müqavilə olmadıqda. məhsulların Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə uyğunluğunu təsdiq edən sertifikat alınmalıdır.
Üçüncü bölmə Dövlət nəzarətinin aparılmasına həsr olunub. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinə nəzarəti dövlət nəzarət orqan-larının müfəttiışləri və mütəxəssisləri həyata keçirirlər.
Döblət nəzarətini həyata keçirən orqanın səlahiyyətləri aşağıdakı şəxsi hüquqlara malikdir:
-
zəruri hallarda təsərrüfat subyektlərinin rəhbərliyini məlumatlandır-maqla istehsal, saxlanma və satış sahəsinə sərbəst daxil olmaq;
-
zəruri məlumat və sənədləri almaq;
-
təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi- texniki vasitələ-rindən əvəzsiz istifadə etmək;
-
məhsulun standartlara və tələblərə uyğunluğunu təmin etmək məqsədilə sınaq nümunələri seçib götürmək;
-
tələblərin pozulduğu aşkar edildikdə iradnamələrə tələbnamələr vermək, inzibati sanksiyalar tətbiq edilməsi üçün sertifikat və şəhadətnamələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün vısadət qaldırmaq.
Dövlət nəzarətinin nəticələri akt ilə (arayış və ya inzibati protokol) rəsm-ləşdirilir, aktda aşağıdskı məlumatlar verilməlidir:
-
hüquqi və fiziki şəxslər haqqında məlumatlar (müəssisənin ünva-nı, müəssisə rəhbərinin soyadı, adı və atasının adı), nəzarət aparan səla-hiyyətli şəxslər haqqında məlumatlar (soyadı, adı və atasının adı);
-
nəzarətin aparılmasının səbəbləri və müddəti;
-
araşdırma haqqında məlumatlar, sınaq üçün götürülən nümunələr və məhsul partiyası haqqında məlumatlar və sınaq protokolu;
-
araşdırmanın nəticələri.
Araşdırma aktının bir nüsxəsi təsərrüfat subyektinin rəhbəriənə təqdim edilir. Təsərrüfat subyektinin rəhbəri aktı imzalayarkən öz rəyini əlavə etmək hüququna malikdir.
Dövlət nəzarət aktı, arayış, inzibati protokol, iradnamələr, tələbnamələr və göstərişlər inzibati qərarların qəbul edilməsi üçün əsas hüquqi sənəddir.
Qaydaların 4-cü bölməsində tətbiq olunan hüquqi tədbirlər göstərilmiş-dir. Aşağıda göstərilən hallarda istehlak üçün idxalın (sərbəst dövriyyə üçün buraxılış), istehsalının, ixracının və satışının qadağan edilməsi barədə göstəriş və tələbnamə verir:
-
yoxlanılan məhsullar standartlara və tələblərə uyğun gəlmədikdə və ya məhsulun müvafiq keyfiyyətinə, sabit istehsalına şərait olmadıqda;
-
normativ sənədsiz, yaxud qüvvədə olma müddəti bitmiş normativ sənəd-lə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə məhsul hazırlandıqda;
-
yeyinti məhsulları gizlədildikdə;
-
sertifikasiya qaydaları pozulduqda, ,,müalicəvi, ,,pəhriz,, ,,ekoloji təmiz,, adlarından, uyğunluq nişanından qeyri- qanuni istifadə edildikdə;
-
saxta və ya başqasının əmtəə nişanı ilə icazəsiz məhsullar istehsal və realizə etdikdə;
-
buraxılması və satılması qadağan olunmuş mallar satıldıqda;
-
məhsulların saxlanması və ya satışı zamanı qonşuluq qaydaları pozul-duqda;
-
sertifikat və şəhadətnamə alınmadan yeyinti məhsulları istehsal olun-duqda və satıldıqda;
-
yeyinti məhsullarının ticarət qaydaları pozulduqda;
-
qeyri- qanuni şəraitdə istehsal edilmiş yeyinti məhsulları satıldıqda;
Sertifikat və şəhadətnamə almış yeyinti məhsulları normativ sənədlərin tələblərinə cavab vermədikdə sertifikat və şəhadətnamənin fəaliyyəti dayanır.
Verilmiış qərar və tələblər icra edilmədikdə mövcud qanunvericiliyə uyğun olaraq icraçılar məsuliyyət daşıyırlar. Dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri hərəkətlərinə və qəbul etdikləri qərarlara görə mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyəti dayandırırlar. Dövlət nəzarətini həyata keçirən orqanların qəbul etdiyi qərarlardan vəzifəli şəxslərin hərəkətlə-rindən müəyyən edilmiş qaydada məhkəməyə şikayət edilə bilər.
,,Yeyinti məhsulları haqqında,, qanunun tətbiq edilməsi haqqında əlavə tədbirlər barədə Respublika Prezidentinin 2003- cü il 23 oktyabr tarixli, 969 saylı Fərmanının 2-ci bəndinin beşinci abzasının icrasını tımin etmək məqsədilə Nazirlər Kabineti 12 fevral 2009-cu il tarixli, 27 saylı qərar qəbul etmişdir. Bu qərarda ,,İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdiril-məsi və ya məhv edilməsini müəyyən edir. Belə məhsullar haqqında qərar dövlət nəzarəti funksiyalarını yerinə yetirən orqanlar tərəfindən məhsulun müvafiq müainəsi və ekspertizasından sonra verilə bilər.
Dövlət nəzarəti orqanları tərəfindən yeyinti məhsullarının müainəsi və ekspertizası aşağıdakı hallarda aparılır:
-
dövlət orqanlarının hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətinə əsasən;
-
əhali arasında qida zəhərlənməsi və ya müxtəlif infeksiyalar baş verdikdə;
Dövlət nəzarəti orqanlarının nəzarəti zamanı seçilmiş nümunələrin müayi-nə və ekspertizası dövlət orqanlarının akkreditasiya olunmuş müvafiq laboratoriyalarında aparılır. Bu zaman yeyinti məhsullarının istehsalını, saxlanmasını, daşınmasını və satış şəraitini reqlamentləşdirən standartlar və tələblər rəhbər tutulur. Yeyinti məhsullarının müayinə və ekspertizasının nəticə-ləri dövlət nəzarəti orqanları tərəfindən sənədləşdirilir.
Müayinə və ekspertiza zamanı yeyinti məhsullarının aşağıdakı vəziyyətləri təyin edilir:
-
insanların qidalanması üçün yararlılığı;
-
şərti yararlıq, insanların qidası ücün bilavasitə istifadəyə yararsız olan məhsullar müəyyən müəssisələrdə xammal kimi təkrarən emala göndərilə bilər;
-
insanların qidalanması üçün yararsızlığı; bu məhsullar məhv olunur, yaxud heyvanların yemlənməsi üçün istifadə oluna bilər.
Müayinə və ekspertizanın nəticəsinə görə istifadəyə yararsız və şərti yararsız məhsullar dövlət nəzarət orqanlarının qərarına əsasən dövriyyədən çıxarılaraq götürülür və ayrıca saxlanılır. Bu məhsulların saxlanmasına və istifadəsinə görə məsuliyyət məhsul sahibinin üzərinə düşür.
Götürülmüş yeyinti məhsullarının təkrar emala göndərilməsi və ya heyvanların yemlənməsi üçün müvafiq dövlət orqanlarının razılığı və sifarişi ilə məhsul sahibləri və ya onların müqavilələri ilə vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir. Götürülmüş malın sonrakı aqibəti barədə sənəd, məhsul sahibi tərəfindən qərar çıxarmış dövlət nəzarət orqanına təqdim edilir. Məhsulların təkrar eləmək mümkün olmazsa və heyvanların yemkınməsi üçün istifadə olunarsa, onlar məhv edilir.
Gömrük nəzarətində olan və yararsız sayılan yeyinti məhsullarının və xammalın məhv edilməsi gömrük qanunvericiliyinin tələblərinə əsasən göm-rük orqanlarının razılığı və nəzarəti altında müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Yeyinti məhsullarının məhv edilməsi barədə qəbul olunmuş qərardan 5 gün ərzində şikayət verilərsə, məhsul və ya xammal sanitariya- epidiminoloji və enizotoloji cəhətdən təhlükə törətmirsə, onların nəhv edilməsi dayandı-rılır. Şikayətə baxılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Məhsulun məhv edilməsi (yandırılma, basdırıldılma) məhv edilmə barədə qərar qəbul etmiş dövlət nəzarəti orqanları mütəxəssislərinin iştirakı ilə məhsul sahibi və ya onun təyin etdiyi digər şəxs tərəfindən həyata keçirilərək aktlaşdırılır. Istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, məhv edilməsi, sax-lanması və daşınması ilə bağlı çəkilən xərclər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışsa, məhsul sahibinin hesabına ödənilir.
Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 avqust 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmiıdir. Qaydalar .. Standartlaşdırma haqqında,, Azərbaycan Respublikası qanunun tələblərinə müvafiq olaraq hazırlanmışdır və Beynəlxxaiq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin tanınması və tətbiqini tənzimləyir.
Beynəlxalq standartların tələbləri respublika iqtisadiyyatının və istehlakçıların mənafeyinə, məhsulun keyfiyyətinə aid olan tələblərə uyğun gəlirsə onların Azərbaycan Respublikasının standartı kimi birbaşa tətbiqi standartlaşdırma və sertifikasiya sahəsində saziş və müqavilələr əsasında həyata keçirilir.
Standartlaşdırma və sertifikasiya sahəsində digər dövlət və təşkilatların respublikamızın ərazisində fəaliyyəti standartlaşdırma, metrologiya, və patent üzrə Dövlət Agentliyi ilə razılaşdırılmalıdır. Beynəlxalq standartın birbaşa tətbiqi onun Azərbaycan dilində olan mətnini Azərbaycan Respublikasının müvafiq standartı kimi qəbul edilməlidir.
Azərbaycan Respublikasının standartları vasitəsilə Beynəlxalq standartla-rın birbaşa tətbiqi üç üsulla həyata keçirilir:
-
iqtisadiyyatın tələblərinə cavab verən beynəlxalq standartların birbaşa tətbiq edilməsi;
-
iqtisadiyyatın tələblərini əks etdirən əlavə tələbləri olan beynəlxalq standartların birbaşa tətbiq edilməsi;
-
Azərbaycan Respublikasının standartlarına əlavə kimi beynəlxalq standartların birbaşa tətbiq edilməsi;
Hər üç üsul beynəlxalq standartların mətnində dəyişiklik edilmədən onla-rın əsillərinin autentik tərcüməsi kimi verilməlidir.Belə standartlar işarə edildikdə həmin
beynəlxalq standartların işarəsi AsS işarəsindən sonra mötəri-zədə göstərilməlidir. Mzsələn, əgər İSO İ001- 2000 Azərbaycan Respublikasında 2006-cı ildə ölkənin Milli standartı kimi qəbul edilibsə, o zaman belə icazə olunmalıdır: AzS (İSO İ001)- 2006.
Əlavə tələbləri olan beynəlxalq standart tətbiq edilərkən həmin standartın əslinin autentik tərcüməsinə uyğun olan standart hazırlanır, əlavə tələblər xüsusi qriflə yazılır.
Standartın ,,giriş,, hisssəsində hansı beynəlxalq standarta əsasən hazırlan-ması göstərilir.
Beynəlxalq standartı müvafiq standartın bölmələri kimi tətbiq edərkən beynəlxalq standartın mətninin autentik tərcüməsi Azərbaycan Respublikası-nın qüvvədə olan standartına aşağıdakı əlavələr olunur:
-
standartın müvafiq bölmələri əvəzinə onun əsas mətnindəki müddəalara istinad;
-
beynəlxalq standartın əslinin autentik tərcüməsinin standarta əlavəsi;
-
standartın müvafiq bölmələrində beynəlxalq standartın birbaşa tərcümə-sini əks etdirən informasiya məlumatları.
Beynəlxalq standartın birbaşa tətbiqi üzrə iş respublika standartlaşdırma planına daxil edlməlidir.
Standartın layihəsini hazırlayan təşkilat beynəlxalq standartın autentik tərcüməsini təmin edir və buna görə məsuliyyət daşıyır.
Standartın layihəsinin təsdiq edilməsi mərhələsində AzS 1,2 -96-ya əsasən sənədlər aşağıdakı əlavələrlə təqdim edilir:
-
beynəlxalq standartın surəti və əslinin autentik tərcüməsi;
-
standartın əlaqədar təşkilatlarla razılaşdığını təsdiq edən sənədlərin əsli.
Beynəlxalq standartlar ölkənin qanunvericiliyinə uyğundursa, onlar Azərbaycan Respublikasının standartı kimi qəbul edilmədən tətbiq oluna bilər.
Mühazirə 10.
Möbzu : Standartlaşdırma fəaliyyətinin əsasını təşkil edən texniki
q a n u n v e r i c l i k
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan :
1. Texniki qanunvericilik və texniki reqlamentlər sahəsində asas anlayışlar.
2. Texniki reqlamentin işlənməsi zərurəti haqqında qərarın qəbul edilməsinin
prinsipial əsasları.
3. Texniki reqlamentin strukturu.
4. Texniki reqlamentin işlənmə qaydası.
5. Texniki reqlamentin istifadə olunması.
Texniki qanunvericilik – texniki obyektlərə (məhsula, onun həyat dövründəki proseslərə, işlərə, xidmətlərə və müəyyən olunmuş tələblərə riayət edilməsinə nəzarətə) tələbləri reqlamentləşdirən hüquqi normalar toplusudur.
Texniki qanunvericilik –iqtisadiyyatın dövlət tərəfindən nizamlanması sahəsi olaraq texniki nizamlama üzrə fəaliyyyət nəticələrindən biridir. Effektiv işləyən qlobal bazar elə iqtisadi məkandır ki, burada dövlətlər sərhəddindən (əmtəələr, kapitallar, işçi resursları, informasiya), sərbəst keçən və burada onlar ücün daha əlverişli şərait yaranır. Dövlətlər tarif və qeyri- tarif maneələrin aradan qaldırılması üçün tədbirlər görərsə, belə bazarların tanınması mümkündür.
Texniki maneələr dedikdə milli və beynəlxalq (xarici) standartlar arasındakı başa düşülür. Belə fərqlər ticarət praktikasında əlavə xərclərə və əmtəələrin müvafiq bazara çatdırılması üçün vaxtın itirilməsinə gətirib çıxarır.
,,Texniki,, maneələri təbii və süni surətdə yaradılan maneələrə ayırmaq olar. Təbii texniki maneələr əsasən istehsalçının xəbəri olmadan onun məhsulunun nəzərə alınmayan keyfiyyət göstəricilərinin idxalçı dövlətdə sınaqlar zamanı aşkar olunaraq tələblərə uyğun olmaması ilə bağlı olur. Süni surətdə yaranan texniki maneələr idxallçı dövlətdə eyni növ və keyfiyyətə malik olan və digər dövlətlərdə istehsal olunan məhsula dair fərqli (yəni birinə daha sərt tələblər irəli sürülür) tələblərin irəli sürülməsi ilə bağlıdır.
Xarici dövlətlərdə olduğu kimi respublikamızda da ticarətdə texniki tələblərin aradan qaldırılması məqsədilə proqramlar işlənib hazırlanmalıdır. Bu proqramların həyata keçirilməsi böyük iqtisadi səmərənin əldə olunmasının əsasını təşkil edir.
Nizamlama anlayışı altında dövlətin bazarda təsərrüfatçılıqla məşğul olan subyektlərin davranışını təşkil edən fəaliyyəti başa düşülür.
Texniki nizamlama obyektləri kimi məhsulları, məhsulun həyat dövrü proses-lərini, işləri və xidmətləri göstərmək olar.
Ümumi halda texniki nizamlama - göstərilən texniki obyektlərə dair tələblərin (məcburi və tövsiyyə olunan) müəyyən edilməsi və tətbiqi sahəsində və müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi sahəsində münasibətlərin hüquqi nizamlanmasıdır.
Texniki nizamlama subyektləri aşağıdakılardır:
-
hakimiyyət orqanları;
-
texniki qanunvericiliyin tələblərinə riayət olunmasına dövlət nəzarəti orqanları;
-
sertifikatlaşdırma orqanları, akkreditasiya olunmuş sınaq laboratoriyaları;
-
təsərrüffat fəaliyyəti subyektləri;
-
texniki qanunların və standartların işləyiciləri;
-
təhlükəsizlik – texniki nizamlama sisteminin əsas aspekti və məcburi tələbidir.
Texniki nizamlama – məhsula, istehsal proseslərinə, istismara, saxlanmaya, daşınmaya, satılmağa və tullantılardan istifadə olunmasına dair tələblərin müəyyən olunması, istifadə olünması sahəsində münasibətlərin hüquqi nizamlanmasıdır.
Göstərilən tərifdə texniki nizamlamanın əsas elementləri qeyd olunmuşdur:
-
məhsula və məhsulun həyat dövrü proseslərinə dair məcuri tələblərin müyyən edilməsi, həyata keçirilməsi və istifadə olunması;
-
könüllülük əsasında məhsula, məhsulun həyat dövrü proseslərinə dair tələblərin müəyyən edilməsi və tətbiqi;
-
uyğunluğun qiymətləndirilməsi sahəsində hüquqi nizamlama.
Birinci element məhsula və metrologiya qaydalarına texniki reqlamentlərin tətbiqi yolu ilə həyata keçirilir; ikinci – standartlaşdırma vasitəsilə; üçüncü –uyğunluğun qiymətləndirilməsi yolu ilə.
Texniki reqlament – özünə məcburi tələbləri cəmləşdirən sənəddir.
Texniki nizamlanma bir sıra prinsiplər əsasında həyata keçirilir:
-
akkreditasiya və sertifikasiya orqanlarının istehsalçılardan və istehlakçılardan asılı olmaması;
-
dövlət nəzarət və sertifikasiya orqanlarının vəzifələrinin üst- üstə düşməsinin yol verilməzliyi;
-
bir orqanla akkreditasiya və sertifikasiya vəzifələrinin yerinə yetirilməsinin yol verilməməzliyi;
-
texniki reqlamentlərə riayət olunması üzrə dövlət nəzarətinin büdcədən kənar maliyyələşdirilməsinin yolverilməməzliyi;
-
məhsula, istehsal proseslərinə, istismara, saxlanmaya, daşınmaya, satılmaya və tullantılardan istifadə olunmasına, işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə dair vahid tələblərin müəyyən edilmə qaydalarının tətbiq edilməsi;
-
vahid akkreditasiya sistemi və qaydaları;
-
uyğunluğun məcburi qiymətləndirilməsi prosedurasının aparilması zamanı tədqiqatlar (sınaqlar) və ölçmələr metodlarının və qaydalarının vəhdəti;
-
bağlanan müqavilələrin növündən və xüsusiyyətlərindən asılı olmayaraq istifadə olunan texniki reqlamentlərin tətbiq edilməsinin vəhdəti;
-
texniki nizamlamanın milli iqtisadiyyatın, maddi- texniki bazanın inkiıaf səviyyəsinə, həmçinin elmi- texniki inkişaf səviyyəsinə uyğunluğu;
-
akkreditasiya və sertifikasiyanın həyata keçirilməsi zamanı rəqabətin məhdudlaşdırılmasının yolverilməməzliliyi.
Texniki nizamlamanın əsas məqsədi – texniki reqlamentlərin qəbul olunmasıdır. Texniki reqlament aşağıdakı məqsədlər üçün qəbul olunur:
1. vətəndaşların həyatının, yaxud sağlamlığının, fiziki yaxud hüquqi şəxslərin əmlakının, dövlət yaxud bələdiyyə əmlakının mühafizəsi;
2. bitgilərin və heyvanların həyatının və sağlamlığının, ətraf mühitin qorunması;
3. alıcılarda yalnız fikir yaratmaq fəaliyyətinin qarşısını almaq;
4. barələrində texniki reqlament tələbləri müəyyən edilən məhsulun və həyat dövrü proseslərinin təyin olunan (istehsal, istismar, saxlanma, daşınma, satılma) siyahısı;
5. texniki nizamlanma obyektinin eyniləşdirmə qaydaları;
6. məhsulun və həyat dövrü proseslərinin təhlükəsizliyini təmin edən minimal lazımi tələblər.
Reqlament- hakimiyyət orqanı tərəfindən qəbul olunan və tərkibində məcburi hüquqi normaları olan rəsmi sənəddir.
Texniki reqlamentin (TR) qəbul olunması məqsədilə tərkibinə aşağıdakılar əlavə oluna bilər:
-
Riskin dərəcəsini nəzərə almaqla təyin olunan uyğunluğun qiymətləndirilmə forma və qaydaları;
-
Hər bir texniki nizamlanmaya məruz qalan obyektə qarşı uyğunluğun qiymətləndirilməsinin məhdudlaşdırılmış müddətləri;
-
Terminologiya, qablaşdirma, markalaşdırmaya irəli sürülən tələblər və etiketlərin məhsulun üzərinə vurulma qaydaları.
TR- lərdə məhsul və proseslərə zərər vurma riskin nəzərə alınması xüsusi tələblərdə göstərilə bilər. Bu tələblər bəzi kateqoriya vətəndaşların müdafiəsini nəzərdə tutur (əlillər, hamilə qadınlar vəs).
TR- ləri döblətlərarası və regionlardan daxil olunan məhsullara qarşı minimal lazım olan baytarlıq –sanitar və fitosanitar tədbirlərin həyata keçirilməsini təyin edər.
Qeyd olunan tədbirlər məhsulun idxalina istifadə olunmasına, saxlanmasına, realizə olunub tullanmasına bioloji təhlükəsizliyi təmin edən məhdudiyyətlərin həyata keçirilməsini təyin edə bilər.
TR -lər ümumi halda iki növ ola bilər: ümumi texniki reqlament (ÜTR) və xüsusi texniki reqlament (XTR).
ÜTR- in tələblərinin tətbiqi və gözlənilməsi hər növ məhsul və həyat dövrü prosesləri üçün məcburidir. ÜTR- lər aşağıdakı məsələləri əhatə edir:
-
bina, tikililər, qurğuların və onların ətrafında olan sahələrin təhlükəsiz istis-mar olunması;
-
yanğına qarşı təhlüükəsizlik;
-
bioloji təhlüükəsizlik;
-
elektromaqnit təhlüükəsizlik;
-
ekoloji təhlüükəsizlik;
-
nüvə və radiasiya təhlüükəsizliyi;
XTR-in tələbləri əsasən ayrı –ayrı növ məhsulların və həyat dövrü proses-lərin texnoloji və digər xüsusiyyətlərini nəzərə alır. XTR- in tələbləri yalnız elə ayrı- ayrı məhsul növünə şamil olunur ki, onların zərər vermə riskinin dərəcəsi ümumi texniki reqjamentlə nəzərdə tutulan risk dərəcəsindən böyükdür.
Texniki reqlamentin işlənməsi zərurəti haqqında qərarın qəbul edilməsi aşağıda göstərilən prinsipial əsaslara uyğun olaraq həyata keçirilir:
-
problemin eyniləşdirilməsi (o cümlədən, onun tələblərini və əhəmiyyətini);
-
problemə bütün yanaşmaların nəzərdən keçirilməsi;
-
başqa variantlara nisbətən texniki reqlamentə üstünlük verildiyi halda onun ticarətdə qeyri –tarif maneələr yaratmasının mümkün olan təsirini öyrənmək;
-
sərəncamverici standartların qəbulu əvəzinə (məsələn, istismar xarakteristikaları) son məhsula standartların prioritet qəbul olunması mümkün-lüyünün öyrənilməsi;
-
beynəlxalq və regional reqlamentlər və standartlarla harmoniya dərəcəsinin öyrənilməsi;
-
uyğunluğun qiymətləndirilmə mexanizminin nəzərdən keçirilməsi
-
texniki reqlamentə nəzarət və onun yenidən baxılma mümkünlü-yünün öyrənilməsi;
-
lazımi məsləhətlərin aparılmasının təmin olunması;
-
texniki reqlamentlərin işlənmə və qəbul qaydalarına riayət olunması.
Müvafiq prinsiplərin həyata keçirilməsi zamanı texniki reqlamentlərin hazırlanması, qəbul olunması və yenidən baxılması üzrə hakim nəzarət sualları aşağıda verilmişdir:
-
problemin eyniləşdirilməsi zamanı: -hökumət hansı məqsədləri güdür? Problemin mahiyyəti nədən ibarətdir? Problemi bazar özü nə üçün həll edə bilmir? Hökumətin bu problemə müdaxilə etməsi nə üçün tələb olunur? O kimin mənafeinə toxunur? ;
-
problrmin həlli vaiantları üzrə hakim suallar: -bütün yanaşmaların nəzərdən keçirilməsi; problemi həll etmək üçün texniki reqlamentlərə alternativlər varmı? Digər yanaşmalarla müqayisədə texniki reqlamentin qəbul olunması ictimaiyyət üçün maksimum gəliri yaxud min. xərcləri təmin edirmi? ;
-
texniki reqlamentin işlənməsi və istifadə olunması üzrə hakim suallar: -tex-niki reqlament firmaların bazara daxil olunması və bazardan çıxması prosesində məhdudiyyətləri minimuma endirirmi?
-
beynəlxalq standartlara baxılması zamanı hakim suallar: - texniki reqlament beynəlxalq standartlarla uzlaşırmı? ;
-
uyğunluğun qiymətləndirilməsi üzrə hakim suallar: -zərərvurma riski məcburi uyğunluğun üçüncü tərəflə razılaşdırılmasını həyata keçirdikdə çəkilən xərclər ödənirmi? ;
-
texniki reqlamentlərin yenidən baxılması və nəzarəti zamanı hakim suallar? - texniki reqlamentin (yenidən) qəbul edilməsi məsələləri və şəraitləri o dərəcədə dəyişmişdir ki, qərara yenidən baxılsın? texniki reqlamentin tətbiq edilmə məqsədlərinə nail olunubmu? texniki reqlamentdən səmərə nə qədərdir?
-
məsləhətlər üzrə hakim suallar: -bütün maraqlı tərəflər nəzərə alınıbmı?.
Texniki reqlamentə aıağıdakı məsələləri əhatə edən struktur elementlər daxil olunmalıdır:
-
texniki nizamlanma obyektləri;
2. terminologiya;
Dostları ilə paylaş: |