Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Aşıq Ədalət Nəsibov–80
(1939-2017)
İgidləri "Ruhani"də cəmlədin,
Sıxıb sazın öz sinəndə bəmlədin.
Şad könlünü hər havayla qəmlədin,
Demədilər ay Ədalət, sil qəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.
Saz sinədə, göz yumulu sağ əli,
Çalardı hey gah "Mixəyi" "Cəlili",
"Dübeyti"nin var öz sözü, öz dili,
Oxuyardı gələndə hərdən dəmi,
Çal ay aşıq, diqəmi çal, dilqəmi.
(M. Duyğulu)
Tərtib edən: Səmədova R.
“Metodika və biblioqrafiya”şöbəsi
Neftçala-2019 DƏDƏ ƏDALƏTƏ.
Barmaqları mizrabını dindirib,
Mələkləri göydən yerə endirib.
Baş saritel baxışları döndərib,
Sədasına cəm eyləyər aləmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.
İgidləri "Ruhani"də cəmlədin,
Sıxıb sazın öz sinəndə bəmlədin.
Şad könlünü hər havayla qəmlədin,
Demədilər ay Ədalət sil qəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.