Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası



Yüklə 311,07 Kb.
səhifə8/10
tarix07.01.2022
ölçüsü311,07 Kb.
#84275
1   2   3   4   5   6   7   8   9   10
İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti malı

Nizami

Tərbiyə böyük işdir, insanın taleyini o həll edir.

V. Belinski

İnsanın bədbəxtliyi və xoşbəxtliyi sərvət və qızılda deyildir. Səadət və fəlakət mələyi insanın özündədir.

Demokrit


Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqqabilində əldə etmək olar.

M. F. Axundov

Yeniyetmələrin mənəvi-əxlaq tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması vəzifəsi hər bir təhsil-tərbiyə müəssisəsinin, bu sahədə çalışan hər bir işçinin qarşısında duran məsul vəzifədir. Respublika Gənclər kitabxanasında vaxtaşırı bu mövzuya müraciət olunur, narkomaniyaya qarşı təbliğat işləri aparılır. Ümumuyyətlə, bu vəzifənin yerinə yetirilməsi üçün cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Heç kəs bu işdən kənarda qalmamalıdır. Düşünmək lazımdır ki, “gələcək bu gündən başlayır” sözləri kitabxanaçıların qarşısında duran məsuliyyətli bir vəzifəni həyata keçirməyə sövq edir. Məsələn: kitabxanamızda 22 may 2017-ci il tarixdə “Gənclər narkomaniyaya “yox” deyirlər” mövzusunda tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” ilə əlaqədar Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2017-ci il üçün iş Planı ilə əlaqədar kitabxanada həyata keçirilmiş bir sıra tədbirlər bütün gəncləri narkotiksiz sağlam həyata, sağlam gələcəyə səsləyir. Tədbirdə iştirak edən Bakı Şəhər Narkoloji Dispanserin həkim mütəxəssisi narkomaniyanın dərəcələrindən, simptomlarından danışandan sonra hər bir ailədə böyüyən gənc nəslin hansı mühitdə əylənmələrinə, dostlarının pis vərdişlərinə qoşulmamalarına xüsusi nəzarət edilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır, qeyri stabil şəraitin yaranmasına səbəb olur. “Gənclər narkomaniyaya “yox” deyirlər " devizi altında tədbirlər planına uyğun olaraq məktəblərdə, internat və uşaq evlərində tədbirlər keçirmişdir. Tədbirdə oxucular arasında rəy sorğusu aparıldı, slaydlara baxıldı, maarifləndirici məlumatlar verildi. Tədbirdə həmçinin, “Kreativ Gənclər” ictimai birliyinin sədri Fərhad Allahverdizadə, Zəngilan rayonunun keçmiş icra başçısı Ələkbər Həşimov, sosioloq Zəminə Səfərova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər. Tədbirdə ümumbəşəri bir problemə çevrilən narkomaniyanın fəsadlarından söz açıldı. Qeyd edildi ki, narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə də insan həyatı zəhərlənir. Buna görə də ümumbəşəri problemin profilaktikası sahəsində Azərbaycanda da bu cür məqsədyönlü proqramlar həyata keçirilir.

Millətin inkişafının təməl daşı olan gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, vətənpərvərlik ruhunda tərbiyəsi hər bir müstəqil dövlətin həyata keçirdiyi ən mühüm məsələlərindən biridir. Məhz buna görə də millətin mövcudluğu üçün sağlam gəncliyin varlığı əsas sayılır. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır. Hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının rolu danılmazdır. 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fəaliyyət göstərdiyi uzun illər ərzində gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafı, müasir gənclik arasında təbliği məqsədi ilə daim müxtəlif kütləvi tədbirlər həyata keçirir. Kitabxanamız nəinki, xidmət etdiyi ərazidə eyni zamanda respublikamızda fəaliyyət göstərən beynəlxalq ölkə və təşkilatlarla əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirir. Beləki, “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, İnnovasiyalar, Öyrənək, Öyrədək” layihəsi çərçivəsində ilk dəfə olaraq 02 iyul 2018-ci il tarixdə Bakı Yunus Əmrə İnstitunda oldular. İnstitutun direktoru Cihan Özdemir kollektivi çox səmimi qarşılayıb görüşdən məmnun qaldığını bildirdi. Kitabxananın direktoru Oruc Quliyev əvvəlcə kitabxana, onun tarixi, fondu, oxucuları, fəaliyyəti, keçirilən tədbir haqqında geniş məlumat verdi və görüşün əsas məqsədinin birgə əməkdaşlıq etmək, müxtəlif layihələrdə, tədbirlərdə iştirak etmək, Azərbaycan və Türkiyə Gənclər Kitabxanalarının sıx əlaqələr saxlamasına, hətta ezamiyyələr vasitəsilə əyani surətdə tanışlıqlarına razılığa gəlmək olduğunu bildirdi.

Doktor Cihan Özdəmir Azərbaycan kitabxanaları ilə tanışlığından, müasir gəncliyin kitaba, ədəbiyyata maraq dairəsindən, Azərbaycan və Türkiyə kitabxanalarının oxşar və fərqli xüsusiyyətlərindən danışdı. Təəssüflə bildirdiki, müasir İnternet əsrində gənclərin kitaba olan marağı nisbətən azalmışdır. Buna görə də, kitabı sevdirən filimlərin çəkilişinə böyü yer ayrılmalı, media ilə iş birliyi qurulmalı, kitablar geniş şəkildə reklam olunmalıdır.

Kitabxanamızın kollektivi Bakı Yunus Əmrə İnstitutunun işi, fəaliyyətinin əsas məqsədi, keçirilən tədris və məşğələlər, həmçinin kitabxana ilə tanış oldular. Görüşün sonunda Oruc Quliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından Bakı Yunus Əmrə İnstitutunun kitabxanasına Zahid Qaralovun iki cildlik “Heydər Əliyevin elmi irsi” və “Əbədiyyətə gedən yol” kitablarını hədiyyə verdi.





Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Bakı Yunis Əmrə İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində növbəti görüşü 02 avqust 2018- ci il tarixində Bakı Türk Mədəniyyət Mərkəzində Dos.Dr. Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Bakiya gələn Türkiyə Cumhuriyyətinin Şanlı urfa Böyük şəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatya Battal Qazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyətin iştirakı ilə “Şanlı urfa və Battal qazidən Qarabağa könül körpüsü” adlı tədbirdə birgə iştirakı ilə həyata keçirildi.

Yunus Əmrə İnstitutunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirin məqsədindən danışaraq türkiyəli qonaqların ölkəmizdə bir sıra dövlət qurumları, xüsusilə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Abşeron rayon icra hakimiyyətinin rəhbərliyi, bir sıra vətəndaş cəmiyyətində fəal olan qeyri-hökumət təşkilatları, millət vəkilləri, iş adamları birlikləri, KİV təmsilçiləri ilə görüşıər keçirdiyini, gələcəkdə əməkdaşlığın daha da güclənməsi istiqamətində müzakirələr aparıldığını və Ali Baş komanda cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirib və əməkdaşlıq sayəsində o gözəl yurd yerlərimizdə Şanlı urfa, Battalqazi kimi parkların açılacağını söylədi.

Tədbirdə kitabxananın direktoru Oruc Quliyev və Türkiyə Respublikasının Kastamonu Universitetinin kitabxanamızda təcrübə keçən tələbələri də çıxışlar etdilər.




1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Beynəlxalq Gənclər Günü” adlı sərgi təşkil edilmişdir. Sərginin məqsədi gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan verməkdir.



Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası sabahın qurucuları olan gənclərimizin vətəninə, xalqına layiqli övlad kimi həyatda öz yerlərini tutmaq və və başqalarına nümunə olmaq kimi formalaşmasında gördüyü tədbirlər günümüzün tələblərinə uyğun olaraq həyata keçirilir. Və bu istiqamətdə işlər daha aktual şəkildə həyata keçiriləcək.




Yüklə 311,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin