Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası



Yüklə 311,07 Kb.
səhifə3/3
tarix17.11.2018
ölçüsü311,07 Kb.
#82720
1   2   3

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti malı

Nizami
ðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ narkomaniyaya aid sekillerðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ narkomaniyaya aid sekiller
Tərbiyə böyük işdir, insanın taleyini o həll edir.

V. Belinski
ðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ narkomaniyaya aid sekillerðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ narkomaniyaya aid sekillerðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ narkomaniyaya aid sekiller
İnsanın bədbəxtliyi və xoşbəxtliyi sərvət və qızılda deyildir. Səadət və fəlakət mələyi insanın özündədir.

Demokrit
ðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ narkomaniyaya aid sekillerðŸð¾ñ…ð¾ð¶ðµðµ ð¸ð·ð¾ð±ñ€ð°ð¶ðµð½ð¸ðµðŸð¾ñ…ð¾ð¶ðµðµ ð¸ð·ð¾ð±ñ€ð°ð¶ðµð½ð¸ðµ

Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqqabilində əldə etmək olar.

M. F. Axundov

Yeniyetmələrin mənəvi-əxlaq tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması vəzifəsi hər bir təhsil-tərbiyə müəssisəsinin, bu sahədə çalışan hər bir işçinin qarşısında duran məsul vəzifədir. Respublika Gənclər kitabxanasında vaxtaşırı bu mövzuya müraciət olunur, narkomaniyaya qarşı təbliğat işləri aparılır. Ümumuyyətlə, bu vəzifənin yerinə yetirilməsi üçün cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Heç kəs bu işdən kənarda qalmamalıdır. Düşünmək lazımdır ki, “gələcək bu gündən başlayır” sözləri kitabxanaçıların qarşısında duran məsuliyyətli bir vəzifəni həyata keçirməyə sövq edir. Məsələn: kitabxanamızda 22 may 2017-ci il tarixdə “Gənclər narkomaniyaya “yox” deyirlər” mövzusunda tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” ilə əlaqədar Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2017-ci il üçün iş Planı ilə əlaqədar kitabxanada həyata keçirilmiş bir sıra tədbirlər bütün gəncləri narkotiksiz sağlam həyata, sağlam gələcəyə səsləyir. Tədbirdə iştirak edən Bakı Şəhər Narkoloji Dispanserin həkim mütəxəssisi narkomaniyanın dərəcələrindən, simptomlarından danışandan sonra hər bir ailədə böyüyən gənc nəslin hansı mühitdə əylənmələrinə, dostlarının pis vərdişlərinə qoşulmamalarına xüsusi nəzarət edilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır, qeyri stabil şəraitin yaranmasına səbəb olur. “Gənclər narkomaniyaya “yox” deyirlər " devizi altında tədbirlər planına uyğun olaraq məktəblərdə, internat və uşaq evlərində tədbirlər keçirmişdir. Tədbirdə oxucular arasında rəy sorğusu aparıldı, slaydlara baxıldı, maarifləndirici məlumatlar verildi. Tədbirdə həmçinin, “Kreativ Gənclər” ictimai birliyinin sədri Fərhad Allahverdizadə, Zəngilan rayonunun keçmiş icra başçısı Ələkbər Həşimov, sosioloq Zəminə Səfərova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər. Tədbirdə ümumbəşəri bir problemə çevrilən narkomaniyanın fəsadlarından söz açıldı. Qeyd edildi ki, narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə də insan həyatı zəhərlənir. Buna görə də ümumbəşəri problemin profilaktikası sahəsində Azərbaycanda da bu cür məqsədyönlü proqramlar həyata keçirilir.

Millətin inkişafının təməl daşı olan gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, vətənpərvərlik ruhunda tərbiyəsi hər bir müstəqil dövlətin həyata keçirdiyi ən mühüm məsələlərindən biridir. Məhz buna görə də millətin mövcudluğu üçün sağlam gəncliyin varlığı əsas sayılır. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır. Hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının rolu danılmazdır. 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fəaliyyət göstərdiyi uzun illər ərzində gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafı, müasir gənclik arasında təbliği məqsədi ilə daim müxtəlif kütləvi tədbirlər həyata keçirir. Kitabxanamız nəinki, xidmət etdiyi ərazidə eyni zamanda respublikamızda fəaliyyət göstərən beynəlxalq ölkə və təşkilatlarla əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirir. Beləki, “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, İnnovasiyalar, Öyrənək, Öyrədək” layihəsi çərçivəsində ilk dəfə olaraq 02 iyul 2018-ci il tarixdə Bakı Yunus Əmrə İnstitunda oldular. İnstitutun direktoru Cihan Özdemir kollektivi çox səmimi qarşılayıb görüşdən məmnun qaldığını bildirdi. Kitabxananın direktoru Oruc Quliyev əvvəlcə kitabxana, onun tarixi, fondu, oxucuları, fəaliyyəti, keçirilən tədbir haqqında geniş məlumat verdi və görüşün əsas məqsədinin birgə əməkdaşlıq etmək, müxtəlif layihələrdə, tədbirlərdə iştirak etmək, Azərbaycan və Türkiyə Gənclər Kitabxanalarının sıx əlaqələr saxlamasına, hətta ezamiyyələr vasitəsilə əyani surətdə tanışlıqlarına razılığa gəlmək olduğunu bildirdi.

Doktor Cihan Özdəmir Azərbaycan kitabxanaları ilə tanışlığından, müasir gəncliyin kitaba, ədəbiyyata maraq dairəsindən, Azərbaycan və Türkiyə kitabxanalarının oxşar və fərqli xüsusiyyətlərindən danışdı. Təəssüflə bildirdiki, müasir İnternet əsrində gənclərin kitaba olan marağı nisbətən azalmışdır. Buna görə də, kitabı sevdirən filimlərin çəkilişinə böyü yer ayrılmalı, media ilə iş birliyi qurulmalı, kitablar geniş şəkildə reklam olunmalıdır.

Kitabxanamızın kollektivi Bakı Yunus Əmrə İnstitutunun işi, fəaliyyətinin əsas məqsədi, keçirilən tədris və məşğələlər, həmçinin kitabxana ilə tanış oldular. Görüşün sonunda Oruc Quliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından Bakı Yunus Əmrə İnstitutunun kitabxanasına Zahid Qaralovun iki cildlik “Heydər Əliyevin elmi irsi” və “Əbədiyyətə gedən yol” kitablarını hədiyyə verdi.


http://ryl.az/images/male/q117.jpghttp://ryl.az/images/male/q119.jpg

http://ryl.az/images/male/q122.jpg
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Bakı Yunis Əmrə İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində növbəti görüşü 02 avqust 2018- ci il tarixində Bakı Türk Mədəniyyət Mərkəzində Dos.Dr. Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Bakiya gələn Türkiyə Cumhuriyyətinin Şanlı urfa Böyük şəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatya Battal Qazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyətin iştirakı ilə “Şanlı urfa və Battal qazidən Qarabağa könül körpüsü” adlı tədbirdə birgə iştirakı ilə həyata keçirildi.

Yunus Əmrə İnstitutunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirin məqsədindən danışaraq türkiyəli qonaqların ölkəmizdə bir sıra dövlət qurumları, xüsusilə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Abşeron rayon icra hakimiyyətinin rəhbərliyi, bir sıra vətəndaş cəmiyyətində fəal olan qeyri-hökumət təşkilatları, millət vəkilləri, iş adamları birlikləri, KİV təmsilçiləri ilə görüşıər keçirdiyini, gələcəkdə əməkdaşlığın daha da güclənməsi istiqamətində müzakirələr aparıldığını və Ali Baş komanda cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirib və əməkdaşlıq sayəsində o gözəl yurd yerlərimizdə Şanlı urfa, Battalqazi kimi parkların açılacağını söylədi.

Tədbirdə kitabxananın direktoru Oruc Quliyev və Türkiyə Respublikasının Kastamonu Universitetinin kitabxanamızda təcrübə keçən tələbələri də çıxışlar etdilər.

http://ryl.az/images/male/q142.jpg

http://ryl.az/images/male/q140.jpg

1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Beynəlxalq Gənclər Günü” adlı sərgi təşkil edilmişdir. Sərginin məqsədi gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan verməkdir.



http://ryl.az/images/male/q148.jpghttp://ryl.az/images/male/q150.jpg

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası sabahın qurucuları olan gənclərimizin vətəninə, xalqına layiqli övlad kimi həyatda öz yerlərini tutmaq və və başqalarına nümunə olmaq kimi formalaşmasında gördüyü tədbirlər günümüzün tələblərinə uyğun olaraq həyata keçirilir. Və bu istiqamətdə işlər daha aktual şəkildə həyata keçiriləcək.



Kitablar:

1. Azərbaycanda narkotik vəziyyət [Mətn]: sosioloji tədqiqatların nəticələri əsasında /elmi red. E.Həsənov


2 . “Antinarkotizm” beynəlxalq elmi-analitik mərkəz.-Bakı: Azərnəşr, 2000.- 80 s.

3. Azərbaycanda narkotik vəziyyət [Mətn]: sosioloji tədqiqatların nəticələri əsasında.- Bakı: Azərnəşr, 2001.- 92 s.


4. Cavadov, F. Narkomaniya və narkotizm [Mətn] /F.Cavadov, Y.Abdullayev.- Bakı: Ulu, 2004.- 296 s.
5.   Elatlı, Elxan.   Görünməyən izlər : roman / E. Elatlı. - Bakı : İdeal-Print, 2010. - 320 s.

6. Əliyev, Şahvələd Sövzi oğlu.  Ailə faciəsi : povest, hekayələr, şeirlər, karikaturalar / Ş. S. Əliyev ; red. B. Qüdrət. - Bakı : Nərgiz, 2012. - 160 s.

7. Əliyev, Q. Narkomaniya və narkotizmlə mübarizə problemləri [Mətn] /Q.Əliyev; elmi red. F.M.Cavadov; Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutu.- Bakı, 1999.- 122 s.

8. Həsənov, E. Azərbaycanın dövlət və hüququnun əsasları [Mətn]: dərslik /E.Həsənov; elmi red. F.Səməndərov.- Bakı: Azərnəşr, 2009.- 528 s.
9. Həsənov, E. Gənclər arasında narkotizmin qarşısının alınması sahəsində daxili işlər orqanlarının fəaliyyəti [Mətn] /E.Həsənov.- Bakı: Sabah, 1993.- 203 s
10. Həsənov, E. Narkotik cinayətkarlıq və Avropa İttifaqında onunla mübarizə [Mətn]: dərs vəsaiti /E.Həsənov.- Bakı: Azərnəşr, 2006.- 132 s.
11. Həsənov, E. Narkotiklərlə bağlı cinayətlər [Mətn] /E.Həsənov.- Bakı: Azərnəşr, 2000.- 128 s.
12. Həsənov, E. Narkotizm: Meyllər və aradan qaldırma tədbirləri [Mətn] /E.Həsənov.- Bakı: Azərnəşr, 1999.- 244 s
13.  Kərimov, Kərim Məmmədxan oğlu. Hiddət və nifrət : karikatura / K. M. Kərimov ; red. N. Q. Cəfərov ; rəssam K. M. Kərimov. - Bakı : CBS Polygraphic Production, 2008. - 320 s.

14. Qasımov, S. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması ilə bağlı cinayətlərin istintaqı problemləri [Mətn] /S.Qasımov.- Bakı: Azərnəşr, 2001.- 101 s.

15. Qəşəmoğlu, Ə. Sosioloji araşdırmalar aparanlara kömək [Mətn] /Ə.Qəşəmoğlu.- Bakı: Sabah, 2001.- 115 s.
16. Məmmədov, S. Narkotizmin cəmiyyətdə bəzi təzahürləri [Mətn] /S.Məmmədov.- Bakı, 2004.- 200 s.
17. Məmmədov, S. Narkotik cinayətkarlıq [Mətn] /S.Məmmədov.- Bakı, 2005.- 296 s.
18. Məmmədov, S. Narkotik cinayətkarlığın cəmiyyətdə təzahürləri və onlara qarşı mübarizənin cinayət prosessual qanunvericiliyi yolu ilə aparılmasının problemləri [Mətn]: hüquq elm. nam. alimlik dər. almaq ücün təq. ol. dis.: 12.00.09- Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyataxtarış fəaliyyəti /S.S.Məmmədov.- Bakı, 2006.- 177 s.

19. Məmmədov, S. Narkotik cinayətkarlıqların təzahürləri və onlara qarşı mübarizənin problemləri [Mətn]: cinayət-prosessual aspektlər /S.Məmmədov.- Bakı: ADPU, 2005.- 208 s.


20. Мәммәдов, Мәммәд Сүлејман оғлу.     Наркоманија, алкоголизм вә ... / М. С. Мәммәдов, А. Г. Абдуллајев ; ред. Т. Мәммәдов. - Бакы : Азәрбајҹан Енсиклопедијасы НПБ, 1995. – 240
21. Nağıyev, R. Uyuşdurucu-süni cənnətin cəhənnəm odu [Mətn] /R.Nağıyev.- Bakı: Nurlan, 2005.- 200 s.

22. Narkomaniya HİV/QİÇS [Mətn] /tərt.ed. İ.Əsədli.- Bakı: Müəllim, 2009.- 39 s.

23. Narkotik sərxoşluq vaxtı narkomanın davranışının və xarici görkəminin səciyyəvi cəhətləri. Narkomanlığa qarşı mübarizə hər bir polis əməkdaşının borcudur [Mətn].- Bakı: Zaman, 2002.- 56 s.
24. Narkotik vasitələr, psixotrop maddələr və prekursorlar [Mətn]: (sənədlər toplusu).- Bakı: Hüquq ədəbiyyatı, 2003.- 224 s.

25.    Nağıyev, Arzu Nəsib oğlu.     Qara kabus / A. N. Nağıyev ; red. E. İlham. - Bakı : Qələm, n. i. y. - 176 s.

26. Zahidov, B. Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri [Mətn]: hüquq elm. dokt. alimlik dərəc. alm. üçün təqd. edil. diss. 12.00.08- Cinayət hüququ və krim.: cəza-icra hüququ ixtisası üzrə /B.Zahidov.- Bakı, 2005.- 501 s.

27. Zahidov, B. Narkotizm və narkobiznes: Kriminalogiya məsələləri [Mətn] /B.Zahidov.- Bakı: Universitet nəşriyyatı, 2004.- 312 s.  

28. Zeynaloğlu, Camal. Tanrı cəzası / C. Z. Zeynalov ; red., ön sözün müəl. X. Balaxanlı. - Bakı : Səda, 2010. - 351 s.



Rus dilində:

1.    Велимедова, Ольга.  Подростковая наркомания : психологические проблемы / О. В. Велимедова. - Баку : АГПУ, 2005. - 150 с. ; 20,5 см. - 300 экз.

2. C  Наркомания : тонкости, хитрости и секреты / под ред. Ю. В. Татуры. - М. : ЗАО Новый ИД, 2004. - 352 с. ; 17 см. - (Ваше здоровье). - 3000 экз..

3.   Наркомания и незаконный оборот наркотиков : вопросы теории и практики противодействия: учебное пособие / Ю. М. Ермаков [и др.] ; под ред. С. Я. Лебедева ; Московский Университет МВД России. - М. : ЮНИТИ-ДАНА, 2006. - 304 с.  

4.  Кенгерли, Асиф Джалил оглу.     Беда : пьесы и рассказы / А. Дж. Кенгерли ; пер.: Г. Оруджова, Н. Мамедова, А. Исмайылгызы. - Баку : Mütərcim, 2014. - 140 с

5. Марковина, Ирина Юрьевна.     Большой англо-русский и русско-английский медицинский словарь : свыше 110 000 терминов, сочетаний, эквивалентов и значений: с транскрипцией = Great English-Russian and Russian-English Medical Dictionary : over 110000 terms, combinations, equivalents and meanings: with transcription / И. Ю. Марковина ; под ред.: Н. В. Морозова, И. Ю. Марковиной ; Московский Государственный Лингвистический Университет. - М. : Живой язык, 2012. - 592 с.

6. Слезин, Валерий Борисович.     Геноцид белой расы : кризис Европы: как спастись, как преуспеть / В. Б. Слезин. - М. : АСТ ; СПб. : Астрель-СПб, 2010. - 285 с. ; 20,5 см. - (Philosophy). - Библиогр.: с. 281-283. - 3000 экз..
7.     Стурчак, Софья.     Антистресс : секреты Древнего Тибета / С. Стурчак. - Ростов н/Д : Феникс, 2013. - 253 с. : ил. ; 18 см. - (Медицина для вас). - 3000 экз
8.   Тарасова, Наталья ВячеславовнаНаркомания : опыт борьбы в США / Н. В. Тарасова. - М. : ЮРКНИГА, 2004. - 184 с. ; 21 см. - 1000 экз..
9. Федоров, Геннадий Владимирович.     Криминалистическое обеспечение противодействия наркобизнесу : монография / Г. В. Федоров, Ю. М. Юбко ; под ред. Г. В. Федорова. - Минск : Тесей, 2006. - 244 с. : табл. ; 20 см. - 300 экз


Dövrü mətbuat:

1. Barxudarov, Barxudar     Narkomaniya bəşəriyyətin bəlasıdır / B. Barxudarov // İki sahil. - 2017.- 30 dekabr. - S. 22 .

2.  Bilik Fondu narkomaniyaya qarşı tədbirlərə start verib // 525-ci qəzet. - 2016.-26aprel. - S. 2 
3.  Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: [12 iyul 2017-ci il] // Azərbaycan. - 2017.- 18 iyul

4. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu: [20 oktyabr 2017-ci il] // Azərbaycan. - 2017.- 11 noyabr.

5.  “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: [7 may 2018-ci il] // Azərbaycan. - 2018.- 12 may.

6. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu: [12 iyun 2018-ci il] // Azərbaycan. - 2018.- 22 iyul

7. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: [18 iyul 2018-ci il] // Azərbaycan. - 2018.- 22 iyul. 

8. Əfəndiyev, Məzahir.     Azərbaycan "cəmiyyətin sosial bəlası"na qarşı prinsipial mübarizə aparır / M. Əfəndiyev // Xalq qəzeti. - 2016.- 30 iyun. - S. 6 .   

9. Əliyev, Zəfər.     Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir / G. Eyyubova // İki sahil. - 2017.- 19 avqust. - S. 14 .

10. Füzuli     Narkomaniya cəmiyyəti təhdid edən əsas problemlərdəndir : Bu problemə qarşı ölkədə səmərəli mübarizə aparılır / Füzuli // Olaylar. - 2016.- 18 oktyabr. - № 191. - S. 11

11. Füzuli     Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə daha effektiv üsul kimi / Füzuli // Olaylar. - 2017.- 7 mart.- S. 12 .

12. Kərimov, İsrafil.     Bəşəriyyət üçün ən böyük bəla narkomaniyadır / İ. Kərimov // İki sahil. - 2016.- 27 fevral. - 12 .

13. Qədirova, Səbinə.     Narkomaniya insanın mənəviyyatını məhv edir, "canlı ölü"yə çevirir / S. Qədirova, Z. Məmmədova // İki sahil. - 2016.-6 fevral. - S. 14



14..    Məmmədova, Səbinə.     "Ağ ölüm"ün zülmət yolu : əsrin bəlası olan narkomaniyaya qarşı maarifləndirmə tədbirləri cəmiyyətin əsas vəzifələrindən olmalıdır / S. Məmmədova // Azərbaycan. - 2018.- 3 iyun. - S. 5

15. Mehdiyev, Arif.     Narkotik asılılığın susdurulmasının immunokimyəvi üsulu / A. Mehdiyev // İki sahil. - 2017.- 20 may. - S.

16.   Mirhəşimov, Böyükağa.     Narkotiksiz gələcək naminə / B. Mirhəşimov // İki sahil. - 2016.-23 yanvar. - S. 15 . - [AZ-Q]var. - S. 13

17. Mirhəşimov, Böyükağa.     Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır / B. Mirhəşimov // İki sahil. - 2018.- 13 yanvar. - S. 14

18. Narkomaniyaya qarşı tədbirlərə start verib // 525-ci qəzet. - 2016.- 26 aprel. S.



19.  Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurur // İki sahil. - 2017.- 5 avqust. - S. 13 .

20.     Narkomaniya dünyanın ən böyük bəlasıdır / E. Vidadioğlu // Səs. - 2016.-18 mart.

21. Narkomaniyaya qarşı mübarizə ümumxalq işinə çevrilməlidir // İki sahil.

22. Nurlan  Bəşəriyyəti uçuruma aparan yol : Narkomaniya cəmiyyəti təhdid edən bəladır / Nurlan // Olaylar. - 2016.- 11 noyabr. - S. 11

23.    Rzayev Elçin. Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur /E.Rzayev //İki sahil.- 2018.-6 avqust . s.-14

 24.  Səfərov, Elgün.     "Mən həyatı seçirəm": [Narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyası] / E. Səfərov // İki sahil. - 2016.- 26 noyabr. -  S. 15 . -

25. Şahverdiyev, Fəqan.     Övladlarımızı və gələcəyimizi narkotikdən qoruyaq / F. Şahverdiyev // İki sahil. - 2016.-4 yanvar.-S.12



26.  Şahverdiyev, FəqanNarkotiklərlə mübarizə hər birimizin vəzifəsidir // İki sahil. - 2016.-16 yanvar. - S. 31  

27. Şahverdiyev, Fəqan.     Narkomaniya ümidsizlik, məhv olmuş həyat deməkdir / F. Şahverdiyev // İki sahil. - 2017.- 1 aprel. - S. 14 .



28. Şahverdiyev, Fəqan.     Narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsidir / F. Şahverdiyev // İki sahil. - 2017.- 7 yanvar.

29. Şahverdiyev, Fəqan.     Narkomaniyaya qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir / F. Şahverdiyev // İki sahil. - 2018.- 6 yanvar. - S. 14

30. Vidadioğlu, Elgün. Beynəlxalq Narkomaniya ilə Mübarizə Günüdür] // Azərbaycan. - 2016.- 25 iyun. - S. 7




Rus dilində:

   1. Азербайджан представлен на специальной сессии Генеральной ассамблеи ООН, посвященной всемирной проблеме наркотиков // Бакинский рабочий. - 2016.- 21 апреля. - С. 3

2.  Алекперова, Дж.     В Азербайджане не стоит ликвидировать срок давности за коррупцию : к такому мнению пришли отечественные эксперты / Дж. Алекперова, Н. Кару // Эхо. - 2016.- 3 сентября. - С. 1,3

3.  Алекперова, Дж.     В Азербайджане не будут привлекать к уголовной ответственности за употребление легких наркотиков? : во всяком случае, с таким предложением выступают отечественные эксперты / Дж. Алекперова // Эхо. - 2016.- 27 декабря. - С. 1
4.  Алиева, С.   В Азербайджане наркоманов будут лечить принудительно : Милли Меджлис Азербайджана принял поправки в закон "Об охране здоровья населения" / С. Алиева // Эхо. - 2016.- 20 апреля. - С. 1,3
5.  Алиева, С.     Есть ли аптечная наркомания в Азербайджане? : в нашей стране свыше 28,5 тысячи наркоманов, однако от аптечной наркомании страдает меньше 1% от всех наркозависимых / С. Алиева // Эхо. - 2016.- 29 июня. - С. 1,4 .

6. Алиева, С.     Лекарства не по назначению : в Азербайджане сразу же пресекаются попытки злоупотребления лекарственными препаратами, а потому проблемы аптечной наркомании в стране практически нет / С. Алиева // Эхо. - 2016.- 9

7. В Баку состоялась конференция на тему «Усиление борьбы с наркоманией среди молодежи» // Бакинский рабочий. - 2018.- 26 июня. - С. 5.

8.  Волков, Константин Александрович. Преступления против личной свободы человека в уголовном праве России и Китая / К. А. Волков // Международное уголовное право и международная юстиция. - 2016. - С. 15-17

  9. Эфендиев, Мазахир.     Либерализация борьбы против наркомании и наркотических веществ - как эффективное средство предотвращения распространения наркомании / М. Эфендиев // Бакинский рабочий. - 2018.- 15 июня. - С. 4

10. Иванцов, Сергей Вячеславович. К вопросу о противоречиях законодательной регламентации уголовной ответственности за организованную, террористическую и экстремистскую деятельность / С. В. Иванцов // Закон и право. - 2016. - С. 21-25



11.  Козубенко, Юрий Вячеславович.   Структура предмета механизма уголовно-правового регулирования / Ю. В. Козубенко // История государства и права. - 2016. –С.1,3

 12. Королев, И. В.     Профилактика социальных аддикций у несовершеннолетних: эмпирический опыт игротехнологий / И. В. Королев // Социальная политика и социология. - 2017. - С. 120-128 .

13. Малахова, Елена. Многоликое зло : в Азербайджане наркоманов будут лечить принудительно / Е. Малахова // Каспiй. - 2016.- 13 апреля. - С. 11 .

 14.  Мамедова, Э.     Легализация употребления марихуаны в Грузии негативно отразится на Азербайджане : наркоторговцы будут чаще пытаться завезти в нашу страну запрещенные вещества / Э. Мамедова // Эхо. - 2017.- 2 декабря. - С. 1,4

15.  Марчук, Василий.     О классификации деяний, ответственность за которые предусмотрена ч. 2 ст. 332 уголовного кодекса Республики Беларусь / В. Марчук // Юстиция Беларуси. - 2017. - С. 28-33 . - [BY-Ж]. - ISSN 1729-3731

16.  Ростовская, Т. К.     Наркозависимость молодых людей: особенности социальной реабилитации / Т. К. Ростовская, Я. В. Шимановская // Социальная политика и социология. - 2017. - С. 171-179 .

17. Рустамова, Э.   Во имя блага... : в Азербайджане предлагают проводить наркотесты будущим Э. Рустамова // Эхо. - 2016.- 27 июля. - С. 1-2

18.  Рустамова, Э. Содержание одного осужденного наркомана в Азербайджане обходится в 6500 манатов в год : тюремной решеткой нельзя вылечить наркозависимость, гораздо эффективнее тратить эти средства на принудительное лечение / Э. Рустамова // Эхо. - 2017.- 27 сентября. - С. 1,3

19. Рустамова, Э. Сбыт наркотиков через Интернет : эксперт предлагает установить уголовную ответственность за распространение, пропаганду и рекламу наркотиков в Интернете / Э. Рустамова // Эхо. - 2017.- 22 сентября. - С. 1,3




Elektron resurslar

www.ryl.az

www.anl.az

www.preslib.az

www.kitabxana.net https://saglamliq.isim.az/xestelik/606/#x614

www.nes.day.az

www.anspress.com

www.azww.anspress.com.

www.az. trend. az.

www.az. wikipedia.org

www.civil-soc.org

www.hafta-ichi.com

www.healthalliance.az.

www.infanderqisi.com.

www.mia.qov.az.

www.mfa.gov.az

www.reliablefuture.orq.

www.e-sehiyye.gov.az/.

.nmdk.gov.az/..

www.anl.az/down/narkomaniya.pdf



veteranlar.qht.az/in

www.pa.edu.az

mct.gov.az/.

health.gov.az/

npodc.org/

https://sdu.edu.az/az/news/738

www.e-qanun.az/framework/7818

https://youthfoundation.az/8706

gencalim.az

www.moderator.az/news/184559.htm


Ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu,

N.Nərimanov küç., 203

URL: www.ryl.az

Əlaqə telefonları: (+994 012) 538 02 47

538 54 57




Yüklə 311,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin