Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazzirliyi



Yüklə 142,09 Kb.
tarix26.05.2018
ölçüsü142,09 Kb.
#51699

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi
metodiki İşlərin Təşkili Şöbəsi


Xalq şairi Zəlimxan Yaqubun anadan

olmasının 60 illiyi münasibətilə

“Sazın, sözün Vəhdətini yaradan şair”

(metodik vəsait)

Gəncə - 2010


Tərtib edən: Gəncə Şəhər Mərkəzləşmiş kitabxana sisteminin

metodiki işlərin təşkili şöbəsinin böyük

metodisti Əhmədova Şahnaz
Redaktor: Mərkəzləşmiş kitabxana sisteminin direktor

Müavini Qədimova Fəridə


Kompyüter dizayn: Biblioqrafiya şöbəsinin biblioqrafı

Abbasova Leyla

Z.Y. Yaqubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə

görə Zəlimxan Yusif oğlu Yaqubov ( Zəlimxan Yaqub)

Şərəf” ordeni ilə təltif edilsin

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2010-cu il

Sazın sözün vəhdətini yaradan şair”

(metodik vəsait)

Ərənlər, ulu kəslər səf çəkərək düzülüb.

Qabaqca peygəmbərlər, sonra şairlər gəlir
Nizami Gəncəvi

I hissə. Həyat və yaradıcılığı.

Yaqubov Zəlimxan Yusif oğlu,

1950 ci il yanvarın 21-də Gürcüstan SSRİ Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirdikdən sonra S.M. Kirov adına

ADU – nin kitabxanaçılıq fakultəsində təhsiı almışdır.

Ədəbi fəaliyyətinə 1966-cı ildə “Oələbə bayragı” rayon qazetində çap etdirdiyi

“Şota Rustavili” adlı ilk şeri ilə başlamışdır. Elə o vaxtdan fəal yaradıcılıqla məşgul olmuşdur. Ə. Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulmuşdur.

1983 cü ildən Yazıçılar İttifaqının üzvüdur.

1995-ci ildə Məmməd Araz ədəbi mükafatı, “Şair harayı”, “Vətən yaraları”,

“Sizi qınamıram”, “Ziyarətin qəbul olsun” kitablarına görə isə H.Z. Tagıyev adına mükafata layiq görülüb. “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf”

Ordeni ilə təltif edilmişdir.

2008-ci il avqust ayının 29 da Azərbaycan aşıqlarının V-ci qurultayında Azərbaycan aşıqlar birliyinin sədri seçilib.

2005-ci ildə Xalq şairi fəxri adına layiq görülüb. Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində,Səudiyyə Ərəbistanında,Almani-

yada,Amerikada, İsveçdə, İsveçrədə, Qırgızıstanda, Türkiyədə, Fransada və İranda səfərdə olub. Yaradıcılığı bütöv Azərbaycan, bütöv Türk dünyası tərəfindən sevilən, ümumxalq məhəbbəti qazanan xalq şairi Z.Yaqubun Azərbaycan poezi-

yasının əsrlərin yaddaşlarından süzülüb gələn ahəngini modem şerdə öz əksini tapmasında da rolu çox böyük və hətta əvəzolunmazdır. Onun ümummilli lider

Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Əbədiyyət dastanı” Azərbaycan xalqının gələcək nəsilləri üçün mənəvi güvənc, iftixar və qürur mənbəyi olaraq

klassik poeziyamızın ölməz əsərləri ilə bir sırada daim yaşamaq hüququ qazanıb.

Xalq şairi Z. Yaqub 2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları

Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hidmət” mükafatına layiq görülərək həmin akademiyanın fəxri doktoru seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə

21 yanvar 2010-cu il tarixdə xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 60 illiyi münasibətilə “Şərəf ”ordeninə layiq görülüb.

Şairin özünəməxsusluğu, onun şerlərinin, adının oxucular arasında hörmət qazanması ona ictimai mükafatdır. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar.

Z. Yaqub məhz belə şairlərdəndir. Həssas oxucu ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyini, rəngarəngliyini duyur, başa düşür.

Xalq şairi Gürcüstan Respublikasının Borçalı mahalında dünyaya göz açsa da onun Azərbaycan yurdu, əlli milyonluq sevəni var.

Füzuli sevgisindən, Xətai mətanətindən, aşıq Ələsgər, aşıq Alı ruhundan,

öz xalqından mənəvi dəstək, ilham alan, qüdrətlənən Z. Yaqub yaradıcılıgı

təkrarolunmazdır, bənzərsizdir.
Nə alim doguldum, nə də ki, dahi,

Peşiman da deyiləm gələn günümə.

Əliboş aparma ilahi məni,

Dogulan günümdən ölən günümə.


Xalq şairi Zəlimxan üçün kitabxana müqəddəs bir yerdir. Müəllimə peyğəmbərə bərabər varlıq kimi hörmət edən, kitabı “Quran” qədər müqəddəs tutan şair bu hissi belə izah edir:
“Qələm mənim üçün Allahın danışan dilidir”
Sənət və şəxsiyyət zirvəsinə ucalan, “ocaq bizim, pir bizim, qıfıl bizim, açar

bizim, hikmət bizim, sirr bizim deyən” Azərbaycan tarixindən, mənəviyyatının

zənginliyindən xəbər verən şerləri ilə qəlbləri oxşayan Zəlimxan Yaqub gözəlliyə

həmişə möhtac olduğunu poeziyanın dili ilə açıqlayır. Bu gözəlliyin, məhəbbətin ünvanı isə müxtəlifdir. Bəlkə dünyanın cənnətməkan diyarı olan Azərbaycanı özü üçün vətən seçən, Şuşasızlıqdan, qürbət həsrətindən bagrı qübar bağlayan, alışan,

yanan, bənzərsiz Xan, Bülbüldür şairə ilham verən...

“Yaşın nə fərqi var ki”... sözləri elə bil poeziya ümmanından güc alan

Zəlimxan yaradıcılıgı üçün nəzərdə tutulub. Çünki, əqidəsinə sadiq qalan bir vətəndaş kimi şeirləri ilə həmişə yaradıcılığında önəm verdiyi həqiqətin, ədalətin,

Vətənə xidmətdən yaranan ülvi hisslərin təbliğatçısı kimi çıxış edir.Ən başlıcası isə başqalarından fərqli olaraq etiraf etməyi bacarır.

Tanrının bəxş etdiyi ömür payının altıncı on illiyini arxada qoyan şair yara-

dıcılığının intibah dövrünü yaşasa da hələ ürəyi doludur, deyilməmiş nə qədər sözü var.


Millətimi saz anladar, saz anlar,

Saza baxsın tariximi yazanlar


söyləyən Z. Yaqub el sənətinin qüdrətini çox şerlərində vəsf edib. Sazın, sözün vəhdətindən qaynaqlanan şerləri xalqın dillər əzbəri olmuşdur.
Neçə dəfə pəncərədən daş gəlib,

Neçə dəfə xumar gözdən yaş gəlib,

Sevən kəslər allaha da xoş gəlib,

Gözəl dünya gözəllərin var olsun.


Z.Yaqub oxucu sarıdan ən varlı, zəngin oxucu sayına malik olan şairlərimizdəndir.

Həmişə olduğu kimi bu gün də oxucular onun şerlərini sevə-sevə oxuyurlar.

Sənin nə ki, sazın-sözün, özün də,

Seirsən, məna var hər bir sözündə.

Hacı Saləddin

Z. Yaqub sözü eldən güc, seldən qanad alır:

Keçilməz dərələr keçilməsəydi,

Aşılmaz zirvələr aşılmasaydı,

Yeldən qanad açıb, seldən güc alıb,

Ruhum küləklərə qovuşmasaydı,

Mən hardan bilərdim şairlik nədir?
Z.Yaqub Azərbaycan poeziyasında heyrət duygusu ilə qeyrət duyğusunu birləşdirərək yeni bir üslub yaratdığını belə tərənnüm edir:
Heyrət ilə qeyrəti yoğurdular yapdılar.

Və ölümlü dünyada bir ölməzlik tapdılar.


Bu gün hər bir Azərbaycanlı kimi Z. Yaqub da ruhunu bir məqam üstündə kökləyir:

Azərbaycanın ərazi büyövlüyü bərpa olunsun, Qarabağ qubarı, nisgilimiz ürəklərdən silinsin, xalqımız rahat, firavan yaşasın.

Biz oxucular, bütün kitabxana işçiləri Xalq şairimiz Z. Yaquba can

sağlığı arzulayırıq, deyirik ki, ulu ozan, qopuzunuzla, sazlı-sözlü çələnginizlə

həmişə, hər bir elin, obanın sevimlisi olaraq qalacaqsınız, ürəklərdə yeriniz var.

II Hissə. Zəlimxan Yaqub yaradıcılıgının kitabxanalarda təbligi və



60 illik yubileyi ilə bağlı kitabxanalarda keçiriləcək tədbirlər
Xalq şairi Z. Yaqubub anadan olmasının 60 illik yubileyi ilə bağlı bütün mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda müxtəlif səpgidə tədbirlər keçiririlməkdədir. Bu tədbirlərə oxucu konfransı, kitab təqdimatı, sual- cavab gecəsi, dəyirmi masa, şer gecəsi, ədəbi-bədii gecəni misal gətirmək olar .Kitabxanada tərtib olunmuş sərgiləri kitabxananın güzgüsü hesab etmək olar.

Hər kitabxanada şairin həyat və yaradıcılıgından bəhs edən zəngin sərgilər tərtib etmək olar. Sərgidə şairin seçilmiş əsərləri, ayrı-ayrı əsərləri, onun haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qazet-jurnal məqalələrindən istifadə etmək olar. Sərgiyə belə başlıqlar vermək olar:

1. Zəlimxan yaqub --- 60

2. Xalqın sevimli şairi

3. Allahın istedadla təltif etdiyi şair

4. Sazla, sözlə çaglayan, daşan şair və s.


Tərtib olunmuş sərgidə veriləcək sitatlar:
“Ömrüm boyu pərəstiş etdiyim şəxslər müəllimlərdir,

bir də kitabxanaçılar olub”

Z. Yaqub
“Zəlimxanın şerləri, əsasən xalqımızın həyat, məişət ənənələrindən

onun yaradıcılığından, şer dilindən qidalanır”

Osman Sarıvəlli
“Azərbaycan bir nəğmədir, sözü mənim ürəyimdə,

Eşqi uca zirvələrdə, özü mənim ürəyimdə”


Z. Yaqub
“Zəlimxan Yaqub çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli

nümayəndələrindən biridir”


Xəlil Rza Ulutürk.
Kitabxanalarda keçirilən maraqlı tədbirlərdən biri də icmaldır.

Şairin maraqlı əsərlərindən birini seçib onun haqqında ətraflı məlumat verilir.

Sonra həmin əsər üzrə müzakirə keçirilir. İcmalın məqsədi həmin əsərə, bütövlükdə şairin yaradıcılığına qarşı marağı artırmaqdır.

“Od aldığım ocaqlar” əsərinin qısa icmalını veririk:

Bu əsər oxucunun xəyalını Qarabağın yaşıl düzlərinə, Şahdağının qızıl darağlı,

əbədi qarlı zirvəsinə çəkib aparır. Bu vətən məhəbbəti bizi kövrək bənövşələr,

təzə yarpaqlanmış söyüd ağacları, moruq kolları ilə bəzənmış ucsuz- bucaqsız

yollara aparır, dogmalarımızın izlərində dolaşırıq, illərin arxasından əks-sədasını

eşidirik. Həm də Azərbaycan torpağından bir ovuc aparıb, göz yaşları ilə isladıb,

qürbət eldə qəbir torpagına qatdığımız itginləri, müharibənin qurbanı olmuş igidlərimizi, ana-bacılarımızı düşünürük.


Gülə bilməz nəsillərin üzünə,

Quru yerin astarı nə üzü nə,

Düz istərəm Qarabagın düzünə,

Dag istərəm Şah dagına bənzəyə.


Əziz oxucular bu əsəri oxumagı sizə tövsiyə edirik.

Kitabxanalarda Z. Yaqubun seçilmiş əsərlərindən, orta və böyük yaş qurup

oxucular üçün “Gözəl dünya, gözəllərin var olsun” adlı poeziya gecəsi keçirmək olar. Poeziya gecəsində şairin sözlərinə yazılmiş mahnılar səsləndirilməlidir. Şair haqqında yazıçılar, ədəbiyyatşünaslar, şairlər öz ürək sözlərini söyləyə bilər. Eyni zamanda yuxarı sinif şagirdləri, kitabxananın fəal oxucuları şairin şerlərindən əzbər söyləyə bilərlər.

Z. Yaqub vətənə, xalqa torpağa və insanlara bağlı məhəbbət şairidir.

O, ürəyi yandıqca qələminə əl atır. Onun “Görüş” şerində oxuyuruq:

Ötmədi mənasız, hədər bir anım,

Odlu duygularla qaynadı qanım,

Sevgidən kərəmtək alışdı canım,

Sevənlər baş əydi külümün üstə.
Poeziya gecəsində məktəblilər, kitabxananın fəal oxucuları şairin bir neçə şerlərini

əzbər söyləyə bilər.

Kitabxanalarda keçirilən ən maraqlı, çox oxucu cəlb olunan tədbirlərdən biri də ədəbi-bədii gecədir. Bu tədbiri müxtəlif başlıqlar altında keçirmək olar:
“Z. Yaqubun poeziya çələngi”

“Parlaq istedad şahibi”

Poeziya gülşənində sazla, sözlə gəzən şair”

“Saz həvəsli,yaz nəfəsli sənətkar”və s.

Ədəbi-bədii gecəyə məktəblilər, müəllimlər, şair və yazıçılar, kitabxananın fəal oxucuları və s. oxucu quruplarını dəvət etmək olar.

Ədəbi-bədii gecənin ssenarisini təqdim edirik:


Poeziya gülşənində sazla, sözlə gəzən şair”

(ədəbi-bədii gecə)
I Aparıcı: Xalq şairi Z. Yaqubun anadan olmasının 60 illik yubileyi

ilə baglı olaraq keçirilən ədəbi-bədii gecənin qonaqlarını və

bütün tədbir iştirakçılarını salamlayıq:

Z. Yaqub bütün Azərbaycan xalqı, böyük türk dünyası

tərəfindən sevilən-seçilən sənətkardır. O, xalqımızın böyük

sevgisini, ağır dərdini dərindən duymağı, sənətkarlıqla

şeirlərinə gətirməyi yaxşı bacarır.

Yurduna, yuvasına, ana südü, ata sümüyü ilə bağlı şairin

əsərlərində xalq məhəbbəti xüsusi bir ahənglə

səslənməkdədir :


Otum bitib suyum axmaz dünyada

Düçar olsam nifrətinə bu xalqın.

II Aparıcı: Hər bir şair öz zəmanəsində yazdıqları ilə insanların

qəlbinə yol taparaq, özünü hər kəsə sevdirərək,onlar

tərəfindən qəbul olunmurlar, bu baxımdan Z. Yaqub

çox xoşbəxt sənətkardır. Çünki o, öz sənətkarlıgı ilə

təkcə Azərbaycanda yox, bütün türkdilli ölkələrdə

insanların sevimlisidir. Şairin mayası sazla, sözlə yog-

rulub. Sazın bağrından qopan odu, alovu, tellərindən

süzülən zümzüməni onun şerlərindən eşitmək olar.

Zəlimxan sazla baş-başa verib pıçıldaşanda adama elə

gəlir ki, iki şer vurgunu bir-biri ilə dərdləşir, bir-birinin

hayına, dadına çatır.

Saz yaşayır zillər, bəmlər içində,

Ötən çaglar, gələn dəmlər içində,

Bir aləmdi, bu aləmlər içində,

Bizdən sonra qalana bax, qalana.
Bu arada bir saz havası dinlənilir.

I Aparıcı: Çaldıgı sazın təranəsi, oxudugu şerin hikməti, dayandığı

xitabət kürsüsünün ədalətli səsi, elin, obanın qeyrətidir

Zəlimxan Yaqub. Onda olan aşiqlik qüdrəti, şairlik gücü,

vətənpərvərlik hissi yaşayıb-yaratmaqda daim şairin

yardımçısı olur.


Həyatın yolları yayla qış kimi

İstidi, bürküdü, borandı, qardı

Mənim taleyimi, gələcəyimi

Düşünə- düşünə saçın agardı


Bu misralarda atanın övladı yolunda əzab ,əziyyətindən,

ən əsası onun gələcəyi haqqında,daşınıb, düşünməsindən

atanın balasına məhəbbətindən, qaygısından, ağaran saçla

rından söz açılır.

Oğul da atanın çəkdiyi əməyin əvəzində deyir:
Necə saçlarını agartmışamsa,

Elə də üzünü ağardacagam.

Üz ağardan övladlar doğma vətənin baş tacıdır.
II Aparıcı: Vaxtı ilə təbiət vurğunu olan ulu sənətkarımız Aşıq

Ələsgərin”Ölsün Ələsgərtək qulların daglar” misrası

dövrümüzün o tay, bu tay adlı dərdində xalq şairi

Zəlimxanın könül nəgməsində başqa bir məna kəsb

edir:
Sənin ki, dərdin var bir Təbriz qədər,

Niyə yaşayırsan öl, ay Zəlimxan.


Bu misralar xalqın kədər yükündən dogan və

qəlbindən gələn haraydır. O, nə şəhid qəbirlərinin

artmasına dözə bilir, nə şəhid analarının fəryadına,

nə də vətən torpagının düşmən tərəfindən tapdalan-

masına:

Yagıları yurda qoysa bu millət,



Torpagını darda qoysa bu millət

Qanımızı yerdə qoysa bu millət

Mən bu xalqa yön çevirən deyiləm.
I Apaıcı: Şairin məhəbbət mövzusunda yazdıgı şerlər içərisində

özünəməxsus yer tutan, parlaq lirizmi ilə seçilən,

özünün də etiraf etdiyi kimi, ən çox sevdiyi

“Bu yaşıl agacın altı bizimdir” şeridir.


Kök üstə budagı neçədi bildim,

Budaqda yarpagı neçədi bildim,

Salxımı, saçagı neçədi bildim,

Bu yaşıl agacın altı bizimdir.


Bu sevgi, bu layla bu beşik bizim

Çəkər növbəmizi bu keşik bizim,

Nəyimizə lazım ev-eşik bizim,

Bu yaşıl ağacın altı bizimdir.


II Aparıcı: Ana təbiətə vurğunluq, doğma yurda tükənməz sevgi,

motivləri, ənənəvi olaraq Z. Yaqub poeziyasında öncül

yerlərdən birini tutur və onun yaradıcılıgının ana xəttini

təşkil edir. Bu yerdə iki məktəbli səhnəyə daxil olur:


I Məktəbli: Aran da, yaylaq da dogmadır mənə

Qəlbimi dağlara verməsəm ölləm,

Yazda çiyələyi, yayda yarpızı,

Payızda morugu dərməsəm ölləm.

Hər kimin qar düşsə yayda yadına,

Vüqarlı zirvələr çatar dadına,

Bizim o dağların ölməz adına,

Şeirdən bir çələng hörməsəm ölləm.


Tədbirin bu yerində şairin sözlərinə yazılmış bir mahnı

dinlənilir.


II Məktəbli: Ruhumun təbiətlə yaman tutur söhbəti

Hara uçub qonursa can deyib can eşidir,

Səsi eşidilməyən qarışqa səsini də,

Ürəkdə tellər düyür, damarda qan eşidir


Azadlıq ağrısını,qovğalar çəkən başın,

Təbiətdi məlhəmi ağlın, ruhun, yaddaşın

Ruhum hopur canına, dağın, qayanın, daşın,

Bir Zəlimxan can deyir, min Zəlimxan eşidir


I Aparıcı: Zəlimxan Yaqub həm də rəssamdır. “danışığı təbiətin

dilidir” Özü də rəssamların çəkə bilmədiklərini çəkir.

Məs.baharın bir-birindən gözəl əlamətləri var,

düşünürsən ki, bütün dövrlərdə, şairlərin, ustad aşıqların

diqqət mərkəzində olan bu mövzuda yeni sözmü demək

olar? Lakin Zəlimxan deyir, özü də gör necə

deyir:

Açılıb dağların çatılan qaşı,



Sevincdən süzülür gözümün yaşı.
Zəlimxan Yaqubun deyimi bənzərsizlər içində

bənzərsizdir.


II Aparıc: Bəli, bütün poeziyası elin, obanın, məmləkətin daşın-

dan, gülündən,agacından da, otundan- suyundan da,

havasından- şehindən də, küləyindən- tufanından da,

qızından-oğlundan da nə yazır yazsın, hamısının

mayasında işıq var, həyat eşqi var, ona görə də

Zəlimzan Yaqubun qoşmaları, gəraylıları, təcnisləri,

poemaları, dastanları, bir sözlə yazdıgı nə varsa

insanın ürəyinə bulaq suyu kimi yayılır, qanını coş-

durur. Hansısa bir gözələ üz tutanda deyir:

Belə gülü hər gülüstan bitirməz,

Hər torpaq da bu neməti bitirməz.

Zəlimxansız dünya bir şey itirməz,

Allah səni pənahında saxlasın.
Və yaxud Qarabağ nisgilimizi yazanda Koroğlu tək

nərə çəkərək, hər kəsi ayaga qalxmağa səsləyir:


Bu gecə yuxuma girmişdi Şuşa,

Cabbar ağlayıydı, Xan ağlayırdı,

Dönmüşdü qanadı qırılmış quşa,

Qarabağ başabaş qan ağlayırdı.


I Aparıcı: Əziz qonaqlar gecəmizi bir saz havası ilə bitiririk,

sevimli şairimiz Zəlimxan Yaquba can sağlığı, yeni-

yeni yaradıcılıq uğurları, bahar ətirli şerlərinin

davamını yazmağı arzulayırıq. Arzu edirik ki, şəhəri-

mizin bütün kitabxanalarında belə gecələr keçirilsin,

şair və yazıçılarımız həmişə oxucular tərəfindən sevil-

sin, unudularaq yaddaşlardan silinməsinlər.

son


Mərkəzi kitabxananın məlumat-biblioqrafiya şöbəsi tərəfindən

hazırlanmış ədəbiyyat siyahısını sizə təqdim edirik

Kitabları


  1. Zəlimxan yaqub. Seçilmiş əsərləri. II cilddə. I cild-Bakı,

“Şərq-Qərb”, 2006-248 Səh.

  1. Zəlimxan Yaqub. Seçilmiş əsərləri II cilddə. Iicild-Bakı,

“Şərq-Qərb” 2006-288 Səh.

  1. Zəlimxan Yaqub Ziyarətin qəbul olsun.

şerlər və poemalar. Bakı, Gənclik 1991. 232 Səh.

  1. Zəlimxan yaqub. Bir əli torpaqda, bir əli haqda.

B. Azərbaycan Bakı, “Azərbaycan” nəşriyyatı 1997- 488 Səh.

5. Zəlimxan Yaqub Yolun eldən başlanıb.

Bakı, Yazıçı 1981. 71 Səh.

6. Zəlimxan Yaqub. Biz bir eşqin butasıyıq.

Bakı, Yazıçı, 1989-192 Səh.


  1. zəlimxan Yaqub Peyğəmbər(poema)

Bakı, “Pedaqogika” nəşriyyatı, 2009-320 Səh.

Zəlimxan Yaqub haqqında:




  1. Zəlimxan Yaqubdan yazılanlar(məqalələr toplusu)

Bakı, “Vətən” nəşriyyatı, 2004 - 400 Səh.

  1. Zəlimxan Yaqub. Azərbaycan sovet yazıçıları(ədəbi sorğu kitabı)

Bakı, Yazıçı, 1987 –250 Səh.

  1. Zəlimxan Yaqub. Azərbaycan yazıçıları(Ensklopedik məlumat

kitabı) “Önər” nəşriyyatı, 1995 – 214

İstifadə olunmuş ədəbiyyat.

İnternetdə:

www.qoqle. az.


  1. Z. Yaqub. Seçilmiş əsərləri I-ci cild.

  2. Z. Yaqub. Seçilmiş əsərləri II cild

  1. Z. Yaqub. Ziyarətin qəbul olsun.

  2. Z. Yaqub. Bir əli torpaqda.

  3. Z. Yaqub. Biz bir eşqin butasıyıq.

  4. Z. Yaqub. Yolum eldən başlanır.

  5. Zəlimxan yaqubdan yazılanlar (məqalələr toplusu)

Dövrü mətbuatda


1. Kəbutər. Şərəfli ömür üçün “Şərəf” mükafatı.

Yeni Azərbaycan qaz, 23 yanvar 2010 cu il.

2. Saləddin Xəlilov “Sazla havaliyam, sözlə diriyəm”

Xalq qaz, 21 yanvar, 2010 cu il.



  1. İbrahimxəlil.“Payız yağışının səsi”

Ədalət qaz, 23 yanvar 2010 cu il.

  1. Xuraman İsmayılqızı. “ Poeziya gülşənində sazla,sözlə gəzən şair”

İki sahil qaz, 22 yanvar 2010 cu il.

  1. Seyidov Hacı Tofiq. “Zəlimxan Yaqubun 60 yaşı tamam oldu”

Azad Azərbaycan qaz. 26 yanvar 2010.

  1. Mədətoğlu Əbülfət “Poeziyanın Zəlimxanı”

Ədalət qaz, 23 yanvar 2010.

2010

Təqvimə əlavələr
Yanvar.

1. 15.01.2010. Aleksandr Sergeyeviç Qriboyedovun anadan olmasının

215 illiyi. (1795-1829)

2. 29.01.2010. Rus yazıçısı A.P. Çexovun anadan olmasının 150 illiyi

(1860-1904)
Fevral.
1. 25.02.2010. Əməkdar elm xadimi,Prafessor, genetik, selleksiyaçı alim

İman Mustafayevin anadan olmasının 100 illiyi.(1910-1997)


Mart.
1. 1.03.2010. Şair, publisist, tərcüməçi Dilsuz Mustafayevin anadan olmasının

65 illiyi. (1945)

2. 17.03.2010. Nasir, şair, tərcüməçi Mikayıl Rzaquluzadənin anadan olmasının

105 illiyi.(1905-1984)

3. 22.03.2010. Xalq artisti, aktrisa Zəroş Həmzəyevanın anadan olmasının

85 illiyi.(1925-2004)

4. 30.03.2010. Xalq artisti, professor Şəfiqə Məmmədovanın anadan olmasının

65 illiyi.(1945)

5. 10.03.2010. Xalq artisti Canəli Əkbərovun anadan olmasının 70 illiyi.

(1940)


6. 26.03.2010. Yazıçı, dramaturq Sabit Rəhmanın anadan olmasının 100 illiyi

(1910-1970)

7. Ədəbiyyatşünas Əziz Şərifin anadan olmasının 115 illiyi.(1895-1989)
Aprel.


  1. 15.04.2010. Beynəlxalq mədəniyyət günü.

  2. 28.04.2010. Ümumdünya əməyin mühafizəsi günü (1996)

  3. 29.04.2010. Beynəlxalq rəqs günü(1982)

  4. 28.04.2010. Xalq artisti, tarzən Hacı Məmmədovun anadan olmasının

90 illiyi.(1920-1981)

5. 18.04.2010. Tarixi abidələrin mühafizəsi günü.(1983)

6. 23.04.2010. General Əliağa Şıxliniskinin anadan olmasının 145 illiyi

(1865-1943)



May.
1. 11.05.2010. Əməkdar incəsənət xadimi Maqsud İbrahimbəyovun anadan

olmasının 75 illiyi. (1935)

2. 10.05.2010. Ümummilli lider Heydər Əliyevin doğum günü.(1923)

3. 19.05.2010. Azərbaycanda prezident vəzifəsinin təsis edilməsinin

20 illiyi (1990)

4. 23.05.2010. Ekologiya və təbii sərvətlər naziorliyi əməkdaşlarının peşə

bayramı.(2007)

5. 24.05.2010. Cərrah, türkoloq Cavad Heyətin anadan olmasının 85 illiyi.

(1925)

6. 7.05.2010. Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının



130 illiyi.(1880 1943)

7. 5.05.2010 Aktyor Adil İsgəndərovun anadan olmasının 100 illiyi

(1910-1978)
İyun
1. 14.06.2010. Reynəlxalq donor günü.(2001)

2. 19.06.2010. Xalq artisti Möhsün Sənaninin anadan olmasının 110

Illiyi.(1900-1981)

3. 20.06.2010. Ümumdünya qaçqınlar günü.(2000)

4. 22.06.2010. Həsənbəy Zərdabinin redaktorluğu ilə ana dilimizdə ilk

mətbu orqan “Əkinçi”nin nəşrinə başlanmışdır.(1875)

5. 28.06.2010. Xalq artisri Gülağa Məmmədovun anadan olmasının

85 illiyi.(1925-1994)

6. 1.06.2010. İlk mexanizator qadın Sevil Qazıyevanın anadan olmasının

70 illiyi (1940-1963)

7. 25.06.2010. Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri

doktoru Ziyad səmədzadənin anadan olmasının 70 illiyi.(1940)



İyul


  1. 1.07.2010. ədəbiyyatşünas, tənqidçi Pənah Xəlilovun anadan olmasının

85 iliyi. (1925)

2. 9.07.2010. Görkəmli şair, maarif və mətbuat xadimi S.Ə.Şirvaninin

anadan olmasının 175illiyi.(1835-1888)


  1. 25.07 2010. Dövlət mükafatı lauriatı, şair Məstan Əliyevin anadan

olmasının 75 illiyi (1935)
Avqust.

1. 10.08.2010. Hərbi xadim Cəmşid Naxçıvanskinin anadan olmasının

115 illiyi. (1895-1938)

2. 12.08.2010. Beynəlxalq gənclər günü.(1999)

3. 23.08.2010. Xüsusi Dövlət Mühafizə idməti əməkdaşlarının peşə

bayramı (2008)

4. 9.08.2010. Milli qəhrəman Çingiz Mustafayevin anadan olmasının

50 illiyi (1960-1992)



Sentyabr


  1. 01.09.2010. Tarixçi, professor Mahmud İsmayılın anadan olmasının

90 illiyi ( 1920)

2. 05.09.2010. Xalq artisti, aktyor Səyavuş Aslanın anadan olmasının 75

illiyi.(1935)


  1. 20.09.2010. Neftçilər günü (2001)

  2. 27.09.2010. Beynəlxalq turizm günü (1970)


Oktyabr.
05. Xalq artisti, Əməkdar İncəsənət Xadimi bəstəkar Xəyyam

Mirzəzadənin anadan olmasının75 illiyi (1935)

09. Ümumdünya poçt günü.(1874)

05. M.Ə.Sabir adına kitabxana-kulubun yaranmasının 25 illiyi

(1985)

12. Din xadimi Hacı Sabirin anadan olmasının 65 illiyi (1945)



10. Riyaziyyatçi, professor Yahya məmmədovun anadan olmasının

80 illiyi (1930-2000)

10. Əməkdar İncəsənət Xadimi, şair Həmid Abbasın anadan olmasının

75 illiyi (1935-1999)

10. Şair Şəkər Aslanın anadan olmasının 75 illiyi (1935-1995)

22. Əməkdar jurnalist, Mailə Muradxanlının anadan olmasının

70 illiyi(1940)

22. nasir Məmməd Aranlının anadan olmasının 90 illiyi (1920-1950)

22. Rus yazıçısı İvan Sergeyeviç Buninin anadan olmasının 140

Illiyi (1870-1953)



  1. Birləşmiş Millətlər Təşkilatı günü (1945)


Noyabr


  1. Xalq artisti, xanəndə Baba Mahmudoğlunun anadan olmasının 70

illiyi (1940-2006)

  1. Şair Vahid Əzizin anadan olmasının 65 illiyi (1945)

  2. Şair Gəray Fəzlinin anadan olmasının 85 illiyi (1925-1995)

  1. Ümumdünya diabet günü (1991)

  1. Azərbaycanın milli qəhrəmanı Gültəkin Əsgərovanın anadan

olmasının 50 illiyi (1960-1992)

  1. Görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cumhuriyyətinin

banilərindən biri Fətəli Xan Xoyskinin anadan olmasının 135 illiyi

(1875-1920)

25. Xanəndə Qaraxan Behbudovun anadan olmasının 75 illiyi (1935)

30. Amerika yazıçısı Mark Tvenin anadan olmasının 175 illiyi

1835-1910)
Dekabr


    1. Əməkdar Elm Xadimi, professor Kamal Abdullayevin anadan

olmasının 60 illiyi

  1. Beynəlxalq əlillər günü (1992)

11. Uşaqların Beynəlxalq televiziya və radio verlişləri günü

16. Sərhədçilər günü

16. Azərbaycanda Fövqaladə Hallar Nazirliyinin yaranmasının

5 illiyi (2005)

14. Xalq artisti Rəşid Behbudovun anadan olmasının 95 illiyi

(1915-1989)

22. Xalq artisti, əməkdar incəsənət xadimi Həsən seyidbəylinin

anadan olmasının 90 illiyi (1920-1980)

26. Xankəndinin işğalı günü (1991)

28. Əməkdar elm xadimi, professor Firudinbəy Köçərlinin anadan

olmasının 90 illiyi


  1. Əməkdar elm xadimi ,SSRİ dövlət mükafatı lauriatı, kimya

elmləri doktoru, akademik Yusif Məmmədəliyevin anadan

olmasının 105 illiyi (1905- 1961)

Beynəlxalq Uşaq hüquqlarının müdafiəsi günü ilə bağlı

MKS nin şöbə və filiallarında keçirilən tədbirlərin

Planı






Tədbirin forması

Tədbirin adı



İcra vaxtı

İcraçı

1.

Sual cavab gecəsi

“Hüquqlarımız haqqında nə

bilirik”




20. XI. 2009.

Uşaq şöbəsi

2.

Sərgi

“Uşaqlar sabaha açılan pəncərələrin gur işıqlarıdır”


14. X. 2009

1 saylı filial

3.

Görüş

“Körpələr bal kimi şirin, çiçək

kimi təmizdir”(SOS ilə görüş)




6. XI. 2009

1 saylı filial

4.

Səhərcik

“Dünyaya sülh gərəkdir”


22. X. 2009

3 saylı filial

5.

Sərgi

“Təbiəti sevin dostlar”


22. X. 2009

4 saylı filial

6.

Şer gecəsi

“Təbiət bizi böyüdəcək şən,

əgər qorusaq qara əllərdən”




20. XI. 2009

4 saylı filial

7.

Söhbət

“Uşaq sevinc və xoşbəxtlik

simvoludur”




20. X. 2009

7 saylı filial

8.

Sual cavab

gecəsi


“Dünyamız uşaqların gözü ilə

5. XI. 2009

8 saylı filial

9.

Sual cavab

“Sən öz hüquqlarını

bilirsənmi”



20. XI . 2009

10 saylı filial

10.

Söhbət

“ Uşaqların hüquqlarını qorumaq hamının borcudur”

20. X. 2009

16 saylı filial

11.

Söhbət

“ Uşaqlı gələcəyimiz namanə”


20. XI. 2009

18 saylı filial

12.

Məruzə

“Qoy həmişə sülh olsun”


20. XI. 2009

22 saylı filial

13.

Məruzə

“Uşaqlar arasında bərabərlik”


18. XI. 2009

2 saylı filial

14.

Sual cavab

gecəsi


“Uşaqlar və gənclər öz hüquqlarını necə öyrənə

bilərlər?”



9. XI. 2009


6 saylı filial




MKS - nin Metodiki işlərin təşkili şöbəsi

Yüklə 142,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin