Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodiki İşlərinTəşkili Şöbəsi
Əməkdar Jurnalist Əhməd İsayevin anadan olmasının
70 illiyi münasibətilə
Açın ürəklərin qapılarını , həqiqət carçısı jurnalist gəlir
(metodik vəsait)
Gəncə - 2010
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodiki İşlərin Təşkili Şöbəsi
Açın ürəklərin qapılarını həqiqət carçısı jurnalist gəlir
(metodik vəsait)
Jurnalist Əhməd İsayevin – 70 illiyi
Gənc - 2010
“Qələm əhlinin birinci müqəddəs vəzifəsi
gərək ola həqiqəti yazmaq... Heç olmaz ki,
doğru söz yerdə qalsın”.
Həsənbəy Zərdabi.
Əhməd Məmməd oğlu İsayev 1964 - cü ildən Jurnalistlər İttifaqının, 1992 – ci ildənYazıçılar Birliyinin üzvü, Respublikanın Əməkdar jurnalisti, “Qızıl Qələm”, “Ustad”, Ali jurnalistika, “Həsən bəy Zərdabi” və “Araz” Ali ədəbi mükafatları laureatı, AKTA – nın fəxri doktoru, prezident təqaüdçüsüdür.
Gözəl istedada, incə müşahidəyə, orijinal mətləb açmaq, söz demək qabiliyyətinə malik olan Əhməd İsayev Azərbaycan jurnalistlərinin qabaqcıl dəstəsinə mənsubdur. Onun hər bir kitabını, oçerkini, məqaləsini oxucular dərin intizarla gözləyirlər. Əsil qələm sahibi üçün bu oxucu mükafatı, yazıçı səadətidir
Qabaqcadan deməliyik ki, o, tamamilə bu mükafata layiqdir. Çünki Ə. İsayev jurnalist peşəsinin incəliklərinə dərindən bələddir, onun ovsunlu qələmi nədən yazmağı, nə vaxt yazmağı, necə yazmağı gözəl bacarır.
İstedadlı yazıçı-jurnalist İsayev Əhməd 1940 cı il avqustun 30 – da Azərbaycanın Zaqatala rayonunun Suvagil kəndində qulluqçu ailəsində adadan olmuşdur. Orta məktəbi bu kənddə bitirmiş, ilk əmək fəaliyyətinə də bu kənddə başlamışdır.
Əhməd İsayev ADU - nin filologiya fakültəsinin tənqid və biblioqrafiya şöbəsində təhsil almışdır. Bakıda tələbəlik illərində “Komminist” qazeti redaksiyasında kiçik ədəbi işçi, ədəbi işçi, böyük ədəbi işçi kimi çalışmışdır.
“Respublika” qəzetinin redaktoru işləmişdir. 1957 ci ildən dövrü mətbuatda oçerk, sənədli povest, hekayə və publisist yazılarla müntəzəm olaraq çıxış edir. Yazıçı jurnalist yaradıcılığında bədii publisistikaya üstünlük verir.
Onun “Boş barılar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Əhməd İsayev Ümumittifaq və Respublika jurnalistlər birliyinin “Vətən keşiyində” prizinə layiq görülmüşdür.
Əhməd İsayev üçün vətən, doğma Suvagil kəndindən başlanır.
Dünyanın harasında olursa olsun doğma kəndi üçün, köhnə Suvagil üçün darıxır.
Əhməd İsayev uzun müddət “Kommunist” qəzetinin Gəncə zonası üzrə xüsusi müxbiri olmuşdur.
Hörmətli müəllifin özünün dediyinə görə Gəncə onun tale yazısıdır.
Otuz ildən artıq bir müddətdir ki, bu şəhərdə yaşayıb-yaradır.
O, bu qədim şəhərin tarixini, taleyini araşdıraraq neçə-neçə kitab yazmışdır.
Dostları ilə paylaş: |