I–ci oxucu:
Nizami yurdunda yanan çıraqdı,
Yaxın qaranlıqlar ondan uzaqdı,
Tarixdi, dastandı, səsdi, soraqdı
Açımmı bunlardan söhbət İsayev
Yazıçı jurnalist Əhməd İsayev.
II
Kəpəzin, Göy-gölün yapış əlindən
Soruş çiçəyindən soruş gülündən
Gəncə tarixini yazdı yenidən
Gətirdi Gəncəyə şöhrət İsayev
Yazıçı-jurnalist Əhməd İsayev.
Tədbirin bu yerində çıxış üçün söz qonaqlardan birinə verilir.
Aparıcı:
Yazıçının “Gəncə və gəncəlilər” kitabını vərəqlədikcə
görürük ki, zaman-zaman Gəncənin başı üstündən odlar, alovlar əksilmir, əksinə illər, əsrlər keçdikcə zülm-zillət daha da artır, onun düşünən-duyan, yaradan-quran övladları nəsil-nəsil Gəncədən uzaqlaşdırılır.
Bu əsəri oxuduqca açıq-aşkar hiss edirsən ki, çox zaman əsas səbəb arxadan saplanan erməni xəncəri olub.
Bu əsər Gəncə xalqı üçün dəyərli bir abidədir.
Dostları ilə paylaş: |