Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodiki İşlərinTəşkili Şöbəsi
Əməkdar Jurnalist Əhməd İsayevin anadan olmasının
70 illiyi münasibətilə
Açın ürəklərin qapılarını , həqiqət carçısı jurnalist gəlir
(metodik vəsait)
Gəncə - 2010
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodiki İşlərin Təşkili Şöbəsi
Açın ürəklərin qapılarını həqiqət carçısı jurnalist gəlir
(metodik vəsait)
Jurnalist Əhməd İsayevin – 70 illiyi
Gənc - 2010
“Qələm əhlinin birinci müqəddəs vəzifəsi
gərək ola həqiqəti yazmaq... Heç olmaz ki,
doğru söz yerdə qalsın”.
Həsənbəy Zərdabi.
Əhməd Məmməd oğlu İsayev 1964 - cü ildən Jurnalistlər İttifaqının, 1992 – ci ildənYazıçılar Birliyinin üzvü, Respublikanın Əməkdar jurnalisti, “Qızıl Qələm”, “Ustad”, Ali jurnalistika, “Həsən bəy Zərdabi” və “Araz” Ali ədəbi mükafatları laureatı, AKTA – nın fəxri doktoru, prezident təqaüdçüsüdür.
Gözəl istedada, incə müşahidəyə, orijinal mətləb açmaq, söz demək qabiliyyətinə malik olan Əhməd İsayev Azərbaycan jurnalistlərinin qabaqcıl dəstəsinə mənsubdur. Onun hər bir kitabını, oçerkini, məqaləsini oxucular dərin intizarla gözləyirlər. Əsil qələm sahibi üçün bu oxucu mükafatı, yazıçı səadətidir
Qabaqcadan deməliyik ki, o, tamamilə bu mükafata layiqdir. Çünki Ə. İsayev jurnalist peşəsinin incəliklərinə dərindən bələddir, onun ovsunlu qələmi nədən yazmağı, nə vaxt yazmağı, necə yazmağı gözəl bacarır.
İstedadlı yazıçı-jurnalist İsayev Əhməd 1940 cı il avqustun 30 – da Azərbaycanın Zaqatala rayonunun Suvagil kəndində qulluqçu ailəsində adadan olmuşdur. Orta məktəbi bu kənddə bitirmiş, ilk əmək fəaliyyətinə də bu kənddə başlamışdır.
Əhməd İsayev ADU - nin filologiya fakültəsinin tənqid və biblioqrafiya şöbəsində təhsil almışdır. Bakıda tələbəlik illərində “Komminist” qazeti redaksiyasında kiçik ədəbi işçi, ədəbi işçi, böyük ədəbi işçi kimi çalışmışdır.
“Respublika” qəzetinin redaktoru işləmişdir. 1957 ci ildən dövrü mətbuatda oçerk, sənədli povest, hekayə və publisist yazılarla müntəzəm olaraq çıxış edir. Yazıçı jurnalist yaradıcılığında bədii publisistikaya üstünlük verir.
Onun “Boş barılar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Əhməd İsayev Ümumittifaq və Respublika jurnalistlər birliyinin “Vətən keşiyində” prizinə layiq görülmüşdür.
Əhməd İsayev üçün vətən, doğma Suvagil kəndindən başlanır.
Dünyanın harasında olursa olsun doğma kəndi üçün, köhnə Suvagil üçün darıxır.
Əhməd İsayev uzun müddət “Kommunist” qəzetinin Gəncə zonası üzrə xüsusi müxbiri olmuşdur.
Hörmətli müəllifin özünün dediyinə görə Gəncə onun tale yazısıdır.
Otuz ildən artıq bir müddətdir ki, bu şəhərdə yaşayıb-yaradır.
O, bu qədim şəhərin tarixini, taleyini araşdıraraq neçə-neçə kitab yazmışdır.
“Gəncəli təkcə o kəs deyil ki, burada doğulub boya-başa çatıb.
Bu, taleyin işidir. Əsil Gəncəli odur ki, yurdundan, yuvasından asılı olmayaraq gəlib bu şəhər üçün bir iş görsün, bir iz qoysun”
Əhməd İsayev.
Əhməd müəllim kənardan gəlməsinə baxmayaraq bu şəhər üçün çox iş görüb, Gəncəni nəinki başqalarına, hətta gəncəlilərin özlərinə də tanıdıb. Hörmətli qələm ustası öz xoşbəxtliyini, şöhrətini də bu şəhərdə tapıb. Burada ailə qurub, övlad sahibi olub.
Əhməd İsayev gözəl istedada, incə müşahidəyə, orijinal mətləb açmaq, söz demək qabiliyyətinə malikdir.
O, öz peşəsini çox sevir, işinə ürəkdən bağlıdır.
Ə. İsayevin ilk yazısı 1957 ci il aprelin 6- da Zaqatala rayon qəzetində, biblioqrafiyada adı çəkilən “Üzü bəri baxan illər mənim sizdə nəyim qaldı” adlanan son yazısı isə 2008 ci ildə çap edilib.
Kitabda əlli ildən artıq müddətdə müxtəlif qəzet və jurnal səhifələrində çıxış edən yazıçı- jurnalistin əsərlərinin və haqqındakı rəylərin biblioqrafiyası verilir. Ömrünü, gününü, çox şərəfli həm də çox çətin peşə olan jurnalistikaya həsr etmiş Ə. İsayev nələrdən yazır, kimlərdən yazır, haralardan xəbər verir? Müəllifin biblioqrafiyası ilə tanış olduqda insanın qarşısında bir aləm açılır. Toxunduğu mövzular, qaldırdığı məsələlər, həllinə çalışdığı problemlər jurnalistin peşəkarlığından, cəsarətindən və düzgünlüyündən xəbər verir. Əhməd
müəllim öz biblioqrafiyasında ömrü boyu qələmə aldığı bütün yazıları toplayaraq saxlayıb, sistemli şəkildə işləyərək oxucularına təqdim edib.
Ə. İsayevin həmişə öz sözü, öz üslubu olub, qəlbinin sözünü yazıb.
“Üzü bəri baxan illər mənim sizdə nəyim qaldı” əsəri ilə Əhməd müəllim əlli illik fəaliyyəti baradə hesabat verməklə , gənc yazarlara demək istəyir ki, jurnalistliyə gəldi-gedər bir peşə kimi baxmaq olmaz.
İstər yazıçı olsun, istər jurnalist, əvvəlcə özü öz yaradıcılığına hörmət qoysun. Elə yazmaq lazımdır ki illər keçdikdən sonra, onları oxuculara ürəklə təqdim edə bilsin.
Əhməd müəllin şölə saçan çıraq ömrü yaşayıb. Çıraq qələmilə özgələrin yolunu işıqlandırır, ataların zərb-məsəlincə, öz dibinə ,öz həyatına işıq salmayıb. Müəllif öz gəngin zəhməti, parlaq isredadı ilə sıravi işçidən pillə-pillə ucalaraq sərkərdə mövqeyinə kimi yüksəlmişdir.
Əhməd İsayev dəfələrlə müxtəlif yaradıcılıq müsabiqələri-nin qalibi olub. 1986 cı ildə ona “İlin ən yaxşı jurnalisti” diplomu verilib.
Üç dəfə Moskvada çıxan “Jurnalist” jurnalının xüsusi diplomunu alıb.
“Dağlar da baş əyir” kitabı “ Vətən keşiyində” prizinə layiq görülüb.
Əhməd müəllimin faydalı yaradıcı əməyi və yüksək kefiyyətlərlə süslənmiş şəxsiyyəti bir çox təbli şairlərimizin nəzərindən yayınmamışdır. Xalq şairi Hüseyn Arifin “Axtaran tapar”, “Rəhman Salmanlının “Gəncə tarixini yazdı İsayev”, M. Osmanovun “Zirvə yolunda”, Mikayıl Yanarın “Gəncənin heykəlini ürəklərə yapır o, Ərşad Hüseynin “Jurnalist”, Bahadur Fərmanın “Sevil”, Adil Ramazanovun “Sən xalqın ziyalı oğlusan Əhməd”, Yaqut Qəzənfərqızının “Təbrik” və s. şeirlər onun adına yazılıb.
Əhməd İsayev jurnalistika peşəsinə töhfələr verən bir qələm sahibidir. Həcmindən asılı olmayaraq onun hər yazısının əks-sədası olub.Elə buna görə də Əhməd müəllimin əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib. O, jurnalistika aləminə diplomla deyil qələmlə gəlib. Gəlib və özünün qeyri-adi istedadı ilə Azərbaycan jurnalistikasına yeniliklər gətirib. Gərgin əməyi, səmərəli axtarışları ilə bu sahənin zənginliyinə və inkişafına böyük təkan verib. Nəticədə çoxdan arzusunda olduğu qoşa qanadlı halal adına yiyələnib: Yazıçı jurnalist Əhməd İsayev.
Əhməd müəllim Gəncəni çox sevib, ona ürəkdən bağlanıb, bu şəhərin yaddaşına çox güzgü salıb. Gəncə də həmişə ona xidmət edənləri uca tutub, necə ki, Əhməd İsayevi çox uca tutub. İstedadlı müəllif “Üsyan”, “Gəncə və gəncəlilər” romanları, “Bir bulaq çağlayırdı”,
“Sevgi saxladı bizi”, “Nə yaxşı ki, sən varsan” bədii publisistik kitabları oxucuları maraqlı insanlarla, ibratamiz hadisələrlə qarşılaşdırır
Əziz Əhməd müəllim biz kitabxana işçiləri də sizin ən fəal oxucularınızdan olaraq sizə çox sağ olun deyirik :
1232 ci il Gəncə üsyanının başçısının sənətkar hünərini ellərə tanıdan “Üsyan” romanına görə:
İşğalçı rus qoşununa qan uddurmuş Cavad Xana yeni həyat verən “ Cavad Xan cəngisi” tarixi oçerkinə görə:
Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədov haqqında yazdığınız “Səni kim unudar” kitabına görə:
Qədim Nizami yurduna əbədi abidə olan “Gəncə və Gəncəlilər”əsərinə görə:
2000-ci ildə müəllifin 60 yaşı tamam olanda “Jurnalist Əhməd İsayev”(həyatda qalan izlər) adlı çox maraqlı bir kitab oxuculara təqdim olundu.
Ustad jurnalistin həyat yolu elə incə, elə aydın, elə rəvan, elə orijinal təsvir olunur ki,... Elə bu da Əhməd İsayev məktəbinin ən ibrətamiz dərslərindən biri sayılır.
Onun saysız-hesabsız məqalələri öz sambalı, əhatə dairəsi, vətəndaşlıq pafosu ilə seçilir. Hiss olunur ki, o, hər mövzuya son dərəcə ciddi yanaşır, həmişə mühüm problemlərə toxunur və onların həlli yollarını göstərir.
Əhməd Isayev saflığı, şəffaflığı doğma yurdu Suvagildən alıb.
Onu Allahın müqəddəs məkanı olan Məkkəyə qovuşduran da yəqin elə bu saflıq, təmizlik olub.
Nə yaxşı dünyada yaxşılar da var ,
Yoxsa məhv olardıq yaman əlində.
Əhməd müəllim çox mənalı həyat yaşayıb. Bu il onun 70 yaşı tamam olur, lakin yenə də qəlbi yaşamaq və yaratmaq, Azərbaycan xalqına daha çox töhfələr vermək eşqi ilə döyünür.
İnanırıq ki, Əhməd İsayevin gözəl yazan qələmi – dərin qazan “kotanı” hələ çox şırımlar açacaq, həyatda yeni-yeni əbədiyaşar izlər, sözlər, abidələr yaradacaqdır. Bu çətin və şərəfli işində ona can sağlığı, müvəffəqiyyətlər arzulayırıq.
Son .
Əhməd İsayevin həyat və yaradıcılığının
əsas tarixləri.
1940 cı il 30 avqust Zaqatala Rayonunun Suvagil kəndində
anadan olub.
1947-1957 ci illər Suvagil kənd orta məktəbini bitirib.
1957 ci iı 6 aprel “Kommunizm uğrunda”(Zaqatala)
Qəzetində ilk məqaləsi dərc edilib.
1959-1965 ci illər Azərbaycan Dövlət Universitetində
əvvəl qiyabi, sonra əyani oxuyub.
1964 cü il Jurnalistlər İttifaqının üzvü seçilib.
1967 ci il “Yeniliyin sorağında” adlı ilk kitabı
çapdan çıxıb.
1969 cu il 5 May “Mətbuatda səmərəli işinə görə
Jurnalistlər İttifaqının fəxri
fərmanına layiq görülüb.
1969 cu il 29 avqust “Kommunist” qəzetinin 50 illik
yubileyi Ilə əlaqədar yubileyXatirə
nişanı və respublika Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqının fəxri
fərmanı verilib.
1979-1990 cı illər “Kommunist”qəzetinin Gəncə-Qazax
bölgəsi üzrə xüsusi müxbiri işləyib.
1974 cü il 5 may Azərbaycan Jurnalistlər İttifaqının
“Qızıl qələm” mükafatına layiq
görülüb.
1977 ci il may Ümumittifaq yaradıcılıq
müsabiqəsində fəal iştirakına görə
“Jurnalist”(Moskva) Jurnalının fəxri
diplomunu alıb.
1985 ci il 5 may Ümumittifaq Müsabiqəsində xüsusilə
fərqləndiyinə görə ilin ən yaxşı
jurnalisti”fəxri diplomunu alıb.
1987 ci il 12 fevral “Mətbuatda uzun illər səmərəli
fəaliyyətinə görə” Azərbaycan Ali
Soveti Rəyasət Heyətinin fərmanı ilə
Respublikanın Əməkdar Jurnalisti
fəxri adı verilib.
1988 ci il 11 fevral C.Cabbarlı adına Gəncə Dövlət Dram
teatrında “Boş barılar” əsərinin ilk
tamaşası keçirilib.
1990-1991 ci illər “Respublika” qəzetinin yaradıcısı və
ilk baş redaktoru vəzifəsində işləyib.
1992 ci ildə Yazıçılar Birliyinə üzv qəbul edilib.
1992 ci ildə “Gəncə və Gəncəlilər” xeyriyyə
cəmiyyətinin sədri seçilib.
1993-1995 cü illər “Səhər”qəzetinin müxbiri işləyib.
1995 ci ildən “Azərbaycan”qəzetinin müxbiridir.
1995 ci il 29 avqust Milli mətbuatın inkişafındakı
səmərəli fəaliyyətinə və gənc
jurnalist nəslinə yol göstərən ədəbi
publisistik uğurlarına görə “Ustad”
Ali jurnalistika mükafatını alıb.
1999 cu il 12 may “Üsyan”,”Gəncə və Gəncəlilər”ro-
manlarına, “Bir bulaq çağlayırdı”,
“Sevgi saxladı bizi”, “Nə yaxşı ki,
sən varsan” hekayə və oçerk
kitablarına görə “Araz” Ali Ədəbi
mükafatına layiq görülüb.
2000 ci il 30 avqust Gəncə ümumşəhər toplantısında
Ə. İsayevin 60 illik yubileyi tən-
tənəli surətdə qeyd edilib.
Gəncənin ulu tarixinin tədqiqi
sahəsindəki fəaliyyətinə və şəhərin
ictimai-siyasi həyatında fəal
iştirakına görə icra hakimiyyətinin
fəxri fərmanını alıb.
2000 ci ildə Şəmkir Rayon İcra Hakimiyyəti
Başçısının sərəncamı ilə Şəmkirin
Fəxri vətəndaşı elan olunub.
2004 cü il 15 noyabr Şəhid Elgün İsmayılovun adına
yaradıcılıq müsabiqəsinin qalibi
kimi “Azərbaycan” qəzeti
redaksiyasının fəxri fərmanı və
pul mükafatına layiq görülüb.
2005 ci il 8 may Şəhərin ictimai həyatında gənclərin
hərbi vətənpərvərlik tərbiyəsində
fəal iştirakına görə Gəncə şəhər
Veteranlar Şurasının fəxri fərmanı ilə
təltif olunub.
2005 ci il 20 iyul Rayonun həyatını müntəzəm olaraq
obyektiv və operativ işıqlandırdığına
görə Xanlar Rayon İcra Hakimiyyəti-
nin fəxri fərmanı verilib.
2005 ci il 21 iyul Azərbaycan milli mətbuatının
inkişafındakı xidmətlərinə görə
ölkəPrezidenti İlham Əliyevin 21
iyul 2005 ci il tarixli sərəncamı
ilə “Tərəqqi” medalı ilə təltif
edilib.
2006 cı il 11dekabr “Azərbaycan Respublikasının icti-
mai və mədəni həyatındakı böyük
xidmətlərinə görə”Prezidentin
fərdi təqaüdünə layiq görülüb.
Görkəmli şəxsiyyətlərin Əhməd İsayev
haqqında dedikləri
“Xalqının yanan ziyalı oğlu, bu yanğına görə minnətdaram.
Bu odu, bu yanğını sonradan qazanmaq olmaz. Siz bu odla birgə doğulmusunuz.”
Xalq şairi: Bəxtiyar Vahabzadə
“Dilinə əhsən! Daxili ritmi tutub misralara düzsən, hamısı
Şerdir... Əsil mənsur şeir”
Tofiq Bayram
“Gəncə və Gəncəlilər” kitabı Nizami yurduna ədəbi abidədir.
Qara Namazov
Əhməd İsayev Azərbaycan ədəbiyyatında jurnalistika sahəsində olduğundan daha bir boy yuxarıda durursunuz. Çox dəyərli publisistikanız,”Gəncə və Gəncəlilər” romanınız, onlarca oçerk Povest və hekayəniz çağdaş ədəbiyyatda əbədiyyət qazanıb.
Yaşar Qarayev
(ədəbiyyat institutunun direktoru, professor).
Əzizimiz Hacı Əhməd bundan sonra da öz yazıları ilə Azərbaycan mətbuatına yeni-yeni . şan-şöhrət gətirəcəkdir.
Rəhim Rəhimov.
(xalq təsərrüfatı idarəetmə institutunun rektoru,professor).
Ehtiraslı publisist-jurnalistin hər kəlməsi sərrast atılmış güllə kimi öz hədəfinə dəyir, böyük tərbiyəvi iş görür.
Famil Mehdi
(professor).
Əhməd İsayev öz yolu, öz dəsti-xətti,aydın və prinsipial mövqeyi olan, bacarıqlı mətbuat təşkilatçısıdır.
Həsən İsmayılov (jurnalist)
Əhməd İsayevin qələmi bişkin, mövzusu bitkindir. Jurnalistin söz deyən, mətləb açan qələmi gah kövrəlir, həzinləşir, gah da ciddiləşir, sərtləşir.
Qərib Mehdi (yazıçı)
Əhməd İsayev sözün tam mənasında təbii çeşmə, qaynar bulaqdır, özü də necə çeşmə, necə bulaq!? Bu büllur kimi saf, göz yaşı kimi dup-durudur.
Müsəddin Məmmədov (Gəncə şəhər
1 saylı orta məktəbin direktoru).
Yazıçı-Jurnalist Əhməd İsayev irsinin
kitabxanalarda təbliği.
Bu il Avqust ayında yazıçı – jurnalist Əhməd İsayevin anadan olmasının 70 ili tamam olur. Gəncəmizin sevimlisi olan Əhməd müəllimin bu yubileyi bütün şəhərin mədəni-maarif ocaqlarında, eləcə də şəhərimizin kitabxanalarında geniş şəkildə qeyd olunacaq.
Kitabxanalarda bununla bağlı müxtəlif səpgidə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərə aiddir:
Oxucu konfransı, görüş, sual-cavab gecəsi, hörmətli jurnalistin həyat və yaradıcılığını əks etdirən sərgilər, dəyirmi masa, kitab təqdimatı, şer gecəsi, xülasə, mətbuatda çıxan yazıları haqqında informasiya saatı və s.
Kitabxanalarda əyani təbliğat formalarının imkanlarına çox diqqət yetirilməlidir, çünki əyani təbliğat daha geniş oxucu kütləsini sistemli səkildə əhatə edə bilir, oxucuların mütaliəsinə çox müsbət təsir göstərir.
Kitabxanalarda keçirilən ən əhəmiyyətli tədbirlərdən biri, kitab sərgiləridir. Sərgi vasitəsi ilə yazıçı-jurnalistin həyat və yaradıcılığı, ayrı-ayrı əsərləri, məqalələri, haqqında oxuculara ətraflı məlumat verilir. Sərgiyə tamaşa edən hər bir oxucu Əhməd müəllimin həyatı, yaradıcılığı barədə geniş məlumata malik olur.
Sərgini belə başlıqlar altında tərtib etmək olar
1.Yazıçı jurnalist Əhməd İsayev.
2. Gəncənin fəxri vətəndaşı.
3. İstedadlı jurnalist.
4.Tarixi romanlar müəllifi və s.
Sərginin təşkil olunma qaydasını göstəririk:
Yuxarıda qeyd etdiyimiz başlıqlardan birini seçirik. Sonra ilk olaraq Əhməd İsayevin 50 illik yaradıcılığını özündə əks etdirən “Üzü bəri baxan illər mənim sizdə nəyim qaldı” adlı kitabı sərgiyə qoyulur.
Ardınca müəllifin “Jurnalist” (həyatda qalan izlər),Ə.İsayev “Jurnalist” (Ad günün mübarək), “Gəncə və Gəncəlilər”, “Gəncə üsyanı”, “Bir bulaq çağlayıram”, “Sevgi saxladı bizi” adlı əsərləri və Əhməd İsayev haqqında yazılmış materiallar, müəllif haqqında dövrü mətbuatda şıxan materiallar və s. qoyulur.
Sitat: “Qələm əhlinin birinci müqəddəs vəzifəsi gərək ola həqiqəti yazmaq... Heç olmaz ki, doğru söz yerdə qalsın”
H. B. Zərdabi.
“Xalqının yanan ziyalı oğlu, bu yanğına görə minnətdaram. Bu odu, bu yanğını sonradan qazanmaq olmaz, siz bu odla birgə doğulmusunuz”.
B.Vahabzadə (Xalq şairi)
Sərgiyə qoyulmuş sitatlar sərgini daha samballı edir.
Yazıçı jurnalist Ə. İsayevin 70 illik yubileyi ilə bağlı kitabxanalarda sual-cavab gecələri də keçirmək müəllifin ədəbi irsinin öyrənilməsində çox faydalı ola ilər.
Gecənin suallarını aşağıdakı kimi tərtib etmək olar:
1. Ə.İsayev kimdir və haqqında hansı məlumatlarınız var?
2. Hansı əsərlərini tanıyırsınız və hansını oxumusunuz?
3. Ə.İsayevin “Gəncə və Gəncəlilər kitabı nədən bəhs
edir?
4. Ə.İsayevi “Üsyan”əsərinin qəhrəmanları haqqında nə
bilirsiniz?
5. Ə. İsayev nə vaxtdan öz taleyini Gəncə ilə bağlayıb?
6. Yazıçı-jurnalist neçənci ildə və harada anadan olub?
7. Əsasən hansı mövzularda yazıb?
8. Hansı qazet-jurnal məqaləsi ilə tanışsınız?
9. Ə. İsayev hansı fəxri adlara layiq görülüb?
10. Bir oxucu kimi yazıçı-jurnalistə nə arzu edərdiniz?
Tədbir keçirən hər bir kitabxanaçının Ə. İsayev haqqında çox geniş məlumata sahib olması vacibdir. Bunun üçün isə jurnalistin həyat və yaradıcılığını dərindən öyrənməli, əsərlərinin hər biri haqqında ətraflı bilgiyə sahib olmalıdır.
Kitabxanalarda keçirilən ən maraqlı, daha çox oxucunu əhatə edən tədbirlərdən biri ədəbi-bədii gecədir.
İndi “Açın ürəklərin qapılarını, həqiqət carçısı jurnalist gəlir” adlı ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik :
Aparıcı :
Hörmətli yazıçı-jurnalist Əhməd İsayevin anadan olmasının 70 illik yubileyi ilə bağlı keçirilən ədəbi-bədii gecənin qonaqlarını və bütün tədbir iştirakçılarını salamlayırıq.
Ə. İsayev Azərbaycanın dilbər guşələrindən biri olan Zaqatala raronunun Suvagil kəndində dünyaya göz açıb. İlk təhsilini bu kənddə alan Əhməd müəllim ADU nin filologiya fakultəsinin tənqid və biblioqrafiya şöbəsində təhsl almışdır.
Başına yüz dəfə dönsəm də bu gün
Sözüm doymaq bilmir öz kəndimizdən.
Deyirəm bu kənddə yaşadığımçün
Dünyanın ən xoşbəxt adamıyam mən.
1970 ci ildən Gəncəbasar bölgəsinə xüsusi müxbir təyin olunan Ə.İsayev o vaxtdan taleyini bu şəhərlə bağlayıb. Gəncə şəhəri üzrə “Kommunist” qazetinin xüsusi müxbiri işləyib.
Gəncənin tarixini vərəqləyən Ə. İsayev təkcə 1231- ci ilin Bəndər üsyanının Azərbaycanın qəhrəmanlıq tarixində çox parlaq səhifə olduğunu görür və bu haqda araşdırmalar apararaq “Üsyan” adlı tarixi romanını yazır.
Əhməd müəllim Gəncənin tarixi keçmişini, adət ən ənənələrin dərindən öyrənmiş və əslən Gəncəli olanlara sanki Gəncəni daha yaxşı tanıtmışdır.
I–ci oxucu:
Nizami yurdunda yanan çıraqdı,
Yaxın qaranlıqlar ondan uzaqdı,
Tarixdi, dastandı, səsdi, soraqdı
Açımmı bunlardan söhbət İsayev
Yazıçı jurnalist Əhməd İsayev.
II
Kəpəzin, Göy-gölün yapış əlindən
Soruş çiçəyindən soruş gülündən
Gəncə tarixini yazdı yenidən
Gətirdi Gəncəyə şöhrət İsayev
Yazıçı-jurnalist Əhməd İsayev.
Tədbirin bu yerində çıxış üçün söz qonaqlardan birinə verilir.
Aparıcı:
Yazıçının “Gəncə və gəncəlilər” kitabını vərəqlədikcə
görürük ki, zaman-zaman Gəncənin başı üstündən odlar, alovlar əksilmir, əksinə illər, əsrlər keçdikcə zülm-zillət daha da artır, onun düşünən-duyan, yaradan-quran övladları nəsil-nəsil Gəncədən uzaqlaşdırılır.
Bu əsəri oxuduqca açıq-aşkar hiss edirsən ki, çox zaman əsas səbəb arxadan saplanan erməni xəncəri olub.
Bu əsər Gəncə xalqı üçün dəyərli bir abidədir.
II ci oxucu:
Nizami gələrmi bir də cahana,
Sana oğul oldu, sən ona ana,
Neçə Cahangirə, neçə Arslana
Toy tutdu əllərin Gəncəm, Gəncəm hey!
Düşmənin inşallah hər vaxt xar olar,
Gen dünya başına hər vaxt dar olar,
Neçə ki, sən varsan vətən var olar,
Var olsun ellərin Gəncəm, Gəncəm hey!
Aparıcı:
Böyük Xalq şairimiz Bəxtiyar Vahabzadə öz ürək sözlərində yazır: təkcə “Gəncə və Gəncəlilər” kitabı bəs edər ki, yazıçı-jurnalist Əhməd İsayevin adı Azərbaycan ədəbiyyatında daim yaşasın.
I Oxucu:
Gəncənin keşməkeşli ömrünün pənahıymış
Gəncənin keçmişlərə üz tutan səyyahıymış,
Beləcə sətir-sətir neçə sirri tapır o,
Gəncənin heykəlini ürəklərə yapır o,
Aparıcı:
Sözü qonaqlardan birinə veririk. O, Əhməd müəllimin yaradıcılığı haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşür.
Azərbaycan ictimaiyyəti, jurnalistika aləmi geniş oxucu kütləsi tərəfindən yekdilliklə təqdir olunan bir fakt var ki, Əhməd İsayev təkcə qələmi, qəlbi ilə deyil, həm də bir alicənab xeyirxah ziyalı kimi müstəsna kefiyyətləri ilə seçilən zona müxbirlərindən biridir.
Bu əlbətdə öz-özünə, birdən-birə yaranıb formalaşmayıb,
Əhməd İsayev bu şərəfli adı illərlə, on illərlə damla-damla qazanıb.
II Oxucu:
Sən elə vurğunsan, xalqa bağlısan
Ulu dağlar kimi çox vüqarlısan.
Allah gör necə də istedad verib,
Sanki ucalmağa qol-qanad verib.
Əhməd müəllimin yazılarını, tarixi mövzuda yazdığı romanlarını oxuduqca ulu keçmişimiz göz önündə canlanır, xalqına, torpağına bağlı olan, öz halal əməyi ilə zirvələrə ucalan insanlarla tanış oluruq.
Elə Əhməd müəllimin özü də məhz belə insanlardandır.
I Oxucu:
Hər duyan ürəkdə yeri var onun,
Özü pak, qəlbi tox vətən oölunun.
Uşaq da, böyük də şox sevir onu,
Bilir xalqı üçün nur olduğunu.
Elə bir inci ki, safdır, təmizdir.
Yazdığın əsərlər xəzinəmizdir,
Onları qoruyub saxlayaq gərək,
Gələn nəsillərə ərmağan verək.
II Oxucu:
Uzun ömürlü ol yaşa doyunca,
Sizə alqış deyək ömür boyunca.
O təmiz vicdanın bizə dayaqdır,
Xalqa hörmət edən yaşayacaqdır.
Aparıcı:
Əhməd İsayev geniş yaradıcılıq imkanlarına, zəngin dünya-görüşünə, iti, kəsərli qələmə malik olan bir jurnalistdir. Onun saysız - hesabsız məqalələri öz sambalı, əhatə dairəsi, vətəndaşlıq pafosu ilə seçilir.Hiss olunur ki, o, hər mövzuya son dərəcə ciddi yanaşır, həmişə mühüm problemlərə toxunur və onların həlli yollarını göstərir.
Tədbirin bu yerində yenə qonaqlardan birinə söz verilir, O,
Əhməd müəllimə öz ürək sözlərini və xoş arzularını bildirir.
I Oxucu:
Axtarıb gecə-gündüz
Yatmayıb ləzgi Əhməd
Gəncənin yaddaşına
Çox salıb güzgü Əhməd.
Hörmətli jurnalist Əhməd İsayev çox mənalı həyat yaşayıb.
Bu il onun 70 yaşı tamam olur, lakin qəlbi hələ yaşamaq, yaratmaq, Azərbaycan xalqına daha çox töhfələr vermək eşqi ilə döyünür.
Ömrünün ən gözəl illərini ulu Gəncənin tədqiqinə və təbliğinə həsr eləmiş hörmətli yubilyarımıza can sağlığı, tutduğu bu nəcib və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq.
Son
Əhməd İsayevin nəşr olunmuş əsərləri
1. Yeniliyin sorağında Bakı, Gənclik, 1967, 34 səh, 2000 nüs.
2. Azərbaycanda kitabxanaçılıq işi( biblioqrafik göstərici) 1920-
1965 ci illər. Bakı, Azərnəşr, 1970, 96 səh 4500 nüsxə.
3. Biz yanmasaq B, “Gənclik”, 1971, 120 səh, 8.000 nüs.
4. Əli Bayramlı B, “Azərnəşr”, 1970, 74 səh 4.000 nüs
5. Gəncə xalçasının şöhrəti B, “Azərnəşr”, 1987, 42 səh, 2.500
nüs.
6. Dağlar da baş əyir B, “Gənclik” ,1979, 114 səh, 7.500 nüs.
7. Göyərçin pərvazlanır (oçerklər) B, “Yazıçı”, 1980,157 səh
8.000 nüs.
8. Sevgi saxladı bizi B, “Gənclik”, 1982, 240 səh, 10.000 nüs.
9. Nə yaxşı ki, sən varsan B, “Yazıçı”, 1983, 2000 səh, 10.000
nüs.
10. İsrafil Məmmədov B “Azərnəşr”, 1986, 36 səh, 10.000 nüs.
11. Bir bulaq çaglayırdı B, “Azərnəşr”, 1987, 359 səh, 2000 nüs.
12. Üsyan (roman ) “Yazıçı”, 1989, 384 səh, 20.000 səh.
13. Gəncə və Gəncəlilər “ ( I ci nəşr) B, “Azərnəşr,1991. 352 səh,
15.000 səh.
14. Bir nakamın naləsi (Gəncəli şair Ələkbər Ruhi və onun ədəbi
irsi) – Gəncə 1992, 48 səh, 3000 nüs
15. Gəncədən Ucalan Yol.(Azərbaycan Demokratik Cümhuriyyə-
tinin tarixindən) – Gəncə, 1992, 30 səh, 2000 nüs.
16. Əli Bulağı Bakı, Səda, 1996, 114 səh, 1000 nüs.
17. Gəncə Üsyanı, “Azərbaycan Ensklopediyası” NPB ,”Önər”
nəş. B, 1997, 110 səh.1000 nüs.
18. Gəncə və Gəncəlilər (roman-xronika II nəşr) B, “Azərbaycan
Ensklopediyası” NPB, 1998 səh 410, 1000 nüs.
19. Səni Kim Unudar, Ekologiya nəşriyyatı Gəncə, 1999, 144,
500 nüs.
20. Dəyərli ömrün anları Azərbaycan Ensklopediyası NPB, Bakı,
1999, 347, səh 500 nüs.
21. Jurnalist Əhməd İsayev Həyatda qalan izlər (yazıçı
jurnalistin 60 illik yubileyinə həsr olunur) B, “Hərbi” nəş,
B, 2000. 400 səh. 1000 nüs.
22. Əhməd İsayev “Ad gününün əks sədası” (görüşlər, xatirələr,
ürək sözləri) B, 2001, 127 səh. 500 nüs.
23. “Nigaran Qalma Ana”B, “Xatirə kitabı” nəş, 2001. 340 səh
Şəkilli. 1000 nüs.
24. Gəncə və Gəncəlilər (III cü nəşr) B, “QAPP- Poliqraf”
Korporasiyası, 2002, 464 səh,2000 nüs.
25. El Ağsaqqalı- (Cüma Əhmədzadə haqqında xatirələr) B.
“QAPP-Poliqraf” nəş, 2003, 198 səh 1000 nüs.
26. “Vaxtsız sönən üç ulduz” Gəncə 2004, 142 səh. T. 500 nüs.
27. “İlusu Sultanı Daniyal Bəy” (tarixi oçerk) B, “Şirvannəşr”
2005, 108 səh, T. 500 nüs.
28. “Boş barılar”( İki hissəli komediya) B, “Şirvannəşr”, 2006,
126 səh., T. 200 nüs.
29. “Gəncə Şəhidləri” B, “Xatirə kitabı” redaksiyası, 2006,
340 səh. T. 500 nüs.
30. Vosstanie (İstoriçeskiy roman) Qəndca, 2008 q, str 496,
T. 300.
31. Saxurların Gözü Suvagil (tarixi etnoqrafik oçerk) “Çinar-
Çap” nəş, B, 2008, 139 səh, 300 nüs.
32. Jurnalist Əhməd İsayev – Biblioqrafiya - Gəncə, 2008, 182
səh, 100 nüs.
33. “Gəncə və Gəncəlilər” ( IV nəşr) B, “ Regionların inkişafı
ictimai birliyi”, 2008, 594 səh, 1000 nüs.
34. Həsənbala Sadıqov, professor – Jurnalistin şah əsəri,
“Azərbaycan”, 21 dekabr, 2009.
Əhməd İsayevin dövrü mətbuatda nəşr
olunan məqalələri.
1. Kitabxna işçilərinin arzusu(“Kitabxana” jurnalı nəşr olunsun) –
“ədəbiyyat və incəsənət”, 22 noyabr 1964.
-
Gözəlliyin keşiyində (Meşələri qoruyaq) – “Sovet kəndi”, 5
dekabr 1964.
-
Muzey salonlarında (Bakı),- “Kommunist”, 21 yanvar1966.
-
Biz yanmasaq (Kənddə mədəniyyət), - “Kommunist”, 26 may 1968.
-
Qoy həmişə günəş olsun ! (Bakıda təhsil alan xarici tələbələrin həyatı) – “Kommunist”,17 dekabr 1968.
-
Göy-göl təranələri (Gəncə mahnı və rəqs ansambılı necə
yarandı?-“Kommunist” 24 noyabr, 1974.
7. Mahnı çələngi (gəncədə mahnı bayramı), “Kommunist”, 22 may
1979.
8. Kirovabadın qoşa qanadı (Gəncə və Kəpəz rayonları. Faktlar
yeniliklər, tədbirlər) “Kommunist”, 14 fevral 1984.
-
Haradasan, qədim Gəncə? – “ Sözün düzü”, (məqalələr
toplusu), Bakı, 1989, səh 183-192.
10. Gəncəli Bəndər (1231 ci il Üsyanının başçısı) – “ Kommunist”,
3 aprel 1990.
11. Gəncəm taleyim mənim – “Açıq söz”, 1990 № 10, səh 31.
12. Gəncənin ilk şəhidləri ( tanıyırıqmı biz onları) – “Həyat”,
30 iyun 1992.
13. Gəncə şəhidləri- “Səhər”, 20 yanvar 1993.
14. Şairin vətənində görüşlər (Şəmkirdə Ə.Cavadın yubiley
şənlikləri) – “Səhər”, 13 mart 1993.
15. Tale yazısı (Kim idi Hacı Vaqif), “Səhər”, 3 avqust 1993.
16. Son qəmin olsun Suvagil ( Şəhidlər,itginlər və yaralılar
haqqında xatirə- bülleten)-“Gəncə”, 1994.
17. Cümhuriyyətin Gəncə liderləri “Azərbaycan”, 28 may 1994.
18. Gəncənin el atası (Ələkbər bəy Rəfibəyov) –“Azərbaycan”, 17
iyun 1994.
19. Minnıtdar Gəncənin arzusu (Prezidentə milli qəhrəman adı
verilsin) – “Azərbaycan”, 6 dekabr 1994.
20. Gəncə üsyanı – May 1920 (Açılmamış səhifələr) –
“Azərbaycan”, 24 may 1995.
21. Yenikənd SES i dirçəlir (Müstəqil ölkəmizin ən böyük obyekti)
“Azərbaycan”, 3 avqust 1997.
22. Gəncə yubileyə gəlir (Azərbaycan cümhuriyyətinin 80 illiyinə
hazırlıq) – “Azərbaycan”, 24 fevral 1998.
23. İstiqlalın ilk günü (Tiflis,28 may 1918)- “Azərbaycan”, 5 aprel
1998.
24. İstiqlalın son günü(Bakı 27 aprel 1920) “Azərbaycan”, 27 may
1998.
25. Gəncənin ilk şəhidləri (20 yanvar faciəsinə hələ bir həftə
Qalırdı“Azərbaycan”, 12 yanvar 1999.
26. Bura müqəddəs Məkkədir (Həcc ziyarətindən qeydlər) – “Azər-
baycan”, 17 aprel 1999.
27. İllər görməmişik bu illər kimi (publisistik qeydlər) – “Azərbay-
can” 7 may 2000.
28. Gəncəyə təbii qaz gəlir “Azərbaycan” – 21 noyabr 2000.
29. Sərdar bağı? Bu əslində Xan bağıdır – “Azərbaycan”, 30
oktyabr 2001.
30. Mənəvi saflıq, siyasi əxlaq (İnsan gərək həqiqətin üzünə düz
baxa bilsin), “Azərbaycan”, 3 oktyabr 2001.
31. “Jurnalislərin əsl dostu, dayağı”, “ Prezident Heydər Əliyevin
jurnalistika dərsləri”, Bakı 2001 səh 321-326.
32. Oğullar əsgər gedir – “Azərbaycan”, 2 fevral 2003.
33. Gəncədə novruz bayramı –“Azərbaycan” 26 mart 2003.
34. Nizami poeziya bayramı – “Azərbaycan”, 28 noyabr 2003.
35. Gəncə kədər içindədir(H.Əliyevin xatirəsi) – “Azərbaycan”,
15 dekabr 2003.
36. Torpaq üzərində yazılan tarix – “Azərbaycan”, 9 yanvar 2005.
37. Ürəklərdə, xatirələrdə yaşayır (Şəhid Səbuhi Xasayev) –
“Azərbaycan”, 9 avqust 2005.
38. Göy gölə qayuğı gərək – “Azərbaycan” 9 avqust; “Gəncənin
səsi” 10 avqust 2005.
39. Qəlblərdə yaşayanlar (Alim-jurnalist Nurəddin Babayev) –40.“Azərbaycan”, 2 mart 2006.
41. Ad günün mübarək, gözəl Gəncə - “Azərbaycan”, 20 sentyabr
2006. “ruzigar”,27 sentyabr 2006. “Gəncənin səsi”, 28 sentyabr
2006.
42. Gəncə beynəlxalq hava limanı – “Azərbaycan”, 15 dekabr 2006.
43. Gəncə ayba-ay, ilbə-il ucalır (səhifə) –“Azərbaycan”,25 yanvar
2007.
44 .Gəncənin ilk traktoru – “Azərbaycan” 15 aprel 2007.
45. Gəncədə maz yığılır – “Azərbaycan 11 may 2007.
46. Gəncədə şəhər günü qeyd olundu – “Azərbaycan”, 23 sentyabr
2007.
47. Əbədi dostluğun yeni bir səhifəsi (Türkiyə prezidenti Abdullah
Gül Gəncədə) – “Azərbaycan” 24 noyabr 2007.
48. Tarixin ibrət dərsləri – “Gəncənin səsi” – 10 iyun 2008.
49. Əhalinin rifahına dövlət qayğısının yeni təzahürü .
“Azərbaycan” – 15 iyun 2008.
50. Hər bina bir abidədir (Gəncə) – “Azərbaycan”, 4 iyun 2008.
51. Gəncədən güc aldı milli ordumuz(AXC-90) “Gəncənin səsi”
20 iyun 2008.
Vəsaitdə göstərilən məqalələr jurnalistinin mətbuatda nəşr olunan məqalələrinin yalnız bir hissəsidir.
Tərtib edən:
Metodiki İşlərin Təşkili Şöbəsinin metodisti
Haqverdiyeva Həqiqət.
Kompüterdə yığan:
Metodiki İşlərin Təşkili Şöbəsinin böyük metodisti
Əhmədova Şahnaz.
Redaktor:
MKS – nin direktoru
Əliyeva Elmira.
Dizayner:
Biblioqraf Abbasova Leyla.
Dostları ilə paylaş: |