Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu



Yüklə 0,78 Mb.
səhifə2/8
tarix10.01.2022
ölçüsü0,78 Mb.
#110151
1   2   3   4   5   6   7   8
Coğrafi mövqeyi:  Türkiyə respublikası Asiya və Avropa qitələrini bir-birinə birləşdirir. Bu  ölkə Avropanın cənub-şərq və Asiyanın cənub-qərbində yerləşir. Türkiyə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Sahəsi 779,452 km2 olan Türkiyə ərazisinə görə dünyanın otuz beşinci ölkəsidir. Bu ölkə iki yarımadadan təşkil olunmuşdur. Anadolu yarımadası ölkənin 97%-ni təşkil edərək, Asiya qitəsində yerləşir. Tras yarımadası ölkənin Avropa hissəsində yerləşməklə onun 3%-ni təşkil edir. Bu iki yarımadalar Mərmər dənizinin vasitəsilə bir-birindən ayrılırlar. Türkiyə avropalı üç ( Bolqarıstan, Yunanıstan və Rusiya ) və asiyalı altı ölkə ( İran, Suriya, İraq, Gürcüstan, Ermənistan və Azərbaycan ( Naxçıvan muxtar respublikası)) ilə həmsərhəddir. Türkiyə dağlıq bir ölkədir. Bu ölkənin Asiya hissəsində orta hündürlüyü dəniz səviyyəsindən 1100 m olan dağlar silsiləsi yerləşir. Ən uca dağı Ağrı dağ , ən böyük gölü Van gölüdür. Sonuncu ərazi bölümünə əsaslanıb deyə bilərik ki, Türkiyə 84 vilayət, 830 şəhər və 3600 kəndə ayrılır. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. 1923-cü ildə Ankara şəhəri Türkiyənin paytaxtı seçildi. Hal-hazırda 4 milyondan çox əhalisi var. Türkiyənin böyük şəhərləri kimi İstambul, İzmir, Adana, Ərzurum, Quniyə və Antaliyanın adlarını çəkə bilərik. Osmanlı imperiyası dövründə paytaxt olan İstambul şəhərinin 10 milyondan artıq əhalisi var. Bu şəhər həm də Türkiyənin ən böyük liman şəhəri sayılır. Türk dili Türkiyədə yaşayanların rəsmi və ana dilidir. Bu dil dünyanın ən qədim dillərindən biri sayılır.

 Tarixi Mərkəzi Asiyada yaşayan türklərin hücumları orta şərq tarixində mühüm dəyişikliklərə səbə oldu. Miladın on birinci əsrində ilk dəfə olaraq türkdilli dəstələr Anadoluya (indiki Türkiyə) daxil oldular. Onların Anadoluya gəlməsindən sonra bu məntəqə bir çox enişli-yoxuşlu hadisələrin şahidi oldu. On üçüncü əsrdə Səlcuqi imperiyasının zəifləməsi ilə ilk Osmanlı istiqlaliyyətini elan etdi. Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Burada Osmanlı dövlətinin qurulmasından əvvəl Bizans İmperiyası mövcud olmuşdur. 1299-cu ildən başlanmış quruculuq işləri nəticəsində 1326-cı ildə mərkəzi Bursa olan Osmanlı dövləti quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Ümumiyyətlə, dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının 3 qitədə torpaqları olmuşdur) biri hesab olunur.

Osmanlı imperiyasının möhkəmlənməsi və Avropaya hücum əsrinin başlanması ilə qərb orta əsrlər yuxusundan ayıldı. Onlar yalnız 16-cı əsrin axırlarında Avropanın daxilinə qədər nüfuz etmiş bu hücumların qarşısını ala bildilər. Qərbin imperiyaya olan tədrici təsirləri nəticəsində islahat dalğaları ətrafı bürüdü. Zaman keçdikcə Osmanlı imperiyasını rəhbərləri idarəetmə və təhsil sahələrində islahat aparmaq fikrinə düşdülər. Bununla da Osmanlı cəmiyyətində qərb mədəniyyətinə meyilli olan nəsl XIX əsrin sonlarında imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəifləməkdə olan İmperiya Birinci Dünya Müharibəsini salamat başa vura bilmədi.

Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlının bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə Mustafa Kamal Atatürk formalaşmağa başladı. Belə nəslin bariz nümunələrindən biri də Mustafa Kamal Atatürk idi. Osmanlı imperiyasının süqutundan sonra 1923-cü ilin 29 oktyabrında Mustafa Kamal Atatürk tərəfindən Türkiyə respublikası quruldu. Özü də onun ilk prezidenti oldu. O, geniş şəkildə islahatlara başladı. Türkiyə cəmiyyətində olan şərq və dini dəyərləri etibarsız edərək, qərb dəyərlərini onların yerinə hakim etdi. O, ömrünün axırına qədər yəni 1938-ci ilin noyabr ayına qədər hakimiyyət etdi.      



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin