Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu



Yüklə 0,78 Mb.
səhifə4/8
tarix10.01.2022
ölçüsü0,78 Mb.
#110151
1   2   3   4   5   6   7   8
Konya şəhərinin tarixi
nadolu, Asiya ilə Avropanı bir birinə bağlayan körpü rolunu oynayır. Konya da bu körpünün mərkəzində qapı rolunu oynayır. Tarixin ən qədim dövrlərindən bu günə qədər Konya şəhəri bir çox mədəniyyətlərin beşiyi olmuşdur. Anadolu səlcuqlu dövlətinin paytaxtı, Beylik və osmanlıların başda gələn mərkəzlərindən olmuşdur.

Konya şəhəri tarixin əvvəlki dövrlərində, müəyyən zamanlarda müxtəlif adlarla adlandırılmışdır. Antik dövrlərdə ən məşhur adı “iconium” dur. Bu “müqəddəs rəsim, heykəl” mənasına gələn “icon” kəlməsindən gəlir. Danaia şəhərini və xalqını böyük fəlakətlərə uğradan qorxunc əjdahanı, Perseus öldürür. Onun qəhrəmanlığını əbədiləşdirmək məqsədi ilə onun şərəfinə daşdan abidələr düzəldilir. Bu dikili daşların üzərində müqəddəs rəsimlər vardır. O, dövrün pullarında Perseus və Gorgo (əjdaha) –ı göstərən fiqurlar vardır.

Şəhər, Roma dövrünün ilk illərində “iconium”, imperator Kladius zamanında (b.e. 41-54) də, onun adıyla birlikdə “Claud iconium” olaraq adlandırılmağa başlanılmışdır. Bizansın zamanında “Tokonion” diyə adlandırılmışdır. Daha sonrakı qaynaqlarda isə, bəzi kiçik fərqliliklərlə “ykonium” , “conium” “Conia” “Koniyeh”, “Konia” şəklində adlandırılmışdır. Ərəblər “Kuniyə” adlandırmışlar. Şəhər Səlcuq dövründən “Konya” olaraq adlandırılmışdır.

Konya və onun ətrafı, qədim zamanlardan bu günə qədər məlum olan bir yaşayış mərkəzidir. Paleolit, Mezolit, Neolit, Eneolit, Erkən tunc və Dəmir dövrlərinə aid məlumatlar, insanlıq tarixinə çıraq tutmaqdadır. Yöredə tapılan və arxeoloji araşdırmaların aparıldığı böyüklü-kiçikli hüyüklərin(arxeoloji ərazi) hər biri tarixi məlumatları saxlamaqdadır.

Çumranın şimalının 11 km-də məşhur arxeoloji qazıntı sahəsi “Çatalhüyük” ərazisində çox zəngin, qiymətli tarixi məlumatlar vardır. Konya, Anadolunun ən qədim yaşayış mərkəzlərinin əvvəlində dayanır. Hatıp Çuxurkənddə arxeoloji qazıntılar nəticəsində tapılan heykəllər Anadolu xalqının dini və mədəniyyəti haqqında geniş məlumat verir. Beyşəhər yaxınlığında Errbada bişmiş torpaqdan emal edilmiş çanaqlar, təsərrüfat alətləri, etnoqrafik salnamə və yazılı sənədlər və .s Konya ərazisinin tarixinin çox qədim olduğunu sübut edir. Arxeoloji qazıntılar nəticəsində məlum olub ki, burada yaşayan insanlar heyvanları əhilləşdirərək gündəlik işlərində istifadə edblər. Bu bölgələrdə o dövrə görə memarlıqda yüksək naliyyətlər əldə olunmuşdur. Divarlar sal daşlardan tikilmişdir. Yonutma daş texniki ilə düzəldilmiş el və ev əşyaları bijüteriyaları, savaş və tarım alətləri gözəlliyi ilə diqqəti cəlb edir. Bütün bu tapıntılar Konyanın Erba bölgəsinin b.e.ə 5700 ilə qədər gedib çıxan bir tarixə sahib olduğunu göstərir.

Het dövrü- E.ə. 18-12-ci əsrlərdə Kiçik Asiyada Hett adlı qədim dövlət

mövcud olmuşdur. B.e.ə. 1400-1200 illəri arasında bu torpaqlara sahib olmuş Hetlər böyük mədəniyyətə sahib idilər. Konya və onun ətrafında bu mədəniyyətlərə dair məlumat verən yaşayış mərkəzləri tapılmışdır. 11 km. qərbdə Karahüyük, ətrafı yüksək divarlarla əhatə olunmuş koloniya mərkəzi idi. Xatınsaray, Əlibəy, Çorca, Çarıqlar və Akörən hüyükləri bizlərə mövzu ilə bağlı birçox məlumat və sənəd təqdim etməkdədir.

Bölgədə tapılan dörd abidə, Hettlərin mədəniyyət, sənəd və kültürü haqqında sağlam məlumat verməkdədir. Bunlardan ikisi, Beyşəhər yaxınlığındakı Eflatun Pınar ilə fəsillər abidəsidir. Üçüncüsü, İlıqın Heroqlif kitabəli məbədi, dördüncüsü, də Ereğlidəki İvriz Tarım məbədidir.

Bu e.ə. 20-19-cu əsrlərdə hettlər, hattilər və etnik qrupların təmsil olunduğu şəhər dövlətlərinin (Kanes, Hattuşinaş və s.) birləşməsi nəticəsində yaranmışdır. E.ə. təqribən XVIII əsrdə Kussar padşahı Anittas Anadolunun bəzi vilayətlərini birləşdirmiş, e.ə. 17-ci əsrin əvvəllərində isə digər Hett sülaləsinin əsasını qoyan Labarna Hett dövlətinin ərazisini daha da genişləndirmişdir. E.ə. 17- ci əsrin ortalarında I Hattuşilis Kiçik Asiyanın cənub-şərq vilayətlərinin işğalını sona çatdıraraq, paytaxtı Hatuşaş şəhərinə köçürmüşdü. I Mursilis dövründə (e.ə. 17-ci əsrin sonunda) Hett dövlətinin hərbi qüdrəti ən yüksək səviyyəyə çatmışdı. Arxeoloji qazıntılar zamanı əldə edilmiş bəzi maddimədəniyyət nümunələri, Boğazgöydə (Hattuşa) tapılmış Hett hökmdarlarına məxsus yazılı sənədlər Hett mədəniyyə tinə dair fikir söyləməyə imkan yaradır. Bu mədəniyyətin təşəkkülündə bəzi etnik qrupların təsirinin izləri də hiss olunur. Lakin Hett mədəniyyətində əsasən Hatt ənənələri üstünlük təşkil edir. Şumer-Akkad mədəniyyətinin bəzi cəhətləri də Hett mədəniyyətində öz əksini tapmışdır. Bir vaxtlar Hett aləmində prototürk etnik tayfalarının iştirakı haqqında fikirlər səslənsə də, çox təəssüf ki, Hett etnik və dil dünyası ciddi tədqiq olunmamışdır. Bildiyimiz kimi, Sarqon (2316-2261) və Naram-Suen (2236-2200) Akkad sülaləsinin ən görkəmli nümayəndələri olmuşlar. Onlarla bağlı rəvayətlər Hett ədəbiyyatında da öz əksini tapmışdır. Onu da qeyd edək ki, Şumer-Akkad ədəbiyyatının təsiri Hett

ədəbiyyatının digər sahələrində də özünü göstərir. Eyni zamanda onların mixi yazı sistemindən hetlər də istifadə etmiş, hətta “Gilqamış haqqında dastan” Hett dilinə tərcümə olunmuşdur. Hetlər Şumer- Akkad yazılı nümunələrindən asan istifadə etmək üçün üçdilli lüğət Şumer-Akkad-Hett lüğəti də tərtib etmişdilər.

İlkin ədəbiyyat nümunələrindən sayılan III Hattuşilinin həyat və fəaliyyəti haqqında mətn dövrümüzə qədər gəlib çatmışdır. Mətnin sonunda III Hattuşilinin belə bir müraciəti verilmişdir:

“Gələcəkdə kim olursa olsun-oğlum, nəvəm yaxud da nəticəm hakimiyyətə irsən yiyələnərsə, qoy allahlar içərisində Samuxi şəhərinin ilahəsi İştara ehtiram göstərsin”. Buradan aydın olur ki, dini dünyagörüşü baxımından akkadlar da hetlər kimi İştar ilahəsinə sitayiş etmişlər.

Hett hökmdarlarının kitabələri və salnamələri də ilkin ədəbiyyat nümunələrindən hesab olunur. Buraya “Anitanın kitabəsi”, I Hattuşilin, I Suppiluliumun “Salnamələri” və s. daxildir. Bütün qədim xalqların ictimai həyatında olduğu kimi, hetlərin də məişətində və ideologiyasında din və dini təsəvvürlər mühüm əhəmiyyət daşımışdır. Təbii ki, hetlərdə də çoxallahlılıq mövcud olmuş və allahların da əksər hissəsi Hatt mənşəli hesab edilmişlər. Arinna şəhərinin Günəş ilahəsi Vurusem, Səma tufan allahı və onun qadını Hett panteonunda baş allahlardan hesab olunur. Eyni zamanda, Hett panteonunda Hatt, Hurri, Akkad, Hind-Avropa (luvi, nesi, pala, Hind İran), prototürk və hələ də mənşəyi məlum olmayan etnos və xalqların dini baxışları da öz ifadəsini tapmışdır. Hett dövlətinin hər bir vilayət və icmasında yerli ibadətgahlar olmuşdur. Allah və ilahələrə isə xüsusi ibadətgahlarda sitayiş edilmişdir.

Dini təsəvvürlər kimi ibtidai insan cəmiyyətində ovsun (maqiya) da mövcud idi. Bildiyimiz kimi, ovsun ömürlük insan həyatına daxil olaraq ən qədim təfəkkür tərzini özündə hələ də saxlayır. Hetlərin ictimai-iqtisadi həyatına dərin nüfuz etmiş ovsun Hett ədəbiyyatında da müəyyən iz qoymuşdur. Hetlər həyatın müxtəlif sahələrində-ailə münasibətlərində, dolanışıq arzusunda, düşmənə nifrət, dosta uğur arzulamaqda ovsuna müraciət etmişlər.

Hetlərə qədərki memarlıq saxsı-gil qablar və əşyalar istehsalından ibarət olmuşdur. Yeni Hett padşahlığı dövründə isə artıq əzəmətli daş heykəllər yaradılmışdır. Belə maddi-mədəniyyət nümunələrini hökmdar saraylarında və yaxud qayalıqlarda hazırlayırdılar. Heykəllərin çoxu Hett hökmdarlarını təsvir edirdi. Hetlər maraqlı möhürlər də hazırlayırdılar. Dairəvi və yaxud dördbucaq şəklində olan bu möhürlərin üzərində hökmdar təsvirləri, kənarlarında isə heroqlif işarələri həkk olunurdu. Hett möhürləri həm forma, həm də məzmun baxımından şumer-akkad möhürlərindən fərqlənirdi.

Hetlərin spesifik və bənzərsiz mədəniyyəti digər Şərq xalqlarının da mədəniyyətinə öz təsirini göstərmişdir.

Friq dövrü. Friqlər, Polatlıdakı Gordionu bölgəsində yaşamışlar. Burada qaya məzarları, kitabələr son dərəcə diqqəti cəlb edir. Konyanı işğal edən Friqlər burada da orjinal izlər buraxmışlar. Ələddin təpəsində aparılan arxeoloji qazıntılar nəticəsində Friqlərə aid bol miqdarda, çanaq, bijüteriya və gündəlik məişət əşyaları aşkar olunmuşdur. Qarahüyük, Sızma, Gödənə hüyükləri də Friq mədəniyyətini aşkara çıxaran məlumatları əldə etməyə imkan yaradır.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin