Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti Beynəxalq münasibətlər kafedrası



Yüklə 46,33 Kb.
səhifə14/15
tarix06.01.2022
ölçüsü46,33 Kb.
#113706
1   ...   7   8   9   10   11   12   13   14   15
referat 4884

-mədəni-dünyagörüşü;

-birbaşa məhsuldar qüvvə;

-sosial güc.

10. Fərd, fərdiyyət, şəxsiyyət.

Fərd insan nəslinin bir iştirakçısıdır. Qeyd etmək zəruridir ki, rus dilində bu anlayış “individ” adlanır və dilimizə “bölünməz” kimi tərcümə edilir. Yəni, əgər cəmiyyət bütöv sosial varlıq kimi götürüldükdə, fərd sosial varlığın atomları, ən kiçik zərrəciyidir. Fərd haqqında danışdıqda insanın ən ümumi səciyyəsi nəzərdə tutulur və onun xüsusiyyətləri nəzərə alınmır. Kütlənin belə, şəxssizləşdirilmiş nümayəndəsi kimi götürülən insan sosioloji sorğularda, iqtisadi nəzəriyyələrdə, insan orqanizminin bioloji xüsusiyyətləri haqqında düşüncələrdə iştirak edir.

Cəmiyyətdə insan istisnasız olaraq fərd kimi qavranılmışdır. İbtidai cəmiyyətdəki fərd-insanın digəri ilə istənilən bənzərsizliyi, qeyri-ənənəvi davranışı şübhə doğururdu: hamı konkret tarixi zamanda müqəddəs sayılan və min illər ərzində uğurlu yaşayışı təmin edən ənənələr çərçivəsində hərəkət etməli idi. Eyni zamanda hər bir yenilik, orijinallıq nəslin həyatını təhlükə altında qoya bilərdi. Qeyd edək ki, oxşar hala müasir dövrdə də rastlaşmaq mümkündür. Hamı üçün vahid qaydalar müəyyənləşdirən totalitar rejimlərdə, uğur ideologiyası və reklamın formalaşdırdığı şəxssiz (simasız da demək olar) istehsalçı və istehlakçıların kütləvi cəmiyyətində də istənilən müstəqillik boğulur.

İnsanının xüsusi xassələrini işarələmək üçün “fərdiyyət” anlayışından istifadə edilir. Fərdiyyət –bir insanı digərindən fərqləndirən təkrarolunmaz xüsusiyyətlərin məcmusudur. Hansısa xüsusi keyfiyyəti sayəsində ümumi kütlədən fərqlənən, seçilən insanı da fərdiyyət adlandırmaq olar.

Bioloji səviyyədə insanlar bir-biriləriundən fərqlənirlər. Məsələn, barmaq izləri eyni olan iki insan tapmaq mümkün deyil. Hər bir insan onun fiziki və hətta psixoloji quruluşunun müəyyən xüsusiyyətlərini şərtləndirən genlərin xüsusi birləşməsinə malikdir. Psixi planda insanları bir-birindən onların temperamenti fərqləndirir. Artıq antik dövrdə insanları temperamentə görə dörd qrupa ayırmışlar: xolerik, melanxolok, fleqmatik, sanqvinik. Xoleriklər güclü və parlaq hisslərə malik olurlar. Onlar coşqun, həyəcanlı, daha çox əsəbi insan kimi səciyyələnirlər. Melanxoliklər isə əksinə, nadir hallarda həyəcanlanırlar, özünüdüşünməyə meyllidirlər. Fleqmatiklər sakit, astagəl, apatikdirlər. Sanqviniklər təmkinli, həyatsevər, dəyişkən hissli olub yeni şəraitə çətinliklə uyğunlaşırlar.


Yüklə 46,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin