Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti Beynəxalq münasibətlər kafedrası



Yüklə 46,33 Kb.
səhifə15/15
tarix06.01.2022
ölçüsü46,33 Kb.
#113706
1   ...   7   8   9   10   11   12   13   14   15
referat 4884

Şəxsiyyət –insanın şüur və fəaliyyətinin fərdi xüsusiyyətlərində ifadə olunmuş intellektual, sosial-mədəni və əxlaqi-iradəvi keyfiyyətlərinin dinamik, nisbi dayanıqlı bütöv sistemidir. Şəxsiyyətin təbii əsaslarını onun bioloji xüsusiyyətləri təşkil etməsinə baxmayaraq, onun inkişafının həlledici amillərini (mahiyyət əsaslarını) təbii keyfiyyətləri yox, sosial əhəmiyyətli keyfiyyətləri müəyyənləşdirir. Şəxsiyyət üçün öz davranış motivlərinin dərki, özünügerçəkləşdirmə, fərdi qabiliyyətlərin aşkarlanmasına istiqamətlənmiş şüur və iradənin daim işlək olması səciyyəvidir.

Şəxsiyyətin sosial keyfiyyətləri onun fəaliyyəti, davranışı, digər insanlara münasibətində aşkarlanır. Daxildən gələn davranışlar, həmçinin anket, test və introspeksiya (özünümüşahidə) vasitəsilə insanın daxili aləmi, onun mənəvi və əxlaqi keyfiyyətləri haqqında bəlli dərəcədə mühakimə yürütmək olar. Bu nəinki şəxsiyyətin sosial keyfiyyətlərinin obyektiv dərkinə imkan yaradır, həmçinin onlara formalaşdırıcı təsir göstərir.



“Şəxsiyyət” anlayışı insanı sosial münasibətlərin fəal subyekti kimi səciyyələndirir. Bununla birlikdə hər bir insan fəaliyyətin təkcə subyekti yox, həm də obyekti, əmək bölgüsundən, fərqli ideologiya və psixologiyaya malik sinif və ya sosial qrupa məxsusluğundan irəli gələn rolların məcmusudur. Şəxsiyyətin sosial ətraf, tərbiyə və özünütərbiyə ilə formalaşan dünyagörüşü onun ən mühüm keyfiyyətidir. Dünyagörüşü şəxsiyyətin bütün sosial əhəmiyyətli qərar və davranışlarının yönümünü və xüsusiyyətlərini əhəmiyyətli dərəcədə öncədən müəyyənləşdirir.
Yüklə 46,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin