Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti Beynəxalq münasibətlər kafedrası



Yüklə 46,33 Kb.
səhifə10/15
tarix06.01.2022
ölçüsü46,33 Kb.
#113706
1   ...   7   8   9   10   11   12   13   14   15
referat 4884

c)Kamyu: absurd fəlsəfəsi. Kamyu fəlsəfəsinin əsas mövzusu insan mövcudluğunun absurdluğu, mənasızlığıdır. Təsəvvür edin: siz hər gün zəngli saatın zənginə yuxudan oyanır, səhər yeməyini yeyir, işə gedir, müəyyən olunmuş zamanda orada olur, sonra evə qayıdırsınız ki, səhər hər şey bir də təkrarlansın. Beləliklə, gündən-günə, həftədən-həftəyə, ildən-ilə: “Yuxudan oyanma, avtobus, dörd saat ofisdə və ya fabrikdə, nahar, avtobus, dörd saat iş, şam, yuxu və bazar ertəsi, çərşənbə axşamı... və şənbə, eyni ritm –bu yolla zamanın böyük hissəsini keçirmək asandır. Lakin bir dəfə sual çıxır: Nə üçün?” Fərd gündəlik həyatın ətalətindən qopur, baş verənləri düşünür. Və başa düşür ki, onun yeganə və çox qısa həyatı absurdlarla (cəfəngiyatlarla) doludur. O bu həyatı tamamilə lazımsız və mənasız şeylərə xərcləyir. Bu zaman insanın qarşısına çox vacib sual çıxır: bu həyat onu yaşamağa dəyərmi? Bu suala verilən istənilən cavab əslində heç nəyi həll etmir. Ən vacib və nəhəng əməllər unudulur, comərdliklə edilən hərəkətlər dünyanı köklü şəkildə dəyişə və ondakı şəri azalda bilmir, ən böyük kəşflər gec-tez insanın əleyhinə yönəlir. Kamyu pessimistdir. Lakin, bununla belə o cəsarətli insandır. Ona görə ki, onun insan mövcudluğunun mənasızlığının dərkindən çıxardığı nəticə –intiharın vəz edilməsi yox, absurdun “aradan qaldırılmasıdır”: “yaşamaq –bu absurd yaşamağı bacarmaqdır”. Fikirləşən insan görməlidir ki, heç bir ümid, “parlaq gələcək”, ölümsüzlük yoxdur. Lakin bütün həyatınla absurdu rədd edərək, ona qarşı üsyana qalxaraq burada və indi yaşamaq lazımdır.


Yüklə 46,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin