Kiniklərin fəlsəfi təlimi
Kiniklər (miladdan əvvəl V– IV əsrlər) adamlara ictimai həyatın norma və qaydalarını rədd edib, bütün işlərdə və fikirlərdə yalnız özlərinə arxalanmağı məsləhət görürdülər. Hissi şeylər arxasında həqiqi varlığın mövcudluğunu qəbul etməyən Kiniklər insanı transendent olanla razılıq əsasında yaşamaqdan azad edirdilər. Bu isə xeyirxahlığa, həqiqətə, rifaha laqeydliyi doğururdu. Kinizm fəlsəfəsinin əsasını qoyan Antisfen özü– qeyri qanuni– evlənmədən (bic) doğulmuş olduğundan patriarxal əlaqələrdən təcrid olunmuş və real həyatda arxasız tənha qalmış insan təcrübəsini ifadə edirdi. Kiniklər özlərini «dünya vətəndaşı» elan edərək Vətən anlayışı və hisslərini rədd edirdilər.
Təsadüfi deyildir ki, «Kosmopolit» termini onların kəşfi olmuşdur. Kiniklərin digər nümayəndəsi Diogen insan mövcudluğunun dayaqsızlığını sübut edərək öz həyat tərzini yunan üçün lənət kimi qəbul edilən formada qurmuşdu. «İcmasız, evsiz, vətənsiz» adlı bu həyat tərzi Diogenin adı ilə tarixə düşmüşdür.
Bu dövr yunan fəlsəfəsinin yayıldığı və onun nəzəri səviyyəsinin aşağı düşməsi ilə səciyyələnir. Ön plana praktik fəlsəfə, yəni etik problemlər çıxır. Bu dövrün əsas fəlsəfi məktəbləri: kiniklər, skeptiklər, epikürçülük, stoiklər və neoplatonizm.
Kiniklər. Kiniklər məktəbinin banisi Antisfen (m.ö. 455-360) sofist Gorginin, sonralar isə Sokratın tələbəsi olub. Bu məktəbin adı “it” (yun. kinos -it) sözündən götürülüb. Kiniklər təliminin əsas məqsədi dərin fəlsəfi nəzəriyyələr yaratmaq yox, xüsusi həyat tərzinin –yoxsulluq, tənhalıq, sərkərdanlıq –fəlsəfi əsaslandırılması və bu həyat tərzinin şəxsi nümunədə sınaqdan çıxarılmasıdır. Bu təlimin əsas müddəaları belədir:
-- asosial azadlığın (cəmiyyətdən kənar azadlıq) mütləqləşdirilməsi;
-- könüllü səfillik, sosial əlaqələrin yoxluğu, tənhalıq;
-- daimi yaşayış yerinin olmaması, sərkərdanlıq;
-- fiziki və mənəvi yoxsulluğun tərənnümü;
-- ifrat asketizm;
-- avtoritetlərin inkarı;
-- vətənpərvərlik hissinin yoxluğu və hər bir cəmiyyətdə, bu cəmiyyətin deyil, öz qanunları əsasında yaşamaq (kosmopolitizm);
-- diqqəti cəmiyyətin və insanın qüsurlarına yönəltmə.
Kiniklər məktəbinin görkəmli nümayəndələrindən biri də Sinoplu Diogen olmuşdur. Kinizmin prinsiplərinə uyğun həyat sürməsi, haqqında çoxsaylı rəvayətlər yaranmışdır.
Dostları ilə paylaş: |