Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti Beynəxalq münasibətlər kafedrası



Yüklə 46,33 Kb.
səhifə5/15
tarix06.01.2022
ölçüsü46,33 Kb.
#113706
1   2   3   4   5   6   7   8   9   ...   15
referat 4884

Con Lokkun fəlsəfəsi


C.Lokk. Böyük ingilis filosofu Con Lokk (1632-1704) həmvətənləri F.Bekon və T.Hobbsun bir sıra fəlsəfi ideyalarını inkişaf etdirmişdir. O, Yeni dövr fəlsəfəsində ingilis empirizm ənənələrini davam etdirmiş, müasir liberalizmin banisi olmuşdur. Fəlsəfi tədqiqatlarının nüvəsini idrak nəzəriyyəsi və sosial fəlsəfi problemlər təşkil edir.

«Dövlət idarəsi haqqında iki traktat» adlı əsərində Lokk dövlət hakimiyyətinin mütləq və məhdud olmayan xarakteri haqqında geniş yayılmış görüşlərə qarşı çıxırdı. Lokk sübut edirdi ki, dövlətin müqavilə əsasında yaranmış əsas vəzifələri, «təbii hüquqa» riayət olunması, vətəndaşlarının şəxsi azadlığının və özəl mülkiyyətinin qorunmasıdır.

Lokka görə, dövlət insanlardan vətəndaş ideyalarını reallaşdırmaq üçün lazım olan qədər və ilk növbədə mülkiyyt əldə etmək hüquq qədər hakimiyyət alır. Lokk hüquqi dövlət ideyasını qabaqlamışdır. Ona görə, məhz qanun şəxsiyyətin azadlığının qorunmasının və genişlənməsinin əsas alətidir. «Qanunların mövcud olmadığı yerdə azadlıq da mövcud deyil». Lokk hər bir şəxsə, qanunların köməyi ilə, azadlığını təmin etmədən ümumiyyətli rifahın əldə olunmasını imkansız sayırdı. O iddia edirdi ki, insanların çoxu öz ağlı və xeyirxahlığına görə təbii qanuna riayət edirlər. Lakin istəsələr, öz şəxsi maraqlarına nail olmağa çalışarlar. Ona görə də onların tərəfsiz hakimə ehtiyacları var. Dövlət yaratdıqdan sonra xalq, onun həm himayədarı, həm də qurucusu kimi çıxış edir. Sonuncusu xalqa onun maraqlarına zidd olan qanunları ləğv etmək hüququ verir. Bundan başqa xalq, onun təbii haqlarını pozan hökmdarların da hakimiyyətini əlindən almaq hüququna malikdir. Məhz Lokkun insanın təbii haqqları haqqındakı görüşləri liberal ideologiyanın əsasını yaratmışdır. İnsan haqqlarının ayrılmaz hissəsi olan təbii haqlara o aşağıdakıları şamil edirdi:-insan təhlükəsizliyini təmin edən yaşamaq hüququ;-insan zülmünün yox edən və öz istəklərinə uyğun öz həyatını müəyyən etmək imkanı yaradan azad olma hüququ;-mülkiyyət hüququ. Bu hüquq insana öz əməyinin nəticələrini əldə etmək və işləmək haqqını tanıyır.

C.Lokk fəlsəfi ideyalarını bu şəkildə ümumiləşdirmək olar. İdrakın əsasında yalnız təcrübə dayanır: İnsan fikrində (zəkasında) elə bir şey yoxdur ki, o əvvəlcə hisslərdə olmasın. Şüur boş məkandır (empty cabinet). Bu məkan insanın həyatı boyunca təcrübə ilə doldurulur. Buradan Lokkun şüur haqqında məşhur tezisi yaranmışdır: Şüur “təmiz lövhədir” (“tabula rasa”), bu lövhədə təcrübələr yazılır. Təcrübənin mənbəyi isə insanın hiss üzvləri vasitəsilə qavradığı xarici dünyadır.

İngilis filosofa görə fəlsəfənin məqsədi insana öz fəaliyyətində uğur qazanmağa kömək etməkdir. İdeal insan –sakit, qanunpərəst, ədəbli centlmendir. O, daim təhsil səviyyəsini yüksəldir və peşəsində yüksək nəticələrə nail olur.

İdeal dövlət –hakimiyyətin qanunverici, icraedici (o, cümlədən məhkəmə) və federativ (xarici siyasət) qollara ayrılma prinsipi əsasında qurulan dövlətdir. C.Lokk bu ideyanı irəli sürmüş ilk filosof olmuşdur. Onun bu ideyası bit çox filosoflar tərəfindən, xüsusilə fransız maarifçi-filosof Ş.L.Monteskyö tərəfindən inkişaf etdirilmişdir.





  1. Yüklə 46,33 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin