Gəncə haqqında görkəmli şəxsiyyətlərin
fikirləri
Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Gəncə Azərbaycanın, mədəniyyət mərkəzlərindən biri olmuş dur. Hazırda şəhərin mədəni həyatı kifayət qədər zəngindir. Yeni muzeylər açılır. Nizami Muzeyi, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi, ondan əvvəl bir neçə muzey açılmışdır.Yəni şəhərin çox zəngin və dolğun ictimai, mədəni həyatı vardır və bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami
yurdudur.
İlham ƏLİYEV
(Azərbaycan Respublikasının Prezidenti)
Qədim Gəncə əsl şeir, sənət ocağı olub. Dahi Nizami bu şəhərdə yaşayıb yaradıb. Mənim cox sevdiyim Məhsəti xanımın rübailəri bu şəhərdə çətirlənib. Bu şəhər həm də qədim şərqin ən gözəl memarlıq nümunələrini öz qoynunda saxlayıb.
Əzizə Cəfərzadə (xalq yazıçısı)
Mən Gəncədə keçirilən poeziya günlərində iştirak etdim. Doğma şəhərimi xüsusi heyranlıqla gəzdim, burada gördüklərim öz xalqını sevən, öz xalqı üçün döyünən bir ürəyin çırpıntılarının unikasıdır.
Ələkbər Ziyatay (şair)
Belə bir şəhərdə doğulmaq, onun şeirsevər adamlarını tərənnüm etmək böyük xoşbəxtlikdir.
Çingiz Əlioğlu (yazıçı)
Mən bu şəhərin yüksəlməsinə sevinirəm. Çünki bu şəhəri çox sevirəm.
Anar (yazıçı-dramaturq)
Bu şəhərdən aldığım təəsürat çox zəngindir, uşaqlıq illərimin keçdiyi bu şəhər ürəyimin bir parçasıdır. Bu şəhərin yüksəlməsi məni çöx sevindirir.
Fikrət Əmirov (bəstəkar)
Respublikamızın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə mən deyərdim əsil intibah dövrü keçirir. Burada elə işlər görülür ki, onlar xalqın tərcümeyi halına yazılacaq, dönə-dönə xatırlanacaq. Xüsusilə tarixi abidələrə göstərilən böyük qayğı adamı heyran edir.
Şəmsi Bədəlbəyli (xalq artisti)
Gəncənin tarixi, adının bərpası ilə bağlı kitabxanalarda
keçirilən tədbirlər.
Ölkəmizdə ildən -ilə sürət götürən iqtisadi inkişaf Azərbaycanın bütün şəhər, qəsəbə, və kəndlərində öz müsbət əksini tapmaqdadır.
Qədim Gəncə də günü-gündən gözəlləşir. Abadlıq işləri şəhərimizin hər tərəfində fəallıqla davam etdirilir. Şəhərimiz öz tarixi abidələrini qoruyub saxlamaqla böyüyür, abadlaşır.
Gəncənin tarixi adının qaytarılmasının 25 illiyi bu ilin dekabrında tamam olur. Bu münasibətlə təhsil, mədəniyyət ocaqlarında , o cümlədən kitabxanalarda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərə sual-cavab gecələri, şeir gecələri, şəhərin tarixini, mədəniyyətini, görkəmli şəxsiyyətlərini əks etdirən kitab sərgiləri, dəyirmi masalar, mövzu gecələri və s. aid etmək olar.
Kitabxanalarda Gəncənin adının bərpası ilə bağlı belə başlıqlar altında sərgilər tərtib etmək olar:
“Gəncəm mənim, incəm mənim”
“Ulu adın mübarək –Gəncəm”
“Tarixi özündə yaşadan şəhər”
“Şeir, sənət ocağı Gəncə”
Bu münasibətlə kitabxanalarda sual-cavab gecələrinin keçirilməsi də məqsədə uyğundur.
Suallar belə tərtib oluna bilər:
1.Gəncənin adı neçənci illərdə dəyişdirilib?
Gəncə şəhəri 1804-cü ildən 1918- ci ilədək Yelizavetpol
adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də,
22 fevral 1935-cü ildə şəhərin adı dəyişdirilərək Kirovabad
olub. Nəhayət 54 ildən sonra 30 dekabr 1989-cu ildə Gəncə
şəhərinin adı özünə qaytarılıb.
2. Gəncənin görkəmli şəxsiyyətlərindən kimləri tanıyırsınız?
Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Fikrət
Əmirov, Xudadat bəy Rəfibəyli, Nigar Rəfibəyli, Fəridə
Əliyarbəyli, Həmid Araslı, Adil İsgəndərov, Məmmədrza
Şeyxzamanov, Ələddin Abbasov və s.
3. Gəncənin şair və yazıçılarından kimləri tanıyırsınız?
Nigar Rəfibəyli, Sədnik Pirsultanlı, Məmməd Alim, Ramiz
Təmkin, Xəzangül, Sədaqət Ələkbərova, Nadir Ovçu və s.
4. Gəncəli Sovet İttifaqı Qəhrəmanı kimdir?
İsrafil Məmmədov.
5. Gəncənin Milli Qəhrəmanlarından kimləri tanıyırsınız?
Elbrus Allahverdiyev, İlham Əliyev, Rəfail Əliyev, Şahlar
Hüseynov, İqor Makeyev, Pərviz Səmədov və s.
6. Gəncənin hansı tarixi abidələri var?
Comərdi Qəssab türbəsi, Cavad xan türbəsi, İmamzadə
kompleksi, Qala Qapısı, Xan bağı, Şah Abbas məscidi və s.
7. Gözəl “Göy-göl” neçənci ildə yaranıb?
1139-cu ildə zəlzələ nəticəsində dünyada tayı-bərabəri
olmayan “Göy göl” yararanıb.
8. Gözəl “Göy-göl” neçənci ildə yaranıb?
1139-cu ildə zəlzələ nəticəsində dünyada tayı-bərabəri
olmayan “Göy göl” yararanıb.
9. Son illərdə şəhərimizdə istifadəyə verilən mədəniyyət
mərkəzləri?
Məhsəti Gəncəvi mərkəzi, Heydər Əliyev park kompleksi,
Nizami muzeyi,VEĞO oteli.
10. Gəncə şəhəri neçənci ildə “Avropanın Gənclər Paytaxtı”
Dostları ilə paylaş: |