Gəncə millətimin qeyrət rəmzidir,
Məhəbbət rəmzidir, cürət rəmzidir.
Üç rəngli bayrağı göyə qaldıran,
Elimin-obamın şöhrət rəmzidir.
Bu şəhər Əblülla Gəncəvi, Məhsəti xanım Gəncəvi və Nizami Gəncəvi kimi böyük şairlərin vətəni, ölkənin ədəbiyyat mərkəzidir.
Gəncə şəhəri dünyanın ən qədim və olduqca zəngin mədəniyyət mərkəzlərindəndir. Səlnaməçilər Gəncəni müqəddəs şəhər, nurlu şəhər, İmam şəhəri adlandırmışlar. 1139 cu ildə dəhşətli zəlzələ şəhəri yerlə-yeksan etsə də, Kəpəz dağının ağuşunda heç bir yerdə tayı-bərabəri olmayan gözəllər-gözəli Göy-göl yaranmış- dır.
Bu şəhərin ən böyük xoşbəxtliyi budur ki, dilindən, dinindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin milli sərvəti olan dahi Nizami Gəncəvi dühası XII-ci əsrdə məhz bu şəhərdə - gözəllik, nəciblik, müqəddəslik və qeyrət rəmzi olan Gəncədə dünyaya göz açmış və bu doğma məkanda yaşayıb yaratmışdır. Elə bu gün də onun müqəddəs ruhu doğma Gəncəsindədir.
Dostları ilə paylaş: |