Doğma torpağımın doğma şəhəri
Şəhərlər içində seçmişəm səni.
Günəşə gözünü açandan bəri
İgidlər ovlağı, ərlər məskəni.
Hüseyn Arif
Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri xalq arasında İmamzadə, yaxud Göy İmam türbəsi kimi tanınan İmamzadə kompleksidir. Bu gözəl ziyarətgah Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid olan tarixi memarlıq abidəsidir. Türbə bu kompleksin ən qiymətli abidəsidir.
İmamzadə dini memarlıq kompleksi Prezident İlham Əliyevin sərancamı ilə dövlət vəsaiti hesabına yenidən qurulur.
7-ci əsrin yadigarı olan Gəncə İmamzadə kompleksində əsas işlər başa çatıb. İmamzadə kompleksində dini ayinlərin keçirilməsi üçün kişilər və qadınlar salonu tikilib, salonlardan birinə Hüseyniyyə, digərinə isə Zeynəbiyyə adı verilib.
Bu günkü Gəncənin ilk memarı olmuş Şeyx Bahəddinin planı üzrə tikilmiş abidələrin möcüzələri hələ də dünya alimləri üçün sirr olaraq qalmaqdadır. Şəhərimizdəki qədim Şah Abbas məscidi də məhz Şeyx Bahəddinin planı əsasında tikilmişdir.
Əvvəllər məscidin həyətində qəbristanlıq da olmuşdur 1804-cü il yanvarın 5-də Cavad xan burada dəfn olunmuşdur.
Dostları ilə paylaş: |