Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
“Tariximizin qanlı və şanlı səhifəsi.”
Metodiki vəsait
XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, bəşəriyyətə,humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.
Heydər Əliyev
Ümummilli lider.
1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuşdur. Düz 26 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Bədnam M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanatkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxarmışdı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnmişdi. Nəticədə 170 nəfər həlak olmuş, 400-ə yaxın insan yaralanmışdı. Buna baxmayaraq Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdı. Bununla da ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi hüquqi qiymət verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmışdı. 20 Yanvar-Ümumxalq Hüzn Günü elan edildi.
Keçiriləcək tədbirlər.
Bu münasibətlə MKS-də və onun filiallarında bir sıra tədbirlər keçirilməlidir. MKS-də tədbirlər planı tutulmalı və həyata keçirilməlidir. Belə ki, tədbirlər planına kitab sərgisini, foto sərgisi, rəsm və inşa müsabiqələrini, xatirə gecələrini, şer müsabiqələrini, ədəbi bədii kompozisiya və s. başqa tədbirləri daxil etmək olar.İlk öncə kitabxanda kitab sərgisi və bununla yanaşı şəhidlərimizin foto stendləri hazırlanmalıdır. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər.Məsələn: “ 20 Yanvar faciəsi tariximizin qanlı, həm də şanlı səhifəsidir”, “Tarixin qan yaddaşı”, “Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi”, “20 Yanvar həm hüzn, həm də milli qürur günümüzdür”, “Başın sağ olsun,Vətən!”, “Qanlı faciə”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” və s.
“ 20 Yanvar faciəsi tariximizin qanlı, həm də şanlı səhifəsi” adlı sərginin sxemini veririk.
1.Başlıq: “ 20 Yanvar faciəsi tariximizin qanlı, həm də şanlı səhifəsi”.
2. Sitatlar.
3.Dövri mətbuatda çap olunan məqalələrin kartotekası.
4. 20 Yanvar faciəsinə aid nəşr olunan kitabların siyahısı.
5. Şer parçası.
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi şəhidlər.
1990-cı ilin QANLI YANVARINDA “Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda ŞƏHİDLİK zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.”
Yalın əllər ilə tanklar üstünə,
Atılan cavanlar; eşq olsun sizə!
Siz təsdiq etdiniz azadlığın da
Halal olduğunu millətimizə!
Bakının ən yüksək , ən gözəl nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var ŞƏHİDLƏR XİYABANI.
Adımız dolaşdı bütün dünyanı,
Çox da ki,ağımız qara yozuldı.
Bizim şəhidlərin tökülən qanı
Haqqın kitabında imzamış oldu.
Kitabxanalarda keçirilən tədbirlər.
20 YANVAR faciəsinin 26–ci ildönümü ilə bağlı respublikamızın hər bir müəssisələrində olduğu kimi Mərkəzləşdirilmiş Kitabxana Sistemində də tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına kitab sərgisi, foto sərgi, xatirə gecələri, ədəbi – bədii kompozisiya və s. tədbirlər daxil edilmişdir. İlk öncə isə kitabxanalarda kitab sərgisi və foto stend hazırlanmalıdır.
Bu tarixi günü hər il qeyd edirik. Belə tədbirləri keçirmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Bu tədbirlər siyahısına xatirə gecəsini də əlavə etmək məqsədəuyğun olar.Xatirə gecəsinə bir sıra qonaqları, ədəbiyyat müəllimlərini və bu faciədə şəhid olmüş həmyerlimizin valideyinlərini və qohumlarını dəvət etmək olar. Bunlarla yanaşı kitabxanada ədəbi –bədii kompozisiya kecirmək olar.
“20yanvar –Qan yaddaşımız“adl ədəbi - bədii kompozisya.
Aparıcı: I
Düz 26 il bundan əvvəl imperiya zülmündən cana doymuş Azərbaycan xalqı ayağa qalxaraq azad yaşamaq haqqı olduğunu birmənalı şəkildə elan etdi . Əvvəlcə torpaqlarımızın toxunulmazlığı uğrunda başlamış mübarizənin sonunda xalq hərəkatına çevrildi. 20 yanvar dövlətçiliyimizin tarixinə xalqımızın ən faciəli, eyni zamanda qəhrəmanlıq günlərindən biri kimi əbədi həkkolunmuşdur.1990 - cı il yanvar ayının19-dan 20 –nə keçən gecə özünü sülhsevər ordu kimi qələmə verən imperiya qoşunu vətənimizin paytaxtı Bakı şəhərinə hücum etdi. Tankların qarşısına çıxan hər nə varsa qəddarcasına məhv edərək şəhərin mərkəzinə doğru irəliləyirdi. Qoşunların qanunsuz yerləşməsi nəticəsində Bakıda və rayonlar da170 nəfər öldürülmüş, 400 nəfər yaralanmışdır.
Aparıcı: II 20 yanvar günü
Boran günü, qar günü
Millətimin dar günü
Anaların üzündə
Qanla açılan şırım
Ataların başında
Qandı çiçəyim ,gülüm
Qandı əllər, dodaqlar
Çatılan qaşlarda qan
Yolunan saçlarda qan
Ayaqda qan,başda qan
Torpaqda qan ,daşda qan.
Aparıcı: III
Qara bir karvan gedir
Bu karvanın yükü qəm
Budağı qəm, kökü qəm
Gedir çiyinlər üstə şəhid cənazələri
Bütün dünya eşidir bu dəhşətli xəbəri
Aparıcı: II
1990-cı ilin qışı idi.Qoca şərqin astanasında yerləşən qədim odlar yurdu Azərbaycan layiq olduğu haqq və hüquqlarına sahib olmaq üçün növbəti
mücadiləsinə başlamışdı. Neçı illərdən bəri apardığı mübarizəsində qazandığı
təcrübə bu xalqa öyrətmişdi ki, azadlıq yalnız qanla əldə olunur.
Aparıcı: III
Həyatımda ilk dəfə bu qədər qan görürdüm,
Qızıl qana bürünmüş, sökülən dan görürdüm,
Qan içində çalxanan Azərbaycan görürdüm,
Yerdən ,göydən ,dənizdən axırdı şəhid qanı !
Aparıcı: I
Həyatımda ilk dəfə bu qədər gül görürdüm,
Hər gülün arxasında sınan könül görürdüm,
Bütün Azərbaycani məlul ,məşkül görürdüm
Dünyanı yandırırdı,yaxırdı şəhid qanı!
Əzizinəm yaş günü,
Yas qara libas günü.
Qoymaram qiyamətə
Qala bu qisas günü.
Aparıcı: II
Dilimizdə dil göynədən yüz bayatı , yüz ağı var
Canımızda qanlı qışın şaxtası var, sazağı var
Dərdi olan darıxmasın yaxını var ,uzağı var.
Gün təzədən doğasıdır şəhitlərin yatan yerdə
Aparıcı: I
Ulu öndərimiz H. Əliyevin siyasi fəaliyyətinə qırmızı xətlə keçən bir mənadavar. Ey xalq! Oyan ,özünü yaxşı –yaxşı dərk et , öz haqqını bil ,öz torpaqlarına sahib çıx, ictimai dərdlərini araşdır, işləməyi mərdlərimizdən öyrən, böyüklüyünü öz əməlinlə təsdiq et.
Aparıcı: II
Bu gün qara geyinmişəm, qara günümdür mənim,
Dünyanı silkələyən ahım .ünümdür mənim.
Şəhidlər xiyabanı qibləm yönümdür mənin,
Öz dərdimi çəkməsəm özgələr dərdə qalmaz!
Aparıcı: I l
Günahkara günahını tanıtmalıdır
Kəsərini .silahını tanıtmalıdır
Allahsıza Allahını tanıtmalıdır
Diz çökdürüb dinsizləri gətirər dinə
İnanırıq həqiqətin təntənəsinə
Aparıcı: I
Mən sabahı dumanlı yox təmiz görürəm
Mən sevgini bir damla yox dəniz görürəm
Mən xalqımı əzizlərdən əziz görürəm
Coşur, ürək , yaşayır göz ,qabarır sinə
İnanırıq həqiqətin təntənəsinə.
Illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.Xalqın milli qürur günü heç vaxt unudulmayacaq.
20 yanvar bizim milli qürur günümüzdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qəbirləri nurla dolsun.
Metodika və biblioqrafiya şöbəsi: Yarıyeva Səadət.
Dostları ilə paylaş: |