MÜQAVİLƏNİN DƏYƏRİ VƏ ÖDƏNİŞ QAYDALARI Müqavilə üzrə sertifikatın və ya daşıyıcının dəyəri bu Müqavilənin ayrılmaz hissəsi olan və tarifləri müəyyən edən Əlavə №1 (Tarif cədvəli) ilə tənzimlənir.
Müqavilə üzrə ödənişlər yalnız Mərkəz tərəfindən təqdim olunan elektron ödəmə vasitələri ilə Sifarişçi tərəfindən həyata keçirilir.
Daşıyıcı və ya daşıyıcılar (İnformasiyanın kripto-müdafiə vasitəsi) Mərkəz tərəfindən Sifarişçinin nümayəndəsinə “Ödəniş qəbz”inə əsasən “Təhvil-Təslim Akt”ı vasitəsilə təqdim olunur