Azərbaycan Respublikası Nazirlər Kabinetinin 997-ci IL may tarixli 38 nömrəli qərarına


Televiziya filmlərinin və digər televiziya əsərlərinin quruluş haqqının



Yüklə 0,82 Mb.
səhifə7/13
tarix04.01.2022
ölçüsü0,82 Mb.
#53654
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   13

4.9. Televiziya filmlərinin və digər televiziya əsərlərinin quruluş haqqının

ödənişlərinin digər ümumi şərtləri




4.9.1. Videofimlərə quruluş haqqı kinoplyonkada yaradılmış müvafiq film üçün nəzərdə tutulan məbləğin 100% miqdarında ödənilir.

4.9.2. Filmin yaradılmasında iştirak edən digər işçilərə əsas yaradıcı istehsal heyəti üçün ayrılan məbləğin azaldılması hesabına haqq verilə bilər.

4.9.3. Sifarişlə hazırlanmış reklam lentinin efirdə göstərilmiş 1 dəqiqəsi üçün quruluş haqqı aşağıdakı məbləğlərə qədər müəyyənləşdirilərək ödənilir:


rejissor

- 180.0 min manat;

operator

- 160.0 min manat;

səs operatoru

- 140.0 min manat.

4.9.4. Çoxseriyalı bədii filmlər, teletamaşalar və s. yaradılarkən hər sonrakı seriya üçün birinci seriyanın quruluş haqqının 50 faizinədək quruluş haqqı nəzərdə tutulur.

4.9.5. Filmdə 10 faizdən artıq filmoteka materiallarından və kontratiplərdən istifadə olunduqda, quruluş haqqının məbləği 20 faiz azaldılır.

4.9.6. Quruluş haqqı film bir plyonkada təhvil verildikdən və ödəniş qrupu müəyyən edildikdən sonra film efirə buraxılmazdan əvvəl də verilə bilər.

4.9.7. Neqativ və pozitiv plyonkaların, o cümlədən maqnit lentlərinin normadan artıq sərf olunmasına yol verən işçilərə quruluş haqqı onların dəyəri qədər azaldılır.

4.9.8. Filmin yaradılmasında eyni ixtisaslı bir neçə işçi iştirak etdikdə quruluş haqqının məbləği onların ayrılıqda gördükləri işə görə müvafiq quruluş haqqı çərçivəsində müəyyənləşdirilir.

4.9.9. Redaktora rejissorun quruluş haqqının 80 faizindən çox olmayan məbləğdə quruluş haqqı verilir.

4.9.10. Rejissor assistentinə quruluşçu rejissorun quruluş haqqının 25 faizi, mühəndis-montajçıya isə 40 faizi qədər quruluş haqqı verilir.

4.9.11. Əsas vəzifəsi və əvəz etdiyi vəzifə üzrə quruluş haqqı almaq hüququ olan işçilərə əvəz edilən vəzifənin quruluş haqqı tam məbləğdə ödənilir.

4.9.12. 15 dəqiqə həcmində televiziya filmlərinə quruluş haqqı müvafiq olaraq bir-iki hissəli filmlər üçün nəzərdə tutulmuş həddə ödənilir.

4.9.13. Televiziyada efirə canlı çıxan verilişlərə görə quruluş haqqı 30 faiz yüksək məbləğdə ödənilir.

4.9.14. Televiziya verilişlərinin hazırlanması xüsusiyyətlərindən asılı olaraq müstəsna hallarda ayrılmış büdcə təxsisatları çərçivəsində müəllif müqaviləsində quruluş haqlarının danışıq qiyməti əsasında müəyyənləşdirilməsinə yol verilir.

4.9.15. Film, veriliş və ya videoklip başqa təşkilatın sifarişi ilə istehsala buraxılırsa, quruluş haqqı 3-5 əmsalı tətbiq edilməklə ödənilə bilər.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin