Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 20 iyul
tarixli 300 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə
İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi
QAYDASI
İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları bu Qaydaya əlavə olunmuş formaya uyğun tərtib olunmaqla, “Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti”, “Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti”, “İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti”, “Digər əməliyyatlar üzrə pul vəsaitlərinin hərəkəti”, “Hesabat ilinin əvvəlinə kreditor borclar”, “Hesabat ilinin əvvəlinə debitor borclar” və “Hesabat ilinin əvvəlinə əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin balans dəyəri” hissələrindən ibarətdir.
Dostları ilə paylaş: |