2.4. “Cəmi xərclər, o cümlədən (4.)” bəndində maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin istifadəsi əks etdirilir.
2.5. “Kreditin (borcun) əsas məbləğinə görə ödənişlər, o cümlədən (4.1.)” bəndində borca və kreditə görə ödənilmiş əsas məbləğlər öz əksini tapır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə əsas məbləğlərin qaytarılması xərcləri 4.1.1-ci yarımbənddə, digər kreditlər (borclar) üzrə məbləğlərin qaytarılması xəcləri isə 4.1.2-ci yarımbəndində göstərilir.
2.6. “Maliyyələşdirmə fəaliyyəti üzrə digər xərclər (4.2.)” bəndində maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar digər xərclər əks etdirilir.
2.7. c). “Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin saldosu”nda “3. Cəmi daxilolmalar, o cümlədən” bəndi ilə “4. Cəmi xərclər, o cümlədən” bəndi arasında olan məbləğ fərqi əks etdirilir.
“III. İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti” bölməsi
3.1. “Cəmi daxilolmalar (5.)” bəndində investisiya fəaliyyəti ilə əlaqədar daxil olan pul vəsaitlərinin cəmi əks etdirilir.