a). “Hesabat ilinin əvvəlinə pul vəsaitlərinin qalığı” bəndində hesabat ilinin əvvəlinə pul vəsaitlərinin qalığı göstərilir.
“I. Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti” bölməsi
1. “Cəmi daxilolmalar, o cümlədən” bəndində iri dövlət şirkətləri tərəfindən təqdim edilmiş mallardan, yerinə yetirilmiş işlərdən və göstərilmiş xidmətlərdən, habelə onların digər əməliyyat fəaliyyətlərindən əldə edilən pul vəsaitləri və onların ekvivalentləri (bundan sonra – pul vəsaitləri) aksiz və əlavə dəyər vergisi daxil olmaqla əks etdirilir.