1.8. “Rabitə xərcləri (2.4.)” bəndində rabitə xərcləri, o cümlədən operatorlararası rabitə hesablaşmaları əks etdirilir.
1.9. “Nəqliyyat xərcləri (2.5.)” bəndində cəlb olunmuş nəqliyyatlara görə xərclər əks etdirilir. Burada hava, dəniz, avtomobil, boru və s. vasitələrlə bağlı nəqliyyat xərcləri ayrıca “2.5.1. Su nəqliyyatına görə”, “2.5.2. Hava nəqliyyatına görə”, “2.5.3. Dəmir yolu nəqliyyatına görə”, “2.5.4. Boru kəməri nəqliyyatına görə” və “2.5.5. Digər nəqliyyatlara görə” yarımbəndlərində əks etdirilir.