1.12. “Reklam, elan, mətbuat və bu qəbildən olan xərclər (2.8.)” bəndində reklam, elan, mətbuat və bu qəbildən olan xərclər əks etdirilir.
1.13. “Mühafizə xərcləri (2.9.)” bəndində həm daxili, həm də bağlanılmış müqavilələrə görə mühafizə xərcləri öz əksini tapır.
1.14. “Bank xidməti xərcləri (2.10.)” bəndində bank hesablarına xidmətlə bağlı sərf olunan xərclər göstərilir.
1.15. “Kreditə (borca) görə ödənilmiş faizlər, o cümlədən (2.11.)” bəndində borca və kreditə görə ödənilmiş faizlər öz əksini tapır. Dövlət zəmanətli kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.11.1-ci yarımbənddə, digər kreditlər üzrə xərclər isə 2.11.2-ci yarımbənddə əks etdirilir. Bu xərclərdə vaxtı keçmiş borca və kreditə görə hesablanmış faizlərin qaytarılması da əks etdirilir.