1.16. “Nümayəndəlik xərcləri (2.12.)” bəndində nümayəndəlik xərcləri öz əksini tapır.
1.17. “Kadr hazırlığı xərcləri (2.13.)” bəndində kadrların hazırlanması ilə bağlı çəkilən xərclər göstərilir.
1.18. “Elmi tədqiqat və layihə-axtarış işlərinə çəkilən xərclər (2.14.)” bəndində elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər göstərilir. Normativ sənədlərin hazırlanması ilə bağlı xərclər də bu bənddə göstərilir.
1.19. “Cari təmir xərcləri (2.15.)” bəndində əməliyyat fəaliyyəti ilə əlaqədar cari təmir xərcləri öz əksini tapır.