2.2. “Kreditlər və borclar üzrə daxilolmalar (3.2.)” bəndində maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar alınmış kredit və borc məbləğləri, o cümlədən 3.2.1-ci yarımbənddə dövlət zəmanətli kreditlər (borclar) üzrə daxilolmalar, 3.2.2-ci yarımbənddə digər kreditlər (borclar) üzrə daxilolmalar əks etdirilir.
2.3. “Maliyyələşdirmə fəaliyyəti üzrə digər daxilolmalar (3.3.)” bəndində 2.1-ci və 2.2-ci bəndlərdə əks etdirilməyən və maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar olan digər daxilolmalar əks etdirilir.