1.5. “Xammal və materiallara görə xərclər (2.1.)” bəndində xammal, əsas və köməkçi materiallar, yanacaq, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, məhsulların (malların) qablaşdırılması və daşınması üçün istifadə olunan taralar və digər material ehtiyatları əks etdirilir. “2.1.1. Xammala görə” yarımbəndində xammal xərcləri, “2.1.1.1. Texnoloji məqsədlər üçün xammala görə” yarımbəndində isə texnoloji məqsədlər üçün xammal xərcləri əks etdirilir. Burada iri dövlət şirkətləri tərəfindən fəaliyyətlərindən asılı olaraq xammal kimi istifadə edilən təbii qaz, mazut, elektrik enerjisi, su və s. ödəmələr göstərilir. Yanacaq və sürtkü materiallarına görə xərclər “2.1.1.2. Yanacaq və sürtkü materiallarına görə” yarımbəndində əks etdirilir.
Material ehtiyatlarına görə xammallar “2.1.2. Material ehtiyatlarına görə” yarımbəndində əks etdirilir.