1.10. “Cəmi kommunal xərclər, o cümlədən (2.6.)” bəndində yalnız kommunal məqsədlər üçün sərf edilmiş xərclər göstərilir. Burada suya, elektrik enerjisinə, təbii qaza,istilik enerjisinə və digər kommunal xidmətlərə görə xərclər ayrıca “2.6.1. Suya, kanalizasiya və tullantı sularının axıdılmasına görə”, “2.6.2. Elektrik enerjisinə görə”, “2.6.3. Təbii qaza görə”, “2.6.4. İstilik enerjisinə görə” və “2.6.5. Digər kommunal xidmətlərə görə” yarımbəndlərində əks etdirilir.
1.11. “Ezamiyyə xərcləri (2.7.)” bəndində ölkədaxili və xarici ezamiyyələrə görə xərclər öz əksini tapır.