Özəlləşdirmənin mahiyyəti:
Özəlləşdirmə siyasətinin mahiyyəti çox dərindir.Belə ki,bildiyimiz kimi istənilən
sahənin inkişafında rəqabət hər zaman ən vacib amildir.İqtisadiyyatın inkişafı üçün də rəqabət şəraitinin yaradılması vacib məsələlərdən biridir.Elə bu siyasəti həyata
keçirmək üçün də,iqtisadiyyatın subyektlərinin stimullaşdırılması və özəlləşdirilmənin təmin edilməsi çox vacibdir.Belə ki hər bir kommersant daha çox gəlir əldə etmək
istəyir.Bunun üçün rəqiblərindən daha ucuz və daha keyfiyyətli məhsul və ya xidmət istehsal etməyə məcbur olur.Bu da ÜDM və ÜMM-in artımında böyük rol
oynayır.Deməli mülkiyyətin özəlləşdirilməsi,başqa sözlə desək dövlətsizləşdirilməsi Dövlət mülkiyyətində qalmasından daha səmərəlidir.Ümumi olaraq qeyd etsək,deyə
bilərik ki,iqtisadiyyatın dövlətsizləşdirilməsi iqtisadiyyatın inkişafında çox vacib elementlərdən biri sayılır.
Dostları ilə paylaş: |