“Maddə 52. Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının alınması üzrə işlərə məhkəmə qaydasında baxılma və qərarın icrası
52.1. Vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə müvafiq olaraq baxılır.
52.2. Məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
180 16 noyabr 2001-ci il tarixli 217-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 734) ilə 53.1-ci maddənin birinci abzasında " İnzibati xətalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə" sözləri " Azərbaycan Respublikasının inzibati xətalar Məcəlləsinə" sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 53.1-ci maddənin birinci hissəsində "İnzibati Xətalar Məcəlləsi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Cinayət Məcəlləsi" sözləri əlavə edilmişdir.
181 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 53.3-cü maddədə "Qanunla müəyyən edilmiş qaydada və" sözləri "Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya" sözləri ilə əvəz edilmişdir.
182 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan” Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 53.3-cü maddənin beşinci abzasında " uçotunda," sözündən sonra " vergilərin" sözü əlavə edilmişdir.
183 26 noyabr 2002-ci il tarixli 383-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 707) ilə Məcəlləyə 53.8-ci maddə əlavə edilmişdir.
28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 53.7-ci maddə çıxarılmış və 53.8-ci maddə müvafiq olaraq 53.7-ci maddə hesab edilmşdir.
Əvvəlki redaksiyada deyilirdi:
53.7. Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə tənbehinə məruz qalmış şəxs tənbehin icra olunması günündən sonrakı 1 il ərzində vergi qanunvericiliyinin eyni cür pozuntusuna yol vermədikdə, o, tənbehə məruz qalmamış hesab edilir.
184 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə Məcəlləyə 53.8-ci maddə əlavə edilmişdir.
185 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 56.2-ci maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
56.2. Vergi orqanı maliyyə sanksiyalarının alınması məqsədi ilə vergi qanunvericiliyinin pozulmasını aşkar etdiyi andan 3 ay müddətindən gec olmayaraq məhkəməyə müraciət edə bilər.
186 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 57-ci maddənin adı yeni məzmunda verilmişdir.
əvəlki redaksiayda deyilirdi:
Maddə 57. Hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları
187 26 noyabr 2002-ci il tarixli 383-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 707) ilə 57.1-ci maddənin ikinci cümləsi çıxarılmış və yeni abzas əlavə edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
57.1. Vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə hesabatın verilmədiyi hər bir tam ay üçün verginin ödənilməmiş məbləğinin 1 faizi miqdarında, lakin verginin ödənilməmiş məbləğinin 12 faizindən çox olmayan məbləğdə maliyyə sanksiyası tətbiq edilir. Hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları vergi öhdəlikləri yaranmadıqda tətbiq edilmir.
28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “ Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 57.1-ci maddənin birinci abzası yeni redaksiyada verilmiş, ikinci abzası çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
57.1.Vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə hesabatın verilmədiyi hər bir tam ay üçün verginin ödənilməmiş məbləğinin 1 faizi miqdarında, lakin verginin ödənilməmiş məbləğinin 12 faizindən çox olmayan məbləğdə maliyyə sanksiyası tətbiq edilir.
Vergi ödəyicisinin vergi öhdəliyi yaranmadıqda hesabatın əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə aylıq gəlirin vergi tutulmayan məbləğinin 2 misli miqdarında maliyyə sanksiyası tətbiq edilir.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 57.1-ci maddədə "hesabatını" sözündən sonra "və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı" sözləri əlavə edilmişdir və bu maddədə "şərti maliyyə vahidinin 40 misli miqdarında" sözləri "40 manat məbləğində" sözləri ilə əvəz edilmişdir.
188 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 57.2-ci maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
57.2. Bu maddənin məqsədləri üçün hesabatda göstərilməli olan vergi məbləği ilə müəyyən edilmiş vaxtda ödənilən vergi məbləği arasındakı fərq verginin ödənilməmiş məbləği sayılır.
6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 57.2-ci maddə əlavə edilmişdir.
189 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə yeni məzmunda 57.3-cü maddə əlavə edilmişdir.
190 26 noyabr 2002-ci il tarixli 383-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 707) ilə 58-ci maddənin adı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 58. Vergilərin azaldılmasına görə maliyyə sanksiyaları
28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “ Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 58-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları
58.1. Verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği 1 ildən artıq dövr üzrə hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.2. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən hərəkətlər il ərzində təkrar edildikdə, vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.3. Əlavə dəyər vergisi üzrə bu Məcəllə ilə müəyyən edilmiş hallarda qeydiyyatın məcburi olduğu halda qeydiyyatsız fəaliyyət göstərilməsinə görə -qeydiyyatsız fəaliyyət göstərilən bütün dövr ərzində büdcəyə ödənilməli olan əlavə dəyər vergisinin və aksiz məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur;
58.3.1. çıxarılıb
58.3.2. çıxarılıb
58.3.3. çıxarılıb
58.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq, ödəmə mənbəyində vergini tutmadan ödəməni həyata keçirən şəxsə tutulmamış verginin 20 faizi məbləğində maliyyə sanksiya tətbiq edilir.
58.5. Vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətində gəlir (mənfəət) götürmək üçün istifadə edilən malların bu Məcəllənin 130.1-ci maddəsində müəyyən edilən qaydada uçot sənədlərində əks etdirilməməsinə görə həmin malların bazar qiymətləri nəzərə alınaraq ödənilməli olan vergi məbləğinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.
58.6. Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə aylıq gəlirin vergi tutulmayan məbləğinin 2 misli miqdarında maliyyə sanksiyası tətbiq edilir.
191 6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 58.1-ci maddədə " vergi məbləğinin" sözlərindən sonra " (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla)" sözləri əlavə edilsin və " 25" rəqəmi " 50" rəqəmi ilə əvəz edilmişdir.
192 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 58.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
58.2. Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə şərti maliyyə vahidinin 40 misli miqdarında maliyyə sanksiyası tətbiq edilir.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 58.2-ci maddədə "şərti maliyyə vahidinin 40 misli miqdarında" sözləri "40 manat məbləğində" sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 58.2-ci maddədən ", yaxud yaşadığı yerin dəyişməsi" sözləri çıxarılmışdır.
193 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 58.3-cü maddədə “ ödənişlərin” sözü “ hesabdan pul vəsaitinin silinməsi” sözləri ilə əvəz edilmişdir.
6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 58.3-cü maddədə " 20" rəqəmi " 50" rəqəmi ilə əvəz edilmişdir.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 58.3-cü maddədə " banka və ya digər kredit təşkilatına" sözləri " kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə" sözləri ilə əvəz edilmişdir və həmin maddəyə " sərəncamın verildiyi tarixdən" sözlərindən sonra ", kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən" sözləri əlavə edilmişdir.
194 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə Məcəlləyə 58.4-cü və 58.5-ci maddələr əlavə edilmişdir.
195 6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 58.6 - 58.8-ci maddələr müvafiq olaraq 58.7-58.9-cu maddələr hesab edilmişdir və 58.6-cı maddə əlavə edilmişdir.
19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2009-cu il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 506) ilə 58.6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
196 6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 58.6-cı maddədə "yəni nəzarət-kassa aparatları" sözlərindən sonra "və ya ciddi hesabat blankları " sözləri, "tətbiq edilmədən" sözlərindən sonra "(nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən)" sözləri, "təqdim edilməli olan çekin" sözlərindən sonra ", bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının" sözləri əlavə edilmişdirmin maddədən "verilməsi barədə alıcının müraciətindən sonra da bunların" sözləri çıxarılmışdır.
197 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 58.7.1-ci, 58.7.2-ci və 58.7.3-cü maddələrdə "il" sözü "təqvim ili" sözləri ilə əvəz edilmişdir.
198 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə Yeni məzmunda 58.6-58.8-ci maddələr əlavə edilmişdir.
199 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 58.11-ci maddəyə " hesaba" sözündən sonra "( rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla)" sözləri əlavə edilmişdir.
200 16 noyabr 2001-ci il tarixli 217-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 734) ilə 59.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
59.1. Verginin qanunla müəyyən edilmiş ödənilməsi müddətindən sonrakı ilk 90 gün ərzində hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən vaxtında ödənilməmiş vergi və ödəniş məbləğinin 0,05 faizi məbləğində faiz tutulur.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 59.1-ci və 59.3-cü maddələrdə "0,05" rəqəmi "0,1" rəqəmi ilə əvəz edilmişdir.
201 16 noyabr 2001-ci il tarixli 217-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 734) ilə 59.2-ci maddə çıxarılmış, 59.3-cü və 59.4-cü maddələr müvafiq olaraq 59.2-ci və 59.3-cü maddələr hesab edilmiş, 59.2-ci maddədə " Bu Məcəllənin 59.1-ci və 59.2-ci maddələrində müəyyən edilmiş" sözləri " Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş" sözləri ilə əvəz edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
59.2. Verginin ödənilməsi müddətinin gecikdirilməsinin 91-ci günündən başlayaraq hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən vaxtında ödənilməmiş vergi və ödəniş məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 59.2-ci maddədə "yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və" sözləri çıxarılmış və maddəyə ikinci cümlə əlavə edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və vergilər üzrə avans ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 59.2-ci maddənin birinci cümləsində “ vergilər üzrə avans” sözləri “ cari vergi” sözləri ilə əvəz edilmişdir.
19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2009-cu il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 506) ilə 59.2-ci maddədən “ cari” sözü çıxarılmışdır.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 59.2-ci maddənin ikinci cümləsində " yoxlama" sözü " səyyar vergi yoxlaması" sözləri ilə əvəz edilmişdir.
202 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 60.1.1-ci maddədə "vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verildiyini təsdiq edən sənəd" sözləri "bu Məcəllənin 35-ci maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat" sözləri ilə, "aylıq gəlirin vergi tutulmayan məbləğinin 10" sözləri "şərti maliyyə vahidinin 400 misli" sözləri ilə əvəz edilmişdir.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 60.1.1-ci maddədə "şərti maliyyə vahidinin 400 misli" sözləri "400 manat" sözləri ilə əvəz edilmişdir.
203 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “ Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 60.1.2-ci maddədə " vergi qalıqları və faizlər üzrə borcların vergi ödəyicisi olan hüquqi şəxslərin" sözləri " vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin" sözləri ilə, " 10" rəqəmi " 20" rəqəmi ilə əvəz edilmişdir.
6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 60.1.2-ci maddədə " hesablaşma və ya digər hesabında, o cümlədən valyuta hesabında" sözləri " milli və ya xarici valyutada cari və ya digər hesablarında" sözləri ilə əvəz edilmişdir.
19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2009-cu il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 506) ilə 60.1.2-ci maddədə “ - icra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin 20 faizi” sözləri “ növbəliyi pozmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi” sözləri ilə əvəz edilmişdir və bu abzasın sonuna yeni cümlə əlavə edilmişdir.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 60.1.2-ci maddədə " uyğun tutulması" sözlərindən sonra " yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulması" sözləri, " əməliyyatların məbləğlərinin" sözlərindən sonra ", yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə pul vəsaitinin dondurulması haqqında vergi orqanlarının sərəncamlarında göstərilən məbləğlərin" sözləri əlavə edilmişdir.
204 26 noyabr 2002-ci il tarixli 383-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 707) ilə Məcəllədən 60.1.3-cü maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
60.1.3. sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin hesablaşma və digər hesabları, o cümlədən valyuta hesabı üzrə əməliyyatlarının dayandırılması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə - həmin hesablar üzrə aparılmış əməliyyatların məbləğinin 10 faizi.
205 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 63.1-ci maddənin birinci abzasında “ baxılır” sözündən sonra “ və şikayət vermiş şəxsə yazılı cavab verilir” sözləri əlavə edilmiş və həmin maddənin ikinci abzası çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
63.1. Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır.
Qəbul edilmiş qərar barəsində şikayət vermiş şəxsə 10 gün müddətində yazılı cavab verilməlidir.
206 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 64-cü maddədə "Mülki Prosessual" sözləri "İnzibati Prosessual" sözləri ilə əvəz edilmişdir.
207 26 noyabr 2002-ci il tarixli 383-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 707) ilə 65-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 65. Vergilər üzrə borcların alınması qaydası
65.1. Fiziki şəxslər vergilər üzrə borclarını bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində ödəmədiyi halda, onlardan həmin vergilər üzrə borcların və faizlərin məbləğləri qanunla müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında alınır.
65.2. Hüquqi şəxslərdən vergilər üzrə borclar və faizlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ya məhkəmə qaydasında alınır.
208 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 65.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı 5 gün müddətində vergi ödəyicisinə hesablanmış və ya yenidən hesablanmış vergilərin və faizlərin ödənilməsinə dair bildiriş göndərir.
20928 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 65.2-ci maddədə "vergilər və ya faizlər" sözləri "vergilər, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları" sözləri ilə əvəz edilmiş və "vergilər üzrə borcların və faizlərin" sözlərindən sonra ", tətbiq edilmiş maliyyə sanksiyalarının" sözləri əlavə edilmişdir.
21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 65.2-ci maddədə "icra" sözündən sonra "(ödəniş)" sözü əlavə edilmişdir.
6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 65.2-ci maddədə "hesablaşma, valyuta və digər hesablarından" sözləri "milli və ya xarici valyutada cari və ya digər hesablarından" sözləri ilə əvəz edilmişdir 6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 65.2-ci maddəyə ikinci abzas əlavə edilmişdir.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 65.2-ci maddə yeni məzmunda verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
65.2. Hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları vergi ödəyicisi tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir.
Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına sərəncam verilə bilər.
210 6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 65.3-cü maddədə "hesablaşma, valyuta və digər hesablarında" sözləri "milli və ya xarici valyutada cari və ya digər hesablarında" sözləri ilə əvəz edilmişdir.
211 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “ Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 65.4-cü maddəsində " yerinə yetirilməsinə" sözləri " , tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə” sözləri ilə əvəz edilmişdir.
6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 65.4-cü maddədə " hesablaşma, valyuta və digər hesablarında" sözləri " milli və ya xarici valyutada cari və ya digər hesablarında" sözləri ilə əvəz edilmişdir.
|