Maddə 298. Fərdi əmək mübahisəsinə baxılarkən dövlət rüsumunun və məhkəmə xərclərinin ödənilməsi qaydası
1. Bu Məcəllə ilə tənzimlənən hüquqlarının pozulduğunu iddia edən işçinin və ya işəgötürənin fərdi əmək mübahisələrinə məhkəmədə baxılması üçün iddia ərizəsi verilərkən müvafiq dövlət rüsumu və məhkəmə xərcləri qabaqcadan ödənilmir.
2. Əmək mübahisəsini mahiyyəti üzrə həll edən hakim müvafiq qətnamə qəbul edərkən qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun və məhkəmə xərclərinin iddiasını təmin etmədiyi iddiaçının, onun iddiasını təmin etdikdə isə cavabdehin hesabına ödənilməsi barədə qərar qəbul edir.
204 27 mart 2001-ci il tarixli 107-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 6, maddə 362) ilə 300-cü maddənin 2-ci bəndində “qətnamə” sözü “qərardad” sözü ilə əvəz edilmişdir.
205 27 mart 2001-ci il tarixli 107-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 6, maddə 362) ilə 300-cü maddənin 2-ci bəndində “qətnamə” sözü “qərardad” sözü ilə əvəz edilmişdir.
206 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 301-ci maddənin ikinci hissəsində "başlama haqqında hakim qərardad çıxarmalıdır." sözləri "başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir." sözləri ilə əvəz edilmişdir.
207 3 dekabr 2002-ci il tarixli 391-IIQD nömrəli "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 1, maddə 9) ilə 307-ci maddənin 1-ci hissəsində "Azərbaycan Respublikasının Qanunu və onun" sözləri "və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların" sözləri ilə əvəz edilmişdir.
208 3 dekabr 2002-ci il tarixli 391-IIQD nömrəli "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 1, maddə 9 ) ilə 307-ci maddənin 3-cü hissəsində "(polisi)" sözündən sonra "və dövlət sosial sığorta şəhadətnaməsi" sözləri əlavə edilmişdir.
209 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 312-ci maddədə "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsində" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində" sözləri ilə əvəz edilmişdir.
210 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2014-cü il, № 24) ilə 1.1-ci bənddə “idarənin, müəssisənin, təşkilatın adı” sözlərindən sonra “, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)” sözləri, “vəzifəsinin adı” sözlərindən sonra “, adı, atasının adı və soyadı” sözləri əlavə edilmişdir, 2-ci halda “adı, atasının adı və soyadı” sözləri “(işəgötürən fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı)” sözləri ilə əvəz edilmişdir, “vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi, verildiyi tarix və onu verən orqanın adı” sözləri “vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix və onu verən orqanın adı” sözləri ilə əvəz edilmişdir, “təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı” sözlərindən sonra “, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN)” sözləri əlavə edilmişdir.
211 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2014-cü il, № 24) ilə 1.2-ci bənddə “iş yerinin və vəzifənin, peşənin adı” sözləri “iş yerinin adı, onun əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd, vəzifənin, peşənin adı” sözləri ilə əvəz edilmişdir.
212 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavənin 4.5-ci bəndində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir.
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə “Əmək şəraitinin şərtləri” adlı 4-cü paraqrafının 4.5-ci bəndində “istirahət” sözündən sonra “, səsvermə, ümumxalq hüzn günü” sözləri əlavə edilmişdir.
213 21 dekabr 2010-cu il tarixli 36-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 23 yanvar 2011-ci il, № 16) ilə 1-ci əlavənin 4.14-cü bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4.14. İşəgötürən istehsal qəzaları, peşə xəstəliyi nəticəsində işçiyə və ya onun himayəsində olan şəxslərə dəyən maddi ziyanı və digər xərcləri ödəyir;
214 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə “Məzuniyyət üzrə” bölməsindən sonra “Bədən tərbiyəsi və idman üzrə” məzmunda bölmə əlavə edilmişdir.
215 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə “Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər” bölməsinin mətnində “4.33 — 4.35” rəqəmləri müvafiq olaraq “4.35 — 4.37” rəqəmləri ilə əvəz edilmişdir.
216 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavənin 6.2-ci bəndində "Mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda, şərtlərlə və qaydada işçinin pensiya təminatı," sözləri "İşçinin" sözü ilə əvəz edilmiş, "təmin edilir" sözlərindən əvvəl ", sosial sığorta hüququ" sözləri əlavə edilmişdir.
217 30 sentyabr 2005-ci il tarixli 1023-IIQD nömrəli “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 11, maddə 1001) ilə 1-ci əlavənin 6.3-cü bəndindən "məcburi sosial sığorta hesabına" sözləri çıxarılmışdır.
218 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavənin 1-ci bəndində “45” rəqəmi “41” rəqəmi ilə əvəz edilmişdir.
219 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavənin 7-ci bəndində “12” rəqəmi “14” rəqəmi ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |