3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.
“Telefon çəkilişi, nömrənin dəyişdirilməsi
və addan-ada keçirilməsi üçün
müraciətin və sənədlərin qəbulu üzrə
inzibati reqlament”ə
1 nömrəli əlavə
Telekommunikasiya xidmətlərinin göstərilməsi və mühafizəsi üçün “Rabitə müəssisəsi” ilə “Abunəçi” arasında
MÜQAVİLƏ
_______________ şəhəri “___” ___________20____ il
Bu müqavilə, bir tərəfdən ______________________________________________ (bundan sonra - “Rabitə müəssisəsi” adlanacaq) digər tərəfdən _________________________________ (bundan sonra - “Abunəçi” adlanacaq) telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə aşağıdakı şərtlərlə bağlanır.
1. MÜQAVİLƏNİN MƏQSƏDİ
Bu müqavilə “Rabitə müəssisəsi” ilə “Abunəçi” arasında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyən edilmiş telekommunikasiya xidmətlərinin göstərilməsi münasibətlərini tənzimləyir.
Dostları ilə paylaş: |