1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.
1.7. Elektron xidmətin icra müddəti: Bu reqlamentin 1.2-ci bəndində göstərilən xidmətlərin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra telefon çəkilişi 7 iş günündən, nömrənin dəyişdirilməsi 3 iş günündən, nömrənin addan-ada keçirilməsi isə 1 iş günündən gec olmayaraq icra edilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:İstifadəçinin mənzilinə telefon çəkilir, telefon nömrəsi dəyişdirilir və addan-ada keçirilir.