Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Tibb Kolleci


Aromatik nüvədə nukleofil əvəzetmə



Yüklə 291,3 Kb.
səhifə4/4
tarix10.12.2022
ölçüsü291,3 Kb.
#120752
1   2   3   4
Ələsgərova Aytən-1

Aromatik nüvədə nukleofil əvəzetmə
Aromatik birləşmələr üçün nukleofil əvəzetmə elektrofil əvəzetməyə nisbətən az xarakterikdir. Əvəz olunmamış benzol bu tip reaksiyalara ümumiyyətlə daxil olmur. Benzol nüvəsində elektron sıxlığını azaldan elektroakseptor qruplar nukleofil əvəzetmə üçün imkan yaradır. Məsələn, xlorbenzolu fenola çevirmək üçün 300oC və 50 atm. Təzyiq tələb olunduğu halda nitroxlorbenzol bu cür reaksiyalara aşağı temperaturda daxil olur. Reaksiyanın mexanizmi iki mərhələdən ibarətdir. Birinci mərhələdə nukleofil ikinci növ əvəzləyicisi ()X_ olan benzol nüvəsinə hüçüm edərək, onunla σ-rabitəsini əmələ gətirir və beş karbon atomları üzərində mənfi yükü olan qeyri-stabil delokalizə olunmuş zərrəciyə çevrilir. Nəticədə karbanion σ-kompleksini əmələ gətirir. İkinci mərhələdə X- anionu qopararaq aromatik həlqə bərpa olunur.
Aromatik nüvədə sərbəst radikal əvəzlənməsi
A-B+R’ → A-R + B′ (SR)
Aromatik birləşmələrdə sərbəst radikal və ya homolotik əvəzetmə çox az rast gəlinir. Ən çox hidrogen atomu əvəz olunur. Əvəz edən adətən alkin və aril radikalları olur. Radikal əvəzolunmanın analoji olaraq ion əvəzlənməsi belədir: Birinci mərhələdə davamsız tsiklik radikal və ya cütləşməmiş elektronu olan radikallı σ-əmələ gəlir. Əgər reaksiyaya əvəzlənmiş benzol daxil olarsa, onda əsasən para və orto-izomerlər əmələ gəlir. Məsələn, metil yodidin benzolda fotolizi nəticəsində metil radikalı əmələ gəlir və reaksiya nəticəsində toluol və hidrogen yodid alınır:
CH3J→hνCH3′ + J′


Ədəbiyyat

https://az.wikipedia.org/wiki/Aromatik_karbohidrogenl%C9%99r
Yüklə 291,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin