Nə üçün qanaxmaları qısa müddətdə müalicə etmək lazımdır?
Müalicə gec başladıqda qanaxmanı saxlamaq və orqanızmin bərpası üçün daha çox vaxt və dərman tələb olunur.
Hemofiliyanı adətən çatışmayan laxtalanma faktorunu venaya vurmaqla müalicə edirlər.
Laxtalanma faktorunu daxilə qəbul etmək və ya başqa yolla bədənə yeritmək olmaz.
Ev şəraitində aparılan müalicənin müsbət tərəfləri
Evdə müalicə - xəstəxanadan kənar aparılan müalicəyə deyilir. Bu halda xəstə müalicə barədə gündəlik yazmalıdır. Müalicəni başlamamışdan əvvəl hematoloqun məsləhəti zəruridir, tibb bacısı isə venaya dərmanın yeridilməsini öyrətməlidir.