Hansı xəstələr ev şəraitində müalicə almalıdır?
Tez-tez qanaxmaları olan ağır və orta-ağır hemofiliyalı xəstələr.
Hematoloq xəstəyə və onun ailə üzvlərinə ev müalicəsinin qaydalarını izah edir, qanaxma zamanı adekvat müalicə üçün dozanın düzgün hesablamağı başa salır, tibb bacısı isə preparatın vena daxilinə yeridilmə texnikasını öyrədir.
Qeyd etmək lazımdır ki, ev müalicəsi stasionar müalicəni əvəz etmir. Evdə aparılan müalicənin üstünlükləri:
Qanaxmanın müalicəsi tez başlayır və oynağın funksiyası saxlanılır.
Stasionara daha az müraciət edirlər.
Hədəf oynaqda qanaxmanın qarşısı tez alınırsa, xəstə ağrıdan əziyyət çəkmir.
Ağrıkəsicilərdən istifadəyə ehtiyac olmur.
Məktəbə, işə davamiyyətdə fasilə olmur.
Fiziki və sosial aktivlik artır.
Xəstə heç kimdən asılı olmur.
Bu müalicəni alan xəstələrdə qanaxma tez dayanır, oynaqlarda patoloji proses yaranmır və xəstənin əlil olmaq ehtimalı azalır.
Oynaqlarda ağrı sindromu olmur.
Həyat keyfiyyəti yaxşılaşır və sağlam insanlardan seçilmir.
Dostları ilə paylaş: |