Spirtli içkilərin hədsiz istifadəsi riski (XBT -10, kod Z72.1) və narkotik və psixotrop maddələrin həkimin təyinatı olmadan istifadəsi (XBT -10, kod Z72.2) sorğu (anketləşdirmə) gedişində müəyyənləşdirilir.
Bədxassəli xəstəliklərə görə (XBT -10, kod Z80) yüklənmiş irsiyyət cavan və ya orta yaşlı yaxın qohumlarda və ya bir neçə nəsildə bu xəstəliklər olduğu halda müəyyənləşdirilir.
Aşağı tənəffüs yollarının xronik xəstəliyinəgörə yüklənmiş irsiyyət cavan və ya orta yaşlı yaxın qohumlarda bu xəstəlik (XBT -10, kod Z82.5) olduğu hallarda müəyyənləşdirilir.
Şəkərli diabetə görə yüklənmiş irsiyyət cavan və ya orta yaşlı yaxın qohumlarda bu xəstəlik (XBT -10, kod Z83.3) olduğu hallarda müəyyənləşdirilir.