İxtisarlar
BKİ bədən kütlə indeksi
XBT-10 Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu müayinə
QİX qeyri-infeksion xəstəliklər
SCORE koronar riskin sistemli qiymətləndirilməsi (Systemic CОronary Risk Evaluation)
ÜDX ürək-damar xəstəlikləri
Giriş
Yetkinlik yaşına çatmış şəxslər arasında ölkədə aparılan profilaktik tibbi müayinələr xəstəliklərin əlamətlərinin, həmçinin xronik qeyri-infeksion xəstəliklərin (QİX) risk faktorlarının erkən aşkarlanmasına yönəldilmiş müayinələrdən ibarət olmalıdır. Tütünçəkmədən imtina, arterial təzyiqə nəzarət, rasional qidalanma, fiziki aktivlik, alkoqollu içkilərin qəbulunun məhdudlaşdırılması, bədən çəkisinin normallaşdırılması əhali arasında əlilliyin və vaxtından əvvəl ölüm hallarının azaldılmasının vacib şərtlərindəndir.
QİX-ə aiddir:
Qan dövranı sistemi xəstəlikləri (ürəyin işemik xəstəliyi və serebrovaskulyar xəstəliklər)
Bədxassəli törəmələr
Şəkərli diabet
Ağciyərlərin xronik xəstəlikləri
Dostları ilə paylaş: |