Tütünçəkmədən imtina
Bütün tütünçəkənlər bu vərdişdən imtina etməyə təşviq edilməlidirlər. Tütünçəkmənin intensivliyinin azaldılması (nikotin abstinensiyası simptomlarının profilaktikası məqsədi ilə) tütünçəkmədən imtinaya alternativ kimi tövsiyə oluna bilməz, çünki bu halda yalnız sağlamlığa dəyən zərərin cüzi azalması baş vermiş olur.
Tütünçəkmədən imtinaya qarşı heç bir yaş məhdudiyyəti qoyulmur.
İmtinaya yardımın və farmakoloji təsir növünün müəyyən edilməsi zamanı gün ərzində çəkilən siqaretlərin sayını və tütündən asılılıq dərəcəsini nəzərə almaq lazımdır (adətən qiymətləndirmə üçün Faqerstrem testindən istifadə olunur (Cədvəl 2). Bu halda tütünçəkənləri məlumatlandırmaq lazımdır ki, tütünçəkmədən imtinadan sonra onların çəkisi təxminən 5 kq arta bilər və tütünçəkmədən imtinanın faydası çəkinin artması riskindən daha üstündür.
Dostları ilə paylaş: |