Profilaktik tibbi müayinə aşağıda göstərilən məqsədlərlə həyata keçirilir: Əlilliyə, eləcə də vaxtından əvvəl ölümlərə səbəb olan qeyri-infeksion xronik xəstəlik və halların və bu xəstəliklərin yaranmasının risk faktorlarının erkən müəyyən edilməsi. Bu məqsədlə arterial təzyiqin yüksəlməsi, hiperxolesterinemiya, qanda şəkər səviyyəsinin artması, tütünçəkmə, spirtli içkilərin hədsiz qəbul edilməsi, qeyri-səmərəli qidalanma, fiziki aktivliyin aşağı səviyyədə olması, bədən kütləsinin artması və piylənmə, eləcə də həkim təyinatı olmadan narkotik və psixotrop maddələrin qəbul edilməsi kimi risk faktorlarının aşkarlanması