Azərbaycan Respublikası, Şəmkir ş, Heydər Əliyev 5



Yüklə 97,54 Kb.
tarix20.01.2017
ölçüsü97,54 Kb.
#762










Azərbaycan Respublikası, Şəmkir ş, Heydər Əliyev 5

Azerbaijan Republic, Shamkir city, Heydar Aliyev 5

Tel: (+9942230) 5 2492; Faxs: (+9942230) 52493;

E-mail:shamkirheydaraliyevcenter@yandex.ru, www. Shamkirheydaraliyevcenter.az

Şəmkir Heydər Əliyev Mərkəzinin 2016-cı il yanvar-fevral aylarında fəaliyyəti haqqında

HESABAT

2013-cü ildə yeni binada fəaliyyət başladığı dövrdən Şəmkir rayonunun ictimai həyatında, insanların sosial-mədəni aktivləşməsində Şəmkir Heydər Əliyev Mərkəzinin özünəməxsus rolu var. Bu da təsadüfi deyil, çünki Mərkəzin qarşısına da məhz nəinki rayonda, ümumiyyətlə regionda əhəmiyyətli, sözün əsl mənasında bir mərkəzə çevrilmək vəzifəsi qoyulmuşdu. Çox sevindirici haldır ki, artıq üç ilə yaxındır Mərkəz qarşısına qoyulan məsulliyyətli missiyanı yerinə yetirməyə müvəffəq olur.

Məlumdur ki, hər bir müəssisə öz qarşısına fəaliyyət proqramı qoyur. Şəmkir Heydər Əliyev Mərkəzi də öz fəaliyyət proqramını hazırlayarkən Mərkəzin Əsasnaməsini rəhbər tutur. Bundan əlavə, Şəmkir Heydər Əliyev Mərkəzi də digər mərkəzlər kimi Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olduğu üçün öz fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına, “Mədəniyyət haqqında”, “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunlarına, 2014-cü ildə qəbul edilmiş “Mədəniyyət Konsepsiyası”na, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarına, nazirliyin əmr və kollegiya qərarlarına, digər normativ aktlara da əsaslanır.

Şəmkir Heydər Əliyev Mərkəzi ilk növbədə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim, ulu öndər Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, geniş təbliq olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan, elmi cəhətdən öyrənilməsini təşkil edən, habelə inkişaf etdirilməsini təmin edən bir mədəniyyət, elmi-tədqiqat mərkəzidir.

Əsasnaməyə uyğun olaraq, Şəmkir Heydər Əliyev Mərkəzi həm ölkədə və rayonda fəaliyyət göstərən digər idarə və təşkilatlarla, bələdiyyələrlə, ictimai birliklərlə, eləcə də qanunvericiliyə uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici ölkələrin aidiyyatlı dövlət qurumları ilə sazişlər bağlaya, əməkdaşlıq edə bilər.

Şəmkir Heydər Əliyev Mərkəzi öz işini perspektiv və illik planlar əsasında qurur, hər yeni il başlayarkən bir illik iş planı tutulur, aidiyyatlı orqanlara təqdim edilir və ilin sonunda isə il ərzində həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat hazırlanır və yenə öz növbəsində aidiyyatlı orqanlara təqdim edilir.

Yuxarıda qeyd edildiyi kimi, 2013-cü ilin sonlarından fəaliyyətə balşayan Şəmkir Heydər Əliyev Mərkəzi bu iki ildən artıq müddət ərzində müxtəlif tədbirlərlə, mədəni, ictimai, sosial layihələrlə zəngin olub, eləcə də həm ölkə və regional miqyaslı tədbirlərə, həm də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Yeni, 2016-cı ilin başlanması ilə Şəmkir Heydər Əliyev Mərkəzi müxtəlif səpkili layihələrlə dolu yeni bir ilə qədəm qoymuşdur. İl ərzində nəzərdə tutulan tədbirlər planı hazırlanmış, prioritetlər müəyyənləşdirilmişdir. Bir Heydər Əliyev Mərkəzi olaraq il ərzində qarşıya qoyulacaq əsas vəzifə ilk növbədə ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, təbliğ edilməsidir, həmçinin Mərkəz bununla da kifayətlənmək istəmir və bu səbəbdən də rayonda elmi layihələrin, sosial, mədəni tədbirlərin həyata keçirilməsi, maarfilənmənin aparılması kimi prioritetləri də öz qarşısına qoyub.

Bu il Mərkəzin əsas fokuslandığı istiqamətlərdən biri vətənpərvərlik mövzusu, gənclərdə bu hissin yüksəldilməsi, Azərbaycan Respublikasının torpaqlarının qorunması üçün vuruşmuş vətən oğullarının tanıdılması üçün sistemli bir fəaliyyətin həyata keçirilməsidir.

Bundan başqa, uzaq məqsədlərə hesablanan sosial layihələrin də keçirilməsi kimi önəmli və məsuliyyətli planlar da nəzərdə tutulub.

Şəmkir Heydər Mərkəzinin il ərzində həyata keçirilməsi nəzərdə tutulan əsas fəaliyyət istiqamətlərindən biri müxtəlif təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsidir. Sevindirici haldır ki, 2016-cı il Mərkəz üçün bu mənada uğurla başlayıb. Şəmkir Heydər Əliyev Mərkəzi 2016-cı ilin yanvar-fevral aylarında Mədəniyyət Haqqında Qanunun, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli, 273 nömrəli Sərəncamı ilə təsdiq edilən Mədəniyyət Konsepsiyasının müddəalarını rəhbər tutaraq və Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə, “Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin Şəmkir filialı ilə, Şəmkir rayon Gənc Müəllimlər Birliyi ilə əməkdaşlıq sazişləri imzalayıb.

2016-cı ilin əvvəlindən başlayaraq Şəmkir Heydər Əliyev Mərkəzi öz planlarında Mərkəzin Fondunun zənginləşdirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə də xüsusi yer ayırıb. 2013-cü ildən 2016-ci ilin yanvar-fevral aylarına qədər Mərkəzin Əsas Fondundakı eskponatların sayı 1.798 ədəddən 4.653 ədədə qədər artıb.

2016-cı ilin əvvəlindən Şəmkir Heydər Əliyev Mərkəzinə gələn ziyarətçilər üçün daha keyfiyyətli, maraqlı bələdçi məlumatlarının və muhazirələrin hazırlanması işi də Mərkəzin öz fəaliyyətinin təkmilləşdirilməsi üçün qarşıya qoyulan vəzifələrdəndir. 2016-cı ilin yanvar-fevral aylarında Heydər Əliyev Mərkəzinə 2509 nəfər ziyarətçi gəlmişdir.





Aylar

Fəxri qonaqlar

Qrup şəklində gələnlər

Fərdi gələnlər

Əcnəbilər

Eks.s

1

Yanvar

6

869

225




17

2

Fevral

22

1221

166

4

22

Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi Kütləvi Kitabxanası 2016- ci ilin yanvar-fevral aylarında yeni kitablarla kitabxana fondunu zənginləşdirmiş,bir sıra uğurlu layihələr həyata keçirmişdir. Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi Kütləvi Kitabxana fondu formalaşarkən elmin, texnikanın, iqtisadiyyatın, mədəniyyətin, incəsənətin, bədii yaradıcılığın son nailiyyətləri nəzərə alınmış, xalqın tarixinə, soykökünə, mənəviyyatına aid kitabların toplanmasına xüsusi diqqət yetirilmişdir.

Mərkəzin Elmi Kütləvi Kitabxanası ümumilikdə 97 bölmədə yerləşən 17 min kitab və digər qəzet, jurnal və çap materialları ilə oxuculara xidmət edir. Həmçinin kitabxana 15 ədəd kompyuter dəsti ilə təchiz edilmiş, internet sisteminə qoşulmuş, oxuculara daha keyfiyyətli və sürətli xidmət məqsədilə müasir texnologiya vasitələri ilə də təmin olunmuşdur. Eyni zamanda elektron kitabxana vasitəsilə də oxuculara xidmət göstərilir.



Ötən ildən etibarən Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi-Kütləvi Kitabxanası dünya üzrə kitabxanaçı mütəxxəssislərinin əlaqələndirilməsi üçün təşkil olunmuş asanlaşdırılmış peşəkar şəbəkə proqramı – Beynəlxalq Kitabxanaçılar Şəbəkəsinin üzvüdür. Beynəlxalq Kitabxanaçılar Şəbəkəsinin 103 ölkədən 1500 – dən çox üzvü vardır. Qısa olaraq (BİŞ) dünya üzrə kitabxanaçı mütəxəssislərinin əlaqələndirilməsi üçün təşkil olunmuş asanlaşdırılmış peşəkar şəbəkə proqramıdır. BİŞ informasiya əldə olunmasını və kitabxana sahəsində mütəmadi olaraq müxtəlif proqramlar həyata keçirir. Şəbəkəyə üzv olmaq kitabxanaya digər ölkələrin göstərilən sahədə təcrübələrindən yararlanma imkanı vermişdir. 15 Yanvar 2016- cı ildə isə Mərkəzin Kitabxana meneceri Həsən Həsənov Beynəlxalq Kitabxanaçılar Şəbəkəsinin “Peer Mentoring” proqramında iştirakına görə ikinci dəfə sertifikata layiq görülüb. İlin əvvəlindən başlayaraq proqram çərçivəsində əməkdaşlığın daha da genişlənməsi, informasiya əldə olunması və çatdırılması, müxtəlif maraqlı layihələrin həyata keçirilməsi istiqamətində işlər daha da aktivləşdirilib.

Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi Kütləvi Kitabxanasında  “Gənc ana və Uşaqların Maarifləndirilməsi” İctimai Birliyi ilə əməkdaşlıq nəticəsində gözdən əlillər üçün xüsusi kitabxana sistemi qurulub. Bu əməkdaşlıq çərçivəsində İctimai Birlik tərəfindən Şəmkir Heydər Əliyev Mərkəzinin kitabxana fonduna görmə qabiliyyəti məhdud və itirilmiş uşaqların istifadəsi üçün “Jaws for Windows” səsli proqramlı komputer, audio kitablar, qulaqcıqlar və digər avadanlıqlar təqdim edilmişdir. Bu proqram vasitəsilə görmə qabiliyyəti olmayan və ya zəif olan insanlar kitabxanadan, komputerlərdən istifadə edə, maariflənə bilər, öz gələcək həyatının müəyyənləşməsi, təhsillərinin artırılması, sosiallaşması üçün yararlana bilərlər. Məhz bu səbəbdən, xüsusi qayğıya ehtiyacı olan, görmə qabiliyyəti məhdud olan gənclərə komək məqsədilə Şəmkir Heydər Əliyev Mərkəzində komputer kurslarına başlanır. Kursun sonunda sağlamlıq imkanları məhdud şəxslər ofis proqramlarını və internet istifadəsini öyrənməklə istənilən özəl və ya dövlət müəssisələrində səhifə adminliyi, blogerlik kimi işlərdə çalışmaq imkanına malik olacaqlar. Bundan əlavə cəmiyyətdə baş verən proseslərdən sosial medianın köməyi ilə daha sürətli xəbər tutacaqlar.

Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi Kütləvi Kitabxanasının nəzdində yaradılan “Yaradıcı yazarlar” klubu öz sıralarında şairlik, yazıçılıq qabiliyyətləri olan 10-dan çox istedadlı gənci birləşdirir. Klubda birləşən gənclər mütəmadi olaraq Mərkəzin kitabxanasında toplaşaraq Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli nümayəndələrinin yaradıcılıqlarını, müxtəlif əsərləri, hansısa ədəbi cərəyanları müzakirə edir, maraqlı fikirlər ortaya qoyurlar. Yarandığı gündən etibarən “Yaradıcı Yazarlar” Mərkəzin tədbirlərində yaxından iştirak edir, müxtəlif görüşlər keçirir, daha çox gənclərin, yeniyetmələrin öz sıralarında toplanmasına, onlardakı bacarıqların üzə çıxarılmasına dəstək olurlar.

Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi-Kütləvi Kitabxanası nəzdində 29 yanvar 2016-cı i tarixdən “Kinoklub”un fəaliyyətinə start verilib.

Kinoklubda filmlər hər cümə günü saat 16:00-da ödənişsiz olaraq nümayiş etdirilir. Kinoklubun yaradılmasında məqsəd gənclərdə Azərbaycan filmlərinə marağın aşılanması və milli filmlərimizin unudulmamasıdır. 
Kinoklubun fəaliyyətində əsas məqsədlərdən biri də Azərbaycan milli filmləri ilə yanaşı müxtəlif festivallarda qalib gəlmiş filmlər ilə yerli izləyicilərimizi tanış etmək, sənətsevər insanların bu məkana yığışaraq filmlə bağlı fikir və düşüncələrini bölüşmək üçün imkan yaratmaqdır. Növbəti aylarda həftənin müəyyən günlərində “Kinoklub”da müxtəlif kateqoriyalı izləyicilər üçün uşaq filmlərinin, elmi-kütləvi, sənədli filmlərin, xarici filmlərin nümayiş etdirilməsi planlaşdırılır.

2016-cı ilin yanvar – fevral aylarında Şəmkir Heydər Əliyev Mərkəzi öz təşkilatçısı olduğu tədbirlərlə yanaşı, Şəmkir rayon İcra Hakimiyyəti, YAP-ın Şəmkir rayon təşkilatı, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərə də ev sahibliyi edib.



28 yanvar 2016-cı il tarixdə Şəmkir Heydər Əliyev Mərkəzi ilin əvvəlindəki daha bir uğuruna imza atıb. Həmin gün Şəmkir Heydər Əliyev Mərkəzi ilə Gənc Müəllimlər Birliyi arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş Şəmkir Heydər Əliyev Mərkəzi ilə Gənc Müəllimlər Birliyi arasında elmi, hərbi vətənpərvərlik, sosial, mədəni, təhsil, dini maarifləndirmə sahəsinə dair layihələrin həyata keçirilməsini, tərəflərin qarşılıqlı informasiya mübadiləsini, birgə konfransların, maarifləndirici tədbirlərin təşkilini və qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutur.

Bu sazişdən irəli gələn əməkdaşlıq çərçivəsndə bir sıra layihələr nəzərdə tutulur ki, bunlardan yanvar-fevral ayları ərzində artıq ikisi həyata keçirilib. Bu layihələrdən biri “Açıq dərs” lahiyəsidir. Qeyd etmək lazımdır ki, ötən il Müasir Azərbaycan Tarixi mövzusunda Açıq dərslər ölkə üzrə bütün Heydər Əliyev Mərkəzlərində sistematik olaraq keçirilib. Bu il Şəmkir Heydər Əliyev Mərkəzi mövzunun önəmliliyini nəzərə alaraq məktəblilər üçün müasir Azərbaycan tarixi ilə baqlı açıq dərslərin keçirilməsini yenidən bərpa edib. Yanvar – fevral aylarında Şəmkir Heydər Əliyev Mərkəzində bir neçə açıq dərs keçirilib. Bunlar - 04.02.2016- cı il tarixdə “Hərbi and və sədaqət” mövzusunda keçirilən açıq dərs, 11.02.2016-cı il tarixində "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin qurucusu və memarıdır" mövzusunda açıq dərs və 25.02.2016- cı il tarixdə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı keçirilən açıq dərslər olublar.

Şəmkir Heydər Əliyev Mərkəzinin Gənc Müəllimlər Birliyi ilə başladığı digər bir layihə isə “Dahilərin divanı” layihəsidir. Layihə Azərbaycan tarixində görkəmli rol oynamış şəxsiyyətlərin ziddiyətli fəaliyyətinə həsr olunub, gənc müəllimlərdən ibarət olmaqla ayda bir dəfə nəzərdə tutulur. Debat formasında nəzərdə tutulan “Dahilərin divanı”nın ilk tədbiri 12.02.2016-cı ildə Şəmkir Heydər Əliyev Mərkəzində debat formatında keçirilən görüşdə bu dəfə iki böyük türk sərkərdəsi - Şah İsmayıl Səfəvi və Sultan I Səlim Yavuz müzakirə edilib.
Layihənin məqsədi şagirdlərdə debat mədəniyyəti formalaşdırmaq və onlara öz fikrini sərbəst ifadə etmək bacarığını aşılamaqdır.

Şəmkir Heydər Əliyev Mərkəzi ilə Gənc Müəllimlər Birliyi ilə birgə keçirəcəyi növbəti layihə aprel ayına nəzərdə tutulan “Tarixə səyahət” layihəsidir. Bu layihə çərçivəsində Şəmkirin və bölgənin tarixi yerlərinə məktəblilərin eksursiyaları təşkil ediləcək, tarixi abidələr haqqında bilgilər veriləcək.



Yuxarıda qeyd edildiyi kimi, Şəmkir Heydər Əliyev Mərkəzinin bu il üçün əsas prioritetlərindən biri vətənpərvərlik mövzusuna həsr edilmiş tədbirlərin keçirilməsidir. Bu məqsədlə Mərkəz “Vətən mənə oğul desə..” adlı layihənin ilboyu keçirilməsini nəzərdə tutub.

Vətən mənə oğul desə” layihəsinin əsas məqsədi rayonun yeniyetmə gənclərinə vətənpərvərlik hislərinin aşılanması, onların əsl Azərbaycan vətəndaşı, Azərbaycan əsgəri kimi yetişməsində aparıcı rol oynamaq, məktəblilərin müharibə veteranları ilə görüşlərini təşkil etmək, onların treninq-seminarlarını həyata keçkirməkdir. Bu layihə eyni zamanda məktəblilərin, yeniyetmələrin fərdi inkişafı, onların hərbi motivasiyanın yüksəldilməsi üçün nəzərdə tutulub.

27 yanvar 2016-cı ildə tarixində Şəmkir Heydər Əliyev Mərkəzinin “Vətən mənə oğul desə” layihəsinin ilk tədbiri – “Qarabağ Əlilləri, Veteranları, Şəhid ailələri” İctimai Birliyi Şəmkir filialının üzvləri ilə görüşü keçirilib. Bu görüş həm də Mərkəzin imzaladığı ilk əməkdaşlıq sazişi ilə də əlamətdardır.

Həmin gün, 27 yanvar 2016-cı il tarixdə Şəmkir Heydər Əliyev Mərkəzi öz Əsasnaməsində göstərilən müddəalara əsasən “Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri” İctimai Birliyi Şəmkir filialı ilə əməkdaşlıq sazişi bağlayıb. Sazişə əsasən tərəflər birgə fəaliyyət çərçivəsində qarşılıqlı maraq doğuran sənəd və məlumat materiallarının müntəzəm mübadiləsini təşkil edə, birgə konfranslar, maarifləndirici tədbirlər keçirə, elmi araşdırmalarda qabaqcıl nailiyyətlərin və innovasiyaların tətbiqi üzrə qarşılıqlı təcrübə mübadiləsini həyata keçirə bilərlər.

Vətən mənə oğul desə…” layihəsi çərçivəsində ikinci görüş 23.02.2016-cı ildə Şəmkir Heydər Əliyev Mərkəzi ilə “Qarabağ əlilləri, veteranları, şəhid ailələri ” İctimai Birliyi ilə birlikdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində müharibə veteranı, “Azərbaycan bayrağı” ordenli Xaqani Nəbiyevlə keçirilib. Tədbir Azərbaycanın azadlığı uğrunda şəhid olmuş, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Natiq Süleymanovun adını daşıyan 2 saylı Çinarlı qəsəbə orta məktəbində keçirilib.


Tədbir zamanı Qarabağ müharibəsi veteranı, “Azərbaycan bayrağı” ordenli Xaqani Nəbiyevin döyüş yoldaşları onun haqqında xatirələrini iştirakçılarla bölüşüb, keşməkeşli döyüş yollarından danışıblar.

Şəmkir Heydər Əliyev Mərkəzi irəliləyən planlarında belə görüşlərin davam etdirilməsini nəzərdə tutur. Çünki canlı qəhrəmanı görmək, tanımaq həm yetişməkdə olan gənc nəslin vətənpərvərlik hisslərinin artırılması, həm də torpaqlarımız uğrunda vuruşmuş veteranların qarşısında mənəvi borcumuz baxımından çox zəruridir.

Şəmkir Heydər Əliyev Mərkəzinin vacib hesab etdiyi istiqamətlərdən biri də sosial qayğıya ehtiyacı olan, aztəminatlı ailələrin problemlərinə diqqətin cəlb edilməsidir.

Belə ailələrdən biri Şəmkir rayon, Dəllər qəsəbəsində yaşayan Aynurə xanımın ailəsidir. 25 yanvar 2016-cı il tarixində Mərkəzin əməkdaşları Dəllər qəsəbəsi sakini, birinci qrup əlil Aynurə xanımın ailəsini ziyarət edib. Görüş zamanı ailənin sosial- məişət problemləri ilə maraqlanılıb, gələcəkdə də maddi və mənəvi dəstəyin veriləcəyi ailənin nəzərinə çatdırılıb. Rayonun ictimai həyatında, bir sıra ictimai- sosial tədbirlərin keçirilməsində iştirak edən Şəmkir Heydər Əliyev Mərkəzi sosial tədbir kimi aztəminatlı və sosial qayğıya ehtiyacı olan vətəndaşlarla görüşlərə önəm verir və il ərzində aztəminatlı ailələrlə bağlı bir sıra işlərin görülməsini nəzərdə tutub.
Bu il fevral ayının əvvəlində Şəmkir Heydər Əliyev Mərkəzi böyük bir regional tədbirə ev sahibliyi edib. 05-06 fevral 2016-cı il tarixlərində keçirilən “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” Gəncə -Qazax iqtisadi rayonu gənclərinin regional Forumu çərçivəsində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun Prezidenti Fərhad Hacıyev, və digər rəsmi qonaqlar, Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarından olan gənclər Şəmkir Heydər Əliyev Mərkəzinin qonaqları olmuşlar. Forumda proqram və layihələrin dəstəklənməsi, gənclərin məşğulluğu, sahibkarlığın inkişaf etdirilməsi, dini radikalizmi doğuran səbəblərin aradan qaldırılması kimi problemlər, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik və s. kimi ideyalar təbliğ edilmişdir.
Şəmkir Heydər Əliyev Mərkəzinin ev sahibliyi etdiyi daha bir mühüm tədbir 11.02.2016-cı il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi illik hesabat toplantısı olub. Şəmkir rayon İH başçısı Alimpaşa Məmmədovun iştirak etdiyi "Şəmkir rayonunda 2015- ci il sosial- iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr" mövzusunda hesabat yığıncağında idarə və təşkilat rəhbərləri, Şəmkir rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş, il ərzində müxtəlif sahələrdə görülən işlərlə bağlı hesabatlar dinlənilmişdir.
Şəmkir Heydər Əliyev Mərkəzinin maraq doğuran layihələrindən biri, ötən ilin sonlarından davamlı olaraq keçirilən “Uğur hekayəsi” İnkişaf Məktəbidir. Şəmkir Heydər Əliyev Mərkəzi “Uğur hekayəsi” layihəsi çərçivəsində, mütəmadi olaraq rayonun ictimai və sosial həyatında mühüm yer tutan gənc kadr və mütəxəsislərlə məktəblilərin görüşlərini təşkil edir. Məqsəd tutduqları yolda məktəblilərə stimul vermək, onların gələcək planları, peşə və ixtisas seçimlərində daha mətin addımlamalarına dəstək olmaqdır.

“Uğur hekayəsi” İnkişaf Məktəbinin 2016-cı ildə ilk qonağı Şəmkir Rayon Gənclər və İdman İdarəsinin Sədri Emin İsmayılov olub. Şəmkir Heydər Əliyev Mərkəzində 09.02.2016-cı ildə keçirilən görüşdə Emin İsmayılov, öz uğur hekayəsini həmsöhbətləri ilə bölüşüb. Söhbət zamanı Emin İsmayılov Şəmkirin “Gənclər paytaxtı” seçilməsini xüsusilə vurğulayıb. Bu uğurun nəinki şəmkirli gənclərə, bütün ümumrespublika gənclərinin inkişafına zəmin yaradacağını, ümumilikdə Azərbaycanda aparılan gənclər siyasətinin uğuru, gənclərə dəstəyin göstəricisi olduğunu bildirib.
Şəmkir rayon İcra Hakimiyyətinin və Şəmkir Heydər Əliyev təşkilatçılığı ilə keçirilən daha bir maraqlı tədbir 20.02.2016- cı ildə “Dini radikalizmin qarşısının alınmasında maarifləndirmənin rolu” adlı tədbir olub. Son zamanlar dini radikalizmə meyllərin artması ilə əlaqədar yerlərdə bu cür maarifləndirici tədbirlərin keçirilməsi zərurəti çoxdur. Tədbirdə rayon ictimayəti, dini qurumların üzvləri və gənclər iştirakçı olub,dini radikalizmin qarşısının alınmasında maarifləndirmənin rolu ilə bağlı çıxışlar ediblər.



Şəmkir Heydər Mərkəzi Azərbaycanın mədəniyyət, incəsənət aləmində baş verən ən maraqlı hadisələrin Şəmkir ictimaiyyətinə çatdırılmasında, müxtəlif təqdimatların, sərgilərin Mərkəzdə də keçirilməsində maraqlıdır və bununla da mədəni həyatın inkişafına öz dəstəyini verməkdədir. Bunun bariz nümunəsi kimi, 22 fevral 2016-cı ildə son dövrlərdə Azərbaycan mədəniyyətində baş verən ən maraqlı hadisənin – Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Əbədi ezamiyyət” filminin Mərkəzdə Şəmkir rayon ictimaiyyəti üçün keçirilən təqdimatını təqdimatını göstərmək olar.

Əbədi ezamiyyət” filmi Azərbaycan tarixinin ən şərəfli, lakin təəssüf ki, hələ kifayət qədər araşdırılmamış dövrünə – cəmi 23 ay fəaliyyət göstərmiş ilk müstəqil respublikamızın tarixinə, Azərbaycanın nümayndə heyyətinin Psris Sülh Konfransında iştirakına həsr olunub.

Tədimatdan sonra, filmə geniş marağı nəzərə alaraq Şəmkir Heydər Əliyev Mərkəzi mart ayının 01-də Bakı Oksford Məktəbinin Şəmkir filialında da filmin nümayişini təşkil etdi.

Bundan başqa, Şəmkir Heydər Əliyev Mərkəzi əlamətdar tarixləri, bayram və anım günlərini, yubileyləri də xüsusi olaraq qeyd edir, müəyyən tədbirlər keçirir. Yanvar-fevral aylarında bir neçə bu tipli tədbirlər keçirlmişdir.

İlk növbədə 20 Yanvar Hüzn Günüylə bağlı 18 yanvar 2016-cı ildə keçirilən “20 Yanvar qürür və kədər günümüzdür” adlı tədbiri qeyd etmək lazımdır. Tədbirdə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub, faciəni özündə əks etdirən kitab və rəsm sərgisi təşkil edilib. Qanlı yanvar hadisələrinin səbəbləri, o zamankı tarixi şərait, hadisəyə verilə hüquqi qiymət haqqında çıxışlar edilib.

Digər tədbirlər kimi, 02 Fevral Şəmkir Heydər Əliyev Mərkəzində ümumrespublika Gənclər gününə həsr olunmuş tədbiri, 16 Fevral tarixində Şəmkir Heydər Əliyev Mərkəzində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbiri qeyd etmək lazımdır. Bu tədbirlərdə ölkəmizdə mədəni müxtəlifliyin yayılmasına dəstək olmaq, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək ideyaları səslənir, ölkəmizdə aparılan gənclər siyasətinə, multikulturalizmə, mədəniyyətimizin, dilimizin qorunub saxlanılmasına həsr olunmuş çıxışlar səsləndirilib. Tədbir həmçinin bədii hissə ilə davam etdirilib, şeir, mahnı, səhnəcik və digər ifalar maraqla qarşılanıb.



24.02.2016- cı ildə Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Rayon Gənc Həkimlər Birliyinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində “Məktəbli gigiyenası” adlı elmi seminar keçirilib. Seminarda gənc həkim və müəllimlər, valideynlər iştirak ediblər. Seminar zamanı iştirakçılara məktəblinin düzgün qidalanma, gimnastika, gündəlik rejim, parta arxasında düzgün əyləşmə qaydaları haqqında məlumat verilib. İrəliləyən aylarda Şəmkir Heydər Əliyev Mərkəzinin Gənc Həkimlər Birliyi ilə əməkdaşlığı daha da artırılacaq. Gənc Həkimlər Birliyinin hər ay Mərkəzdə davamlı olaraq konfranslar və seminarlarının təşkil edilməsi planlaşdırılır.

Məlum olduğu kimi, fevral ayının sonlarında bütün ölkədə, idarə və təşkilatlarda Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib. Şəmkir Heydər Əliyev Mərkəzi də Xocalı faciəsinin ildönümü ilə bağlı bir neçə silsilə tədbir keçirib.

Bu məqsədlə 25 fevral 2016 -cı il tarixindən Mərkəzin Elmi-Kütləvi Kitabxanası 26 fevral Xocalı soyqırımının ildönümünə həsr edilən, faciəni özündə əks etdirən kitab sərgisi təşkil etmiş, həmçinin kitabxananın nəzdində fəaliyyət göstərən KinoKlubda Vahid Mustafayevin “Xoca” bədii filmi nümayiş etdirilmişdir. “Xoca” bədii filminin nümayişində başlıca məqsəd, əsrlər boyu Azərbaycan torpaqlarında yaşayan, əzab- əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanların, ümumiyyətlə, Xocalı soyqırımı qurbanlarının faciəsini bir daha gənc nəslə çatdırmaqdır.

Həmin gün Şəmkir Heydər Əliyev Mərkəzinin “Yaradıcı Yazarlar” klubunun istedadlı gəncləri tərəfindən Xocalı faciəsinin qurbanları anılıb, gəncərin ifasında kompozisiyanümayiş olunub, çıxışlar edilib. “Yaradıcı Yazarlar” klubunun rəhbəri Mətanət Qüdsi çıxış edərək gəncləri ərazi bütövlüyümüzün bərpa edilməsi və torpaqlarımızın erməni işğalından azad olunması naminə sıx birliyə və həmrəyliyə çağırıb.

Xocalı həqiqətlərinin yetişməkdə olan nəslə çatdırlması ən ümdə məsələlərdən biri olduğu üçün Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Rayon Gənc Müəllimlər Birliyinin birgə əməkdaşlığı çərçivəsində 25 fevral 2016-cı il tarixində Mərkəzdə məktəblilər üçün açıq dərs təşkil edilib.


Açıq dərs zamanı şagirdlərə Xocalı faciəsi və tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi digər qırğınlarla bağlı geniş məlumat verilib. Açıq dərsdən sonra şagirdlərə Vaqif Mustafayevin rejissorluğu ilə çəkilmiş “Xoca” filmi nümayiş etdirilib.

Xocalı faciəsinin anım günü tədbirləri fevral ayının 26-da davam etdirilib. Beləki, 26.02.2 016-cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzinin və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin birgə əməkdaşlığı ilə Şəmkir şəhər N saylı hərbi hissədə anım tədbiri keçirilib.

Tədbir iştirakçıları ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdilər. Bu cinayətin cəzasız qalmamasını və Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməli olduğunu söylədilər. Tədbir Əhməd Cavad adına tam orta məktəbin şagirdlərinin Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən kompozisiyasının nümayişi ilə başa çatdı.

Yuxarıda qeyd edildiyi kimi, Şəmkir Heydər Əliyev Mərkəzi 2016-cı il başlanması ilə bir neçə əməkdaşlıq sazişlərinin imzalanmasına nail olub. Fevral ayının sonunda isə Şəmkir Heydər Əliyev Mərkəzi digər daha bir böyük uğura – Azərbycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq sazişinə imza atıb.


27 fevral 2016-cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanmışdır. Tədbir Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, millət vəkilləri Sahibə Qafarova və Sona Əliyeva, rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Əsgər Əsgərov, Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayonun təhsil və səhiyyə işçiləri, yerli ziyalılar və gənclərin iştirakı ilə keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru O.Səmədov Fondun fəaliyyəti haqqında məlumat vermiş, ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan edilmiş 2016-cı ildə qarşıda duran vəzifələr barədə danışmış, Fondun əməkdaşlıq etdiyi elm və təhsil müəssisələri, idarə və təşkilatlarla, o cümlədən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə fəaliyyətdən söhbət açmışdır.

İcraçı direktor Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və elmi redaktorluğu ilə nəşr olunmuş “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını təqdim etmiş, 25 dildə işıq üzü görmüş “Henrix Fridrix fon Dits. Homerinki ilə müqayisədə yeni aşkar edilmiş oğuz siklopu. Kitabi-Dədə Qorqud. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitablarını Şəmkir Heydər Əliyev Mərkəzinə hədiyyə etmişdir.

Tədbirdən sonra qonaqlar Şəmkirin nümunəvi təhsil və tərbiyə ocaqları ilə tanış olmuşlar.

Bilik Fondu və Şəmkir Heydər Əliyev Mərkəzi arasında imzalanmış Niyyət Protokolu bölgə əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili və həyata keçirilməsini nəzərdə tutur.

Bu iki ay ərzində Şəmkir Heydər Əliyev Mərkəzi daha iki əhəmiyyətli layihəyə - “Könüllülər” layihəsinə və pulsuz xarici dil kurslarının təşkilinə başlayib. Şəmkir Heydər Əliyev Mərkəzinə könüllülərin qəbulu rayon gəncləri arasında böyük maraqla qarşılanıb və qısa müddət ərzində çox sayda könüllü toplandı. Bu ilk növbədə rayon gənclərinə öz gələcək iş həyatlarında uğur qazanmaq üçün əhəmiyyətli şans verir. Beləki, Mərkəzdə könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Şəmkir Heydər Əliyev Mərkəzi tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Şəmkir Heydər Əliyev Mərkəzi gənclərin, eləcədə az təminatlı ailələrin müraciətlərini nəzərə alaraq pulsuz xarici dil kursları təşkil etməyi nəzərdə tutub. Bu yöndə ilk addım kimi fevral ayının sonunda Mərkəzdə “Conversation club”ın yaradılması oldu. Klubun yaradılmasında məqsəd məktəblilər və gənclərdə dil bacarıqlarının inkişaf etdirliməsinə, aztəminatlı ailələrin övladlarının əlavə keyfiyyətli təhsillə təmin olunmasına töhvə verməkdir.



Bu nəcib təşəbbüsün davamı kimi, yaxın vaxtlarda Mərkəzdə ərəb dili kurslarının da təşkili nəzərdə tutulur. Ərəb dili kurslarının təşkilində əsas məqsəd 2017-ci il "İslam Həmrəyliyi Oyunları"na könüllülərin hazırlanması, bununla da ölkəmizin mədəni-ictimai həyatında baş verəcək böyük, əlamətdar hadisəyə dəstək olmaq, yaxından iştirak etmək istəyidirsə, digər bir məqsəd bu kurslarda iştirak edəcək gənclərin sonrakı həyatlarında dönüşə, müvəffəqiyyətə nail olmalarına dəstək olmaq istəyidir.

Beləliklə, göründüyü kimi 2016-cı ilin yanvar-fevral aylarından başlayaraq Şəmkir Heydər Əliyev Mərkəzi tədbirlərlə, müxtəlif layihələrlə zəngin olub, yeni, bir qədər fərqli müstəvidə fəaliyyətə keçib.

Qeyd edilənlərdən başqa, Şəmkir Heydər Əliyev Mərkəzinin saytı və rəsmi facebook səhifəsi də mövcuddur və mütəmadi olaraq Mərkəzin fəaliyyəti sosial şəbəkələrdə işıqlandırlır, keçirilən tədbirlər, layihələr haqqında press-relizlər, materiallar paylaşılır. Həmçinin saytda və facebook səhifəsində yalnız Mərkəzin tədbirləri deyil, Ulu öndər Heydər Əliyevin həyatı və siyası fəaliyyəti ilə bağlı filmlər, video və foto materiallar paylaşılır. Məsələn, yanvar- fevral ayları ərzində mütəmadi olaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “20 il müstəqillik” filmi hissə- hissə Şəmkir Heydər Əliyev Mərkəzinin facebook səhifəsində izləyicilərə nümayiş etdirilib. Növbəti aylarda da Ulu Öndərə həsr olunmuş filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Şəmkir Heydər Əliyev Mərkəzinin 2016-cı ilin əvvəlindən keçirdiyi tədbirlər bir çox KİV-lərdə, televiziya kanallarında işıqlandırılıb.

Bütün göstərilənlər Şəmkir Heydər Əliyev Mərkəzinin 2016-cı ildə nəzərdə tutduğu, illik iş planına daxil etdiyi tədbirlərin yalnız bir qismı, ilk yanvar və fevral aylarında həyata keçirilənləri idi. Sonrakı aylarda da Mərkəz bu və ya digər mövzulu, müxtəlif istiqamətli tədbirlərlə zəngin olacaq, rayonun icitmai-mədəni həyatında əhəmiyyətli rol oynayacaq, öz qarşısına qoyulan məqsədlərə nail olacaq.




Yüklə 97,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin