9.«Pablik Rileyşnz»in idarə edilməsinin təşkilatiformaları. Firmaların effektli kommersiyafəaliyyətinin həyata keçirilməsi üçün kompleks şəraitinyaradılmasında ictimaiyyətlə əlaqənin təşkilatiformalarının təkmilləşdirilməsi olduqca mühüməhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatı şəraitindərəqabətin getdikcə kəskinləşməsi, kommersiyafəaliyyətinin formalarının və istiqamətlərininçoxşaxəliliyi «Pablik Rileyşnz» konsepsiyasının, onuntəşkilati formalarının daima təkmilləşdirilməsini tələbedir.
İctimai rəyin öyrənilməsi və formalaşdırılması üzrəinstitutlar, firmalar XX əsrin əvvəllərindəformalaşmağa və fəaliyyət göstərməyə başlamışlar. PRüzrə ilk böyük büro 1912-ci ildə Amerikanın telefon-teleqraf birliyinin nəzdində yaradılmışdır.
Böyük firmaların və kompaniyaların nəzdindəyaradılan PR xildməti onların fəaliyyətlərinininkişafında olduqca mühüm rol oynamışdır. İctimaiəlaqələrin qurulmasında və inkişafında dünyanındemək olar ki, bütün ölkələrində yaradılan PR millitəşkilatları olduqca mühüm əhəmiyyət kəsb edirlər.
1955-ci ildə beynəlxalq iqtisadi əlaqələrinformalaşması və inkişafı istiqamətində ümumdünyatəşkilatı - «İctimaiyyətlə əlaqələr xidmətinin Beynəl-xalq Assosiasiyası» yaradılmışdır. Hər il həyatakeçirilən görüşlərdə assosiasiya üzvləri təcrübəmübadiləsi aparır və bir-birilərinə lazımi informasiyaötürürlər. Assosiasiya 1962-ci ildə professionalqaydada özünü aparmaq qaydaları üzrə məcəllə qəbuletmişdir. Bu da öz növbəsində PR konsepsiyasınıntələblərinə əməl etməyə imkan verir. Bu qeyri-dövləttəşkilatı BMT tərəfindən 1964-cü ildə rəsməntanınmışdır və YUNESKO yanında B kateqoriyalıstatus almışdır.
Dünyanın çox böyük məsləhətçi təşkilatı olan«Mak Kuisi» Amerikada yerləşir. Onun tərkibindəmüxtəlif ölkələrdə yerləşən 32 büro fəaliyyət göstərir. Onlar 74 növ ixtisas üzrə 136 istiqamətdə məsləhətlərverirlər. Bu məsləhətverici istiqamətlər arasındaictimaiyyətlə əlaqə, marketinq, istehsalın idarəolunması, elektron informasiya sistemi üzrəməsləhətlər əsas yer tutur.
ABŞ-ın Harvard Universiteti artıq 1900-cü ildəictimaiyyətlə əlaqə üzrə mütəxəssislər hazırlamağabaşlamışdır.
Hal - hazırda Böyük Britaniyada PR üzrə böyüktəşkilatlardan biri olan-Mərkəzi İnformasiya Agentliyiolduqca böyük əhəmiyyət kəsb edir. Həmin agentlikyalnız dövlət müəssisə və təşkilatları ilə əməkdaşlıqedir və ictimai rəyin formalaşması üzrə məsləhətxidmətini həyata keçirir. Agentlikdə 1000-dən artıqmütəxəssis çalışır. Bu gün dünyanın inkişaf etmişölkələrində PR müstəqil elmi və praktiki fəaliyyətistiqamətinə çevrilmişdir.
PR sahəsində institusional fəaliyyət artıq ABŞ –ınvə Avropanın sərhədlərini ötüb keçmişdir. PR üzrəBeynəlxalq Assosiasiya hazırda 65 ölkəninmütəxəssislərini birləşdirir.
Bir çox sənaye firmaları və kompaniyaları öztərkibində PR üzrə funksional bölmələr yaratmışlar. Digərləri bu sahədə öz xidməti bölmələriniyaratmasalar da ixtisaslaşmış məsləhət agentliklərininxidmətlərindən istifadə edirlər. Bəzi firmalar isə busahədə xüsusi bölmələr yaratmaqla yanaşı, eynizamanda ixtisaslaşmış agentliklərin xidmətlərindən dəistifadə edirlər. Bir çox böyük korporasiyalardaictimaiyyətlə əlaqə üzrə rəhbərə müavin vəzifəsinəzərdə tutulur. Məsələn, Ameri-kanın ən böyükkampaniyalarından biri olan «General Motors» da PRüzrə xüsusi vitse prezident fəaliyyət göstərir.
Bəzi hallarda PR üzrə funksiyaları firmaların ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisləri ilə yanaşı, həm də ali rəhbərləri və firmanı məşhurlaşdıran, onun imicini formalaşdıran şəxslər, menecerlər həyata keçirirlər.
Firmanın ictimaiyyətlə əlaqə üzrə mütəxəssisləri Pablik Rileyşnzin istifadə vaxtı və metodları üzrə qərarqəbul edərkən, reklam kampaniyasının və satışınstimullaşdırılması üzrə proqramın işlənib hazırlanması və həyata keçirilməsi zamanı rəhbər tutduqlarıprinsiplərə sadiq qalmalıdırlar.
1. Xeyirxəbərov İ.M. Marketinq tədqiqatları. Bakı, 2015.
2. Батра Р., Майерс Дж-Дж., Аакер Д.А. Рекламный менеджмент. Москва 2004.