Azərbaycan Respublikası Təhsil Naziriliyi Azərbaycan Dövlət İqtisad Üniversitetinin nəzdində


«Pablik Rileyşnz»in idarə edilməsinin təşkilatifor­ma­ları



Yüklə 0,72 Mb.
səhifə7/7
tarix01.01.2022
ölçüsü0,72 Mb.
#107310
1   2   3   4   5   6   7
Mehdizade Tuqay

9.«Pablik Rileyşnz»in idarə edilməsinin təşkilatifor­ma­ları. Firmaların effektli kommersiyafəaliyyətinin həy­a­ta keçirilməsi üçün kompleks şəraitinyaradılma­sında ictimaiy­yətlə əlaqənin təşkilatiformalarının tək­milləşdi­rilməsi olduqca mühüməhəmiyyət kəsb edir. Ba­zar iqti­sadiyyatı şəraitindərəqabətin getdikcə kəskinləş­məsi, kommersiyafəaliyyətinin formalarının və istiqa­mətləri­ninçoxşaxəliliyi «Pablik Riley­şnz»  konsepsiyası­nın, onuntəşkilati formalarının daima tək­mil­ləşdirilmə­sini tələbedir. 

  • İctimai rəyin öyrənilməsi və formalaşdırılması üzrəinstitutlar, firmalar XX əsrin əvvəllərindəforma­laşmağa və fəaliyyət göstərməyə başlamışlar. PRüzrə ilk böyük büro 1912-ci ildə Amerikanın  telefon-teleqraf birliyinin nəzdində yaradılmışdır. 

  • Böyük firmaların və kompaniyaların nəzdindəyara­dılan PR xildməti onların fəaliyyətlərinininkişafında ol­duqca mühüm rol oynamışdır. İctimaiəlaqələrin qu­rul­masında və inkişafında dünyanındemək olar ki, bütün ölkələrində yaradılan PR millitəşkilatları olduqca mühüm əhəmiyyət kəsb edirlər.

  • 1955-ci ildə beynəlxalq iqtisadi əlaqələrinforma­laş­ması və inkişafı istiqamətində  ümumdünyatəşkilatı - «İctimaiyyətlə əlaqələr xidmətinin Beynəl-xalq Assosia­siyası» yaradılmışdır. Hər il həyatakeçirilən görüşlərdə assosiasiya üzvləri təcrübəmübadiləsi aparır və bir-birilə­rinə  lazımi informasiyaötürürlər. Assosiasiya 1962-ci ildə professionalqaydada özünü aparmaq qaydaları üzrə məcəllə qəbuletmişdir. Bu da öz növbəsində PR konsep­siyasınıntələblərinə əməl etməyə imkan verir. Bu qeyri-dövləttəşkilatı BMT  tərəfindən 1964-cü ildə rəsmənta­nınmışdır və YUNESKO yanında B kateqoriyalıstatus almışdır. 

  • Dünyanın  çox böyük məsləhətçi təşkilatı olan«Mak Kuisi» Amerikada yerləşir. Onun tərkibindəmüx­təlif ölkə­lərdə yerləşən 32 büro fəaliyyət göstərir. Onlar 74 növ ixtisas üzrə 136 istiqamətdə məsləhətlərve­rirlər. Bu məsləhətverici istiqamətlər arasındaictima­iyyətlə əlaqə, marketinq, istehsalın idarəolunması, elek­tron infor­masiya sistemi üzrəməsləhətlər əsas yer tutur.

  • ABŞ-ın Harvard Universiteti artıq 1900-cü ildəictimaiyyətlə əlaqə üzrə mütəxəssislər hazırlamağabaşla­mışdır. 

  • Hal - hazırda Böyük Britaniyada PR üzrə böyüktəş­kilatlardan biri olan-Mərkəzi İnformasiya Agentliyiol­duqca böyük əhəmiyyət kəsb edir. Həmin agentlikyal­nız dövlət müəssisə və təşkilatları ilə əməkdaşlıqedir və icti­mai rəyin formalaşması üzrə məsləhətxidmətini həy­ata keçirir. Agentlikdə 1000-dən artıqmütəxəssis çalışır. Bu gün dünyanın  inkişaf etmişölkələrində PR müstəqil elmi və praktiki fəaliyyətistiqamətinə çevrilmişdir. 

  • PR  sahəsində institusional fəaliyyət artıq  ABŞ –ınvə Avropanın sərhədlərini ötüb keçmişdir. PR üzrəBey­nəlxalq Assosiasiya hazırda  65 ölkəninmütəxəssislə­rini birləşdirir. 

  • Bir çox sənaye firmaları və kompaniyaları öztər­ki­bində PR üzrə  funksional bölmələr yaratmışlar. Digər­lə­ri bu sahədə öz xidməti bölmələriniyaratmasalar da ixti­saslaşmış  məsləhət agentliklərininxidmətlərindən isti­fadə edirlər. Bəzi firmalar isə busahədə xüsusi böl­mələr yarat­maqla yanaşı, eynizamanda ixtisaslaşmış ag­entliklərin xidmətlərindən dəistifadə edirlər. Bir çox böyük korpora­si­ya­lardaictimaiyyətlə əlaqə üzrə rəhbərə müavin vəzifəsinəzərdə tutulur. Məsələn, Ameri-kanın ən böyükkampaniyalarından biri olan «General Motors» da PRüzrə xüsusi vitse prezident   fəaliyyət göstərir. 

  • Bəzi hallarda PR üzrə funksiyaları firmaların ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisləri ilə yanaşı, həm də ali rəhbərləri və firmanı məşhurlaşdıran, onun imi­cini formalaşdıran şəxslər, menecerlər həyata keçirirlər.     

  • Firmanın ictimaiyyətlə əlaqə üzrə mütəxəssisləri Pablik Rileyşnzin istifadə vaxtı və metodları üzrə qərarqəbul edərkən, reklam kampaniyasının və  satışınstimullaşdırılması üzrə proqramın işlənib hazırlanması və həyata keçirilməsi zamanı rəhbər tutduqlarıprinsiplərə sadiq qalmalıdırlar.

  •  




    1. Xeyirxəbərov İ.M. Marketinq tədqiqatları. Bakı, 2015.



    2. Батра Р., Майерс Дж-Дж., Аакер Д.А. Рекламный менеджмент. Москва 2004.
    Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin