Azərbaycan Respublikası təhsil nazirinin müavini cənab Ceyhun Bayramova Hörmətli Ceyhun müəllim

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 23.89 Kb.
tarix09.07.2018
ölçüsü23.89 Kb.

Azərbaycan Respublikası

təhsil nazirinin müavini
cənab Ceyhun Bayramova
Hörmətli Ceyhun müəllim,
12 yanvar 2017-ci il tarixli 02-15-187/16 nömrəli məktubunuza Azərbaycan Respublikası Səhiyyə Nazirliyində baxılmışdır.

BMT-yə təqdim olunması məqsədilə ölkə üzrə qeydiyyatda olan albinizmi olan şəxslərin sayını Sizə göndəririk.


Qoşma: 2 vərəq (Albinizmi olan şəxslərin sayı)

Nazir müavini Elsevər Ağayev

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Palnı”nın 1.1-ci bəndində nəzərdə tutulmuş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi, siyahıda olan, lakin tam fəaliyyət göstərməyən xidmətlərin fəaliyyətinin təmin edilməsi və “Elektron hökumət” portalına yeni xidmətlərin inteqrasiya edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən

görülmüş işlər və təkliflər


  1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi elektron xidmətlərin təşkili istiqamətində 2016-cı il ərzində görülmüş işlər:




  • “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidməti hazırlanaraq istifadəyə verilmişdir;

  • “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu” elektron xidmətinin təşkili zamanı tələb olunan sənəd sayı azaldılmış, qəbul qaydaları və istifadə interfeysi asanlaşdırılaraq istifadəyə verilmişdir;

  • “Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti tam elektronlaşdırılmışdır. Belə ki, hazırda Sertifikasiya şəhadətnaməsi gücləndirilmiş elektron imza ilə imzalanaraq müraciət edən tibb işçisinə elektron formada təqdim olunur;

  • “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu”, “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu”, “Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətləri Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi” ilə inteqrasiya olunmuşdur. Qeyd edirik ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi” vasitəsilə yalnız 2010-cu ildən sonrakı məzunlar barədə məlumat ala bilirik;

  • “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti hazırda təkmilləşdirilir və 2016-cı ilin sonuna yeni interfeyslə istifadəyə veriləcək.

  1. Elektron xidmətlərin tam avtomatlaşdırılması məqsədilə hazırlanmış təkliflər:

  • “Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi”, “Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Dərman vasitəsinin və dərman maddəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Yeyinti məhsulları üzərində «müalicəvi», «pəhriz» və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubunun verilməsi”, “Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi”, “Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena cəhətdən yararlı olması haqqında rəyin verilməsi”, “Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Tikinti və yenidənqurma layihələrinə sanitar-epidemioloji rəyin verilməsi” və “Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətlərinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Vergilərin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi”lə (AVİS) inteqrasiya olunması zərurəti yaranmışdır. Belə ki, qeyd olunan elektron xidmətlərin təşkilində hüquqi şəxslərin VÖEN-i, tam adı və ünvanı tələb olunur;

  • “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” və “Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətlərinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək Müqaviləsi Bildirişinin Elektron İnformasiya Sistemi”lə inteqrasiya olunması zərurəti yaranmışdır. Belə ki, qeyd olunan elektron xidmətlərin təşkilində ərizəçinin əvvəlki iş yerləri barədə məlumatı özündə əks etdirən “Əmək kitabçası” tələb olunur;

  • Elektron xidmətlərin tam elektronlaşdırılması məqsədilə “Ünvan Reyestri İnformasiya Sistemi”lə də inteqrasiya vacibdir. Hazırda Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin təşkili zamanı, ərizəçinin ünvan məlumatları seçimlə deyil, tekst şəklində qəbul edilir.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi barədə təkliflər:

  • Aşağıda qeyd olunan elektron xidmətlər vasitəsilə sahibkarlıq fəaliyyətlərinə verilən icazələr Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsi “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nda öz əksini tapmaması səbəbindən “Elektron xidmət növləri Siyahısı”ndan çıxarılsın:

    • 14.22. “Rentgen kabinetinin istismarına icazə verən sanitar-epidemioloji rəyin verilməsi”;

    • 14.23. “İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi”;

    • 14.25. “Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu”;

    • 14.26. “Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”.

  • “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə “Lisenziyalaşdırma Qaydası” təsdiq olunmuşdur. Həmin qaydanın 2.1-ci bəndinə əsasən dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”ndan aşağıda qeyd olunan elektron xidmətlər çıxarılsın:

    • 14.5. “Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”;

    • 14.17. “Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu”.

  • “Elektron xidmət növlərinin Siyahısı”ndan 14.27. “Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” elektron xidmətinin adı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsi “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na uyğun olaraq “Gəminin sanitariya nəzarətindən keçməsi və sanitariya nəzarətindən azad edilməsi şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” kimi dəyişdirilsin;

  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yeni informativ elektron xidməti olan “Xəstəliklərin Beynəlxalq Təsnifatı”ndan məlumatların əldə edilməsi” elektron xidməti “Elektron xidmət növlərinin Siyahısı”na əlavə edilsin.


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə