Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurası



Yüklə 153,59 Kb.
səhifə1/4
tarix01.01.2022
ölçüsü153,59 Kb.
#102952
  1   2   3   4


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Elmi Şurası
QƏRAR № 9
Bakı şəhəri 9 iyul 2019-cu il
2018/2019-cu tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətinin səmərəli təşkili barədə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurası Magistratura səviyyəsində işlərin daha da yaxşılaşdırılması və dissertasiya işlərinin müdafiəsinin keyfiyyətinin artırılması məqsədi ilə

Qərara alır:
1.1. Magistr dissertasiya işlərinin müdafiələrinin nəticələri barədə Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanovun məlumatı nəzərə alınsın.

1.2. Magistr dissertasiya işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə ADPU-da magistr dissertasiya işləri üzrə Ekspert komissiyası yaradılsın.

1.3. Magistr dissertasiya işləri üzrə Ekspert komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

1.4. Magistratura səviyyəsi üzrə tədris planlarının standartların tələbləri gözlənilməklə yenilənməsi məqsədəuyğun hesab edilsin və 2019-2020-ci tədris ilindən tədrisin təşkili yenilənmiş tədris planı əsasında aparılsın.

1.5. Magistrant qəbul olunduğu ixtisas kafedrasında saxlanılmaqla (attes­ta­siya, elmi müzakirə, elmi konfranslarda çıxışları, dissertasiya işinin müzakirəsi və s. ixtisas kafedrası tərəfindən təqdim edilməlidir) zərurət yaranarsa, elmi rəhbərin digər müvafiq kafedradan dəvət olunması məqsədəuyğun hesab edilsin.

1.6. Magistr hazırlığı aparılan kafedraların müdirləri “Əsasnamə”nin tələblərinə uyğun tədris ilinin hər semestrində magistrantların nəzərdə tutulmuş attestasiyalarının vaxtında yüksək səviyyədə keçirilməsini təmin etsin və attestasiyadan keçə bilməyən magistrant haqqında müvafiq ölçü götürülsün.

1.7. Magistrantların elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinin təşkilinə diqqət artırılısın.

1.7. İxtisas kafedralarında magistrantların dissertasiyalarının ilkin müzakirəsinə ciddi fikir verilsin və yüksək ixtisaslı mütəxəssislərin rəsmi rəyçi təyin edilməsi diqqət mərkəzində saxlanılsın.

1.8. ADPU-da fundamental elm sahələri üzrə də magistr hazırlığının həyata keçirilməsi üçün məqsədyönlü işlər aparılsın.

1.9. ADPU-da magistraturada təhsil alanların arzusu nəzərə alınaraq magistr hazırlığı proqramı saat 16:10 - dan həyata keçirilsin.

2.1. Universitetin 2018/2019-cu tədris ili üzrə yaz semestrində imtahan sessiyasının ilkin nəticələri haqqında Tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun verdiyi məlumat qənaətbəxş hesab edilsin.

2.2. Bütün fakültə dekanları, kafedra müdirlərinə və digər struktur bölmə rəhbərlərinə tapşırılsın ki, məlumatda qaldırılmış məsələlərin həlli istiqamətində üzərilərinə düşən vəzifələri vaxtında icra etsinlər.

2.3. ADPU-da kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri haqqında Tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun məlumatı nəzərə alınsın.


Yüklə 153,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin