Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Şəki filialı
Azərbaycan tarixi fənnindən
Sərbəst İş
Mövzu: Atripatena dövlətinin yaranması və inkişafı
Tələbə: Tarix-Coğrafiya müəllimliyi ixtisasının II kurs tələbəsi
İsmayılova Nəzrin
Müəllim: Həbibulla Manaflı
Şəki 2022
Atropatena, Adurbadaqan, Atropat Midiyası (fars. آتورپاتکان, yun. Ατροπατήνη, süry. Aδorbāyγān, ərəb.آذربایجان) — Tarixi Azərbaycan torpaqlarının bir hissəsində[2] mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Cənubi Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini vəİranın bir hissəsini əhatə edirdi.
Keçmiş Əhəməni satrapı,[3] əslən, çox güman ki, midyalı olan Atropat e.ə. 321-ci ildə (Sərkərdə Peridikkinin ölümündən sonra)
Atropatena.dövlətinin və Atropatilər sülaləsinin əsasını qoyur, yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Makedoniya dövlətinin parçalanmasından sonra Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəlir.[4]
Adlandırılması. Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycanöz adını Atropatenadan almışdır.[5]
Antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar. Pəhləvi dillimənbələrdə isə ad "Āturpatkān" şəklində qeyd edilir. Bu adın mənası "Aturpatın torpaqları" deməkdir və bu ad Atropatın ("Āturpāt", "Atərəpāta" — Atəş qoruyan) hökmranlığı dövründə yaranmışdır[6]. Erkən orta əsrlər latın və yunandilli mənbələrdə ölkə eyni zamanda Atropat Midiyası və Kiçik Midiya da adlandırılır. Antik müəlliflərdən Plutarx, Ammian Marselin bu ölkəni Atropat
Midiyası adlandırmışlar. Strabon isə Atropatena ərazisini Kiçik Midiya adlandırmış, Atropatınbaşçılığı ilə Kiçik Midiya ərazisində Atropatena dövlətinin təşkil edildiyini göstərmişdir. Sasani hakimiyyəti dövründə ölkə Adərbadaqan, ərəbdilli mənbələrdə isə Adərbican kimi qeyd olunur.
Atropatena ərazisi ərəblər tərəfindən fəth edildikdən sonra isə Atropatenanın adı erkən ərəbdilli mənbələrdə "Adabarqan", "Azərbaycan" ("آذربایجان") kimi işlənməyə başlamışdır.[6] Daha sonrakı dövr ərəb tarixçilərin əsərlərində isə həmin ad ancaq "Azərbaycan" kimi göstərilmişdir.
Dostları ilə paylaş: |